Ana səhifə »  Siyasət »  Fransadan növbəti ermənipərəst addım
A+   Yenilə  A-
Fransadan növbəti ermənipərəst addım

Əldə olunan son məlumatlara görə, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır
Sentyabrın 27-dən başlanan və 44 gün davam edən Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə bitməsi illərdir işğalçı ölkəni, eləcə də işğal altındakı torpaqlarımızda yaradılmış seperatçı qurumu bu və ya digər şəkildə həm maliyyələşdirən, həm də dəstəkləyən xarici mərkəzlərin, dövlətlərin narahatlıqlarına səbəb olub. Bunun nəticəsidir ki, təcavüzkar dövlətə və onun qondarma qurumda cəmləşdirdiyi separatçılarına havadarlıq edənlər yenidən fəallaşmağa başlayıblar. Belə ki, əldə olunan son məlumatlara görə, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Qeyd edilməlidir ki, prosesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur. Çünki paytaxt Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır və hətta onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir.
Məlumat üçün bildirək ki, Paris Fransada həm şəhər, həm də departament sayılır. Belə ki, Parisin meri, eyni zamanda, Paris Şurasına rəhbərlik edir. Digər inzibati vahidlərdən fərqli olaraq, paytaxt şəhər tam inzibati azadlığa malik deyil. Məsələn, Paris Fransada polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu yeganə şəhərdir. Paris Şurası isə 163 nəfərdən ibarətdir. Şura birbaşa səsvermə ilə seçilmir. Yeni seçilən şura şəhər merini və onun 40 müavinini seçir. Fransa prezidenti Emmanuel Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli Fransa” partiyası Şurada geniş şəkildə təmsil olunur.
Paris meri Ermənistan rəhbərliyi ilə sıx əlaqədədir, ən yaxın adamı, müavini isə Fransada erməni təşkilatlarının koordinasiyası şurasının rəhbəri Jan-Mark Ara Toronyanın qızı Anuş Toronyandır
Aparılan qısa araşdırma göstərir ki, Paris meri Ann İdalqo Fransa erməniləri ilə sıx münasibət saxlayır. Ən əsası isə onun müavinlərindən biri erməni Anuş Toronyandır. Bundan başqa, Paris merinin Ermənistan rəhbərliyi ilə sıx əlaqədə olmasının sübutları da mövcuddur. Belə ki, 2015-2018-ci illərdə Parisin meri Ann İdalqo Ermənistanın o vaxtı prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb. O cümlədən, Ann İdalqo Ermənistanda yaradılmış “TUMO Center for Creative Technologies” mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. “TUMO”-nun o zamanlar Azərbaycanın erməni işğalında olan Xankəndi şəhərində də ofisi olub.
Vurğulanmalıdır ki, Ann İdalqonun ermənilərlə əlaqələri bununla bitmir. Belə ki, Paris meri seçkiləri keçirilən zaman Ann İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələrinin olması barədə ona qarşı aparılan kampaniyanın başında da erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar. Bundan başqa, Ann İdalqo 2018-ci ildə Fransa ermənilərinin təşkil etdiyi tədbirdə, o cümlədən Fransada erməni kilsəsinin açılışında iştirak edib. Ann İdalqonun “erməni sevgisi” özünü sosial şəbəkələrdə də büruzə verib. Belə ki, Paris meri qondarma “erməni soyqırımı” ilə bağlı tvitləri ilə də məşhurdur. Yuxarıda da vurğulandığı kimi, Ann İdalqonun ən yaxın adamı isə Fransada erməni təşkilatlarının koordinasiyası şurasının rəhbəri Jan-Mark Ara Toronyanın qızı Anuş Toronyandır ki, onun müavini vəzifəsin icra edir. Anuş Tonoyan isə atası Ara Tonoyanla birgə qondarma “soyqırımın” 100 illiyində çıxış edib. Paris merinin erməni müavini bundan başqa Ermənistanın paytaxtı Yerevanın yubileyində də iştirakçılardan biri olub.
