/ / Fatma Yıldırım: Şanlı Azərbaycan Ordusunun qarşısında dayana bilməyən Ermənistanın muzdlu dəstələrə ümid bəsləməsi əbəsdir
Fatma Yıldırım: Şanlı Azərbaycan Ordusunun qarşısında dayana bilməyən Ermənistanın muzdlu dəstələrə ümid bəsləməsi əbəsdir
06.11.2020 [09:24]
“Təcavüzkar Ermənistan silahlı qüvvələri rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında aciz qalıb. Çıxılmaz vəziyyətə düşən Ermənistanın baş naziri Nikol Paşinyan çıxış yolunu xarici ölkələrdən dəstək istəməkdə görür”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
F.Yıldırım bildirib ki, Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə məktub yazaraq ondan kömək istəməsi dediklərimizi bir daha təsdiq edir. Diqqətçəkən məqam ondan ibarətdir ki, V.Putin Paşinyanın məktubuna cavab verməyib. Sadəcə, bu məsələyə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi səviyyəsində cavab verilib və Paşinyana bir daha xatırladılıb ki, döyüşlər Ermənistan ərazisində getmir. Bu o deməkdir ki, Azərbaycan öz ərazisində işğalçılara qarşı hərbi əməliyyatlar apardığı üçün üçüncü dövlətlər bu məsələyə qarışa bilməzlər. Yəqin Paşinyan elə bilir ki, rəhbərlik etdiyi ölkə beynəlxalq qayda-qanunları pozduğu kimi, başqaları da belə addım ata bilər. Halbuki, bu gün təcavüzkar Ermənistan beynəlxalq hüququ pozduğuna görə Ordumuz tərəfindən cəzasını alır. Beləliklə, Paşinyanın məktubunun cavabsız qalması işğalçı Ermənistanın mövcud durumunu əyani şəkildə göstərir.
Deputatın sözlərinə görə, bu hadisədən sonra Nikol Paşinyanın “Əl-Cəzirə” telekanalına müsahibəsi zamanı “Rusiya Minsk qrupunun həmsədridir, vasitəçidir və bu statusuna görə öz neytrallığını qoruyub saxlamalıdır” açıqlamasını verməsi isə onun öz uğursuzluğunun etirafı kimi dəyərləndirilə bilər. Sual olunur ki, əgər Paşinyan Rusiyanın həmsədr kimi neytral olmalı olduğunu bilirdisə, nə üçün hərbi yardım üçün bu ölkənin prezidentinə müraciət edirdi? Səbəb aydındır. Bu da ondan ibarətdir ki, Paşinyan açıq-aşkar məğlub olduğu halda, hələ də “qalibiyyət” xülyası ilə yaşayır. O, öz mövqesiz qərarlarına, səriştəsizliyinə və proseslərə düşüncəsiz yanaşmalarına görə öz xalqını qırğına verir. Əslində, baş nazir öz xalqını aldatmaqla məşğuldur. Yaxşı olardı ki, Paşinyan öz xalqını qırdırmaqdansa, məğlubiyyətini etiraf edib təslim olsun.
O qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düzgün siyasət, diplomatiya və xalqın öz rəhbərinə inamı, Liderinin qərarlarının arxasında durması və qərarlarına güvənməsi göstərdi ki, biz bir yumruq kimi birik. Bizim Liderimiz çox uzaqgörəndir və bu uzaqgörənliyin bəhrələrini biz bu gün görürük.
Onun sözlərinə görə, erməni tərəfi o qədər ağlını itirib ki, muzdlulardan istifadə etdiyini kütləvi informasiya vasitələrində yayır. Halbuki, bu, beynəlxalq cinayət hesab olunur. “Xarici kütləvi informasiya vasitələrində bu barədə geniş məlumatlar yayılır, başqa ölkələrin vətəndaşları olan həmin muzdlularla söhbətlər yayımlanır. “France 24”, “Reuters”, “Associated Press”, “Kommersant”, “Liberation” kimi nəşrlərdə bu barədə geniş yazılar verilir. Beynəlxalq hüquqa görə xarici ölkə vətəndaşlarının başqa ölkələrdə muzd qarşılığında döyüşlərə cəlb olunması cinayətdir. Bu cinayətin ortaqları təkcə muzdlular və Ermənistan dövləti yox, həm də vətəndaşları muzdlu qismində döyüşən ölkələrin hüquq-mühafizə orqanlarıdır. Öz vətəndaşlarının cinayətkar əməllərinə görə həmin ölkələr də məsuliyyət daşıyır və bir çox hallarda belə cinayətlərə göz yumulması, şüurlu şəkildə şərait yaradılması müşahidə olunur. Əks təqdirdə, sosial şəbəkələr üzərindən açıq