Hazırda Fransanın ölkəmizə münasibətini açıq düşmənçilik kimi də qiymətləndirmək olar
Vurğulamaq yerinə düşər ki, Azərbaycan ilə Ermənistan arasında 30 ilə yaxındır davam edən münaqişədə vasitəçi missiya daşıyan ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib. Bununla yanaşı, sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanan müharibə dövründə Fransa indiyə qədər pərdələdiyi ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərib. O cümlədən Fransa XİN-i ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılıq siyasətini dəstəkləyib. Bu sırada biz noyabrın 7-də verilən Avropa və xarici işlər nazirliyinin bəyanatını, noyabrın 10-da Fransa XİN-nin rəhbəri Le Drianın bəyanatını misal çəkə bilərik. Bununla yanaşı, Fransa XİN rəhbərinin təmsil etdiyi dövlətin qanunverici orqanında səsləndirdiyi açıqlamalar da bu dövlətin ermənipərəst mövqeyini ortaya qoyur. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Fransanın Azərbaycana münasibətini açıq düşmənçilik kimi də qiymətləndirmək olar.
Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları işğalçı Ermənistana ötürüb, bu ölkədən Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat daşınıb
Eyni zamanda, erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib. Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları işğalçı Ermənistana ötürüb, bu ölkədən Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat daşınıb. Məlumata görə, Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini də vəd edibmiş.
Prezident Makronla yanaşı, fransalı diplomatlar da Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş aparıblar və bu fəaliyyəti indi də davam etdirməkdədirlər. E.Makronun noyabrın 16-da Rusiya prezidenti V.Putinə zəng etməsi, Fransa hakimiyyətinin və diplomatiyasının bu istiqamətdə fəaliyyətini fəal şəkildə davam etdirdiyini aydın göstərir. Ümumiyyətlə, E.Makron öz məqsədinə nail olmaq üçün ardıcıl şəkildə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri ilə əlaqələr saxlayıb.
Fransanın Ermənistanı müdafiə etmək cəhdləri kimi, Paris şəhərinin Dağlıq Qarabağdakı qondarma qurumu tanıması da heç bir nəticə verməyəcək
Reallıq isə budur ki, Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə vermədi. Azərbaycan işğal altında olan torpaqlarını azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Bu baxımdan, Paris şəhərinin Dağlıq Qarabağdakı qondarma qurumu tanıması da heç bir nəticə verməyəcək. Yeri gəlmişkən, bundan əvvəl də bəzi erməni sevdalısı Avropa şəhərlərinin qondarma separatçıları tanıma cəhdləri olmuşdu və bu, qısa zamanda unudulmuşdu.
Görünən isə budur ki, Fransa hakimiyyəti bu addımı sanksiyalaşdırmaqla qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq, məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq niyyəti güdür. Bu da onu göstərir ki, Fransa hakimiyyəti hələ də köhnə stereotiplərin əsiridir və yeni reallığı qəbul edə bilmir. Fransa dövləti və onun başında dayananlar anlamalıdır ki, yaranmış yeni reallıq 30 il ərzində mövcud olmuş status-kvonun qorunub saxlanması məqsədini güdən prosesin davam etdirilməsini istisna edir. Fransa bundan sonra da ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına zidd fəaliyyətini davam etdirəcəyi təqdirdə, prosedurlara uyğun olaraq Azərbaycan Fransanın həmsədrlik institutundan kənarlaşdırılması və digər ölkə ilə əvəz edilməsi məsələsini qaldıracaq.
Fransanın hazırkı cəhdləri bölgədə atəşkəsin təmin olunmasına və Rusiyanın münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə qarşı yönəlib
Bəli, Fransa hakimiyyətinin mövqeyi və cəhdləri onsuz da ölü qurum olan ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun tam məhv edilməsinə istiqamətlənib. Bununla yanaşı, Fransanın hazırkı cəhdləri bölgədə atəşkəsin təmin olunmasına və Rusiyanın münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə qarşı yönəlib. Belə demək mümkündürsə, Fransa Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı fəallığına paxıllıq edir və bu ölkələrin göstərdiyi səylərin müsbət nəticəsindən ciddi narahatlıq keçirir.
Digər tərəfdən, bu gün müxtəlif Avropa dairələrində Azərbaycan haqqında mənfi imicin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar. Fransa əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş bir ölkədir. Bu gün də bir sıra Afrika ölkələrində Fransa sabitliyin pozulması, hakimiyyətlərin devrilməsi, vətəndaş qarşıdurmalarının təşkili ilə bağlı ardıcıl siyasət həyata keçirir, bu məqsədlə muzdluların imkanlarından geniş yararlanır. Fransanın legioner konsepsiyasının mərkəzində də muzdlulardan istifadə etmək dayanır. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla sakini məhv edib. Özünü “insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  3720  |  
  • Tarix:  18-11-2020  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

13 İyun 18:46
Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri bəyanatla çıxış ediblər
13 İyun 18:17
Hikmət Hacıyev: Xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırıq
13 İyun 18:14
Heydər Əliyev Mərkəzinin üzərində “Avro-2020”nin iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib
13 İyun 17:23
Xarici diplomatlara Ağdamda aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib
13 İyun 16:22
Rəcəb Tayyib Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığı bölgənin barış, sülh və sabitliyinin təminatıdır
13 İyun 16:08
Xarici diplomatlar Ağdamda Dağüstü parkın salınacağı ərazidə və Şahbulaq qalasında olublar
13 İyun 15:44
Deputat: Minaların xəritələrinin verilməsi Ağdamda infrastruktur layihələrinin icrasını sürətləndirəcək
13 İyun 15:39
Hikmət Hacıyev: Ağdam regionun ən gözəl şəhərlərindən birinə çevriləcək
13 İyun 13:20
Xarici diplomatlar Ağdam rayonunda səfərdədirlər
13 İyun 13:16
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu ilə vida mərasimi keçirilib
13 İyun 13:11
Vüqar Rəhimzadə: Ağdam rayonu üzrə mina xəritələrinin Azərbaycana verilməsi Ermənistanın artıq yeni reallıqlarla barışmasının təsdiqidir
13 İyun 13:06
Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib
13 İyun 10:52
Mina xəritələrinin təhvil verilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının növbəti böyük uğurudur
13 İyun 10:46
Entoni Blinken: ABŞ saxlanılan 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır
13 İyun 10:41
Şarl Mişel: Aİ Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir
13 İyun 10:38
Ağstafada 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı sərgi təşkil olunub
13 İyun 10:32
Deputat: Ermənistan bundan sonra heç vaxt dəyişməyəcək yeni siyasi-hərbi reallıqların fərqindədir
13 İyun 10:21
Deputat: Ermənistanın əksinə olaraq Azərbaycan regionda sülhün, humanitar təşəbbüslərin tərəfdarıdır
12 İyun 20:36
“Avro-2020”: Türkiyə millisi Bakıya gəlib
12 İyun 20:16
Ermənistanın Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritələrini təqdim etməsi Azərbaycan Prezidentinin qətiyyətli iradəsinin nəticəsidir
12 İyun 20:15
Deputat: Azərbaycanın mülki və hərbçi ermənilərə qarşı humanist davranışı Avropa Məhkəməsi tərəfindən də təqdir olunur
12 İyun 20:14
Şamil Ayrım: Qarabağ Zəfərindən sonra Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
12 İyun 19:35
Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib
12 İyun 19:03
Prezident İlham Əliyev günəş elektrik stansiyasının tikintisi üçün imzalanmış müqaviləni təsdiqləyib
12 İyun 18:49
XİN: Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib
12 İyun 18:17
Milli Məclisin sədri Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb
12 İyun 18:10
Birləşmiş Krallığın siyasi-ictimai dairələri işğaldan azad olunmuş ərazilərdəki vəziyyət barədə məlumatlandırılıb
12 İyun 17:39
Prezident İlham Əliyev: Azərbaycanın xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır
12 İyun 17:26
İyunun 12-də Azərbaycanda koronavirusa qarşı 40 min 844 doza vaksin vurulub
12 İyun 17:25
Prezident İlham Əliyev: Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır
12 İyun 17:23
KOBİA beynəlxalq forumda təmsil olunub
12 İyun 17:21
Azərbaycanda koronavirus infeksiyasından daha 204 nəfər müalicə olunaraq sağalıb
12 İyun 17:20
Prezident: 10 noyabr tarixli birgə Bəyanat Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir
12 İyun 17:17
Politoloq: Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın tələbini rədd edən qərarı hüququn aliliyinə söykənir
12 İyun 16:32
“Zəfərin mübarək Azərbaycan” adlı sərgi açılıb
12 İyun 15:45
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Ankaraya səfəri başa çatıb
12 İyun 15:42
Siyasi ekspert: Avropa Məhkəməsinin Ermənistanın əsassız tələbini rədd etməsi bu qurumun Azərbaycanda hüququn aliliyinə olan etimadın göstəricisidir
12 İyun 15:22
Prezident İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib
12 İyun 13:56
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
12 İyun 12:36
NTV telekanalının aparıcısı: Beynəlxalq ictimaiyyət haqlı mübarizəsində Azərbaycanın yanında olmalıdır
12 İyun 09:50
Misirli tədqiqatçı azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı fikirlərini bölüşüb
12 İyun 09:48
Kraliça II Elizabet “Böyük yeddilik” ölkələrinin liderləri ilə görüşüb
12 İyun 09:43
Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini ilə görüşüb
12 İyun 09:41
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar
12 İyun 09:39
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib
12 İyun 09:38
“Sizi tanıyaq” layihəsi çərçivəsində növbəti görüş keçirilib
12 İyun 09:35
COVID-19 xəstəliyinin müalicəsindən sonrakı dövrdə sağlam həyat tərzinə riayət etmək olduqca vacibdir
12 İyun 09:33
Ermənistanda 2008-ci ildə baş vermiş hadisələr təkrarlana bilər
12 İyun 09:30
Əli Kərimlinin Paşinyan sevgisi

11 İyun 21:17
“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

11 İyun 20:47
Bakı Ali Neft Məktəbi YAP-la birgə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi
11 İyun 20:04
Nizami Mönsümov: 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
11 İyun 19:56
YAP Sumqayıt şəhər təşkilatında "Qurtuluşdan – Zəfərə" adlı elmi-praktik konfrans keçirilib
11 İyun 17:46
YAP Nərimanov rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” mövzusunda tədbir keçirilib
11 İyun 17:37
Malik Həsənov: Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir
11 İyun 17:24
“Sağlamlıq Xəmsəsi” layihəsi çərçivəsində Füzuli Rayon Mərkəzi Xəsətxanasında görüş keçirilib
11 İyun 17:21
Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan arasında tammiqyaslı saziş imzalanacaq
11 İyun 17:20
Dövlət Komitəsində Böyük Britaniya və Avstraliyadan olan nümayəndə heyəti ilə görüş keçirilib
11 İyun 17:19
“Avro-2020”: Uels yığması Bakıda İsveçrə ilə oyundan əvvəl son məşqinə çıxıb
11 İyun 17:15
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
11 İyun 16:58
“The Korea Post” qəzeti Kəlbəcərdə baş vermiş hadisədən yazıb
11 İyun 16:50
Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur
11 İyun 16:40
Nazir Vilayət Eyvazov: Əminəm ki, gənc zabitlərimiz xalqa və dövlətə sədaqətlə xidmət edəcəklər
11 İyun 16:33
Rəcəb Tayyib Ərdoğan: Ərazilərin minalanması məsələsinin həllinə lazımi dəstəyi göstərəcəyik
11 İyun 16:32
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib
11 İyun 16:27
Əliabbas Salahzadə: Azərbaycan-Türkiyə birliyi dostluq və qardaşlıq nümunəsidir
11 İyun 16:24
Anar Məmmədov: 15 İyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
11 İyun 16:22
Bütün təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan öz sərhədlərini bundan sonra da möhkəmləndirəcək
11 İyun 15:50
Prezident İlham Əliyev Kralica II Elizabeti 95 illik yubileyi münasibətilə təbrik edib
11 İyun 15:48
ATƏT Parlament Assambleyası Bürosunun onlayn iclası keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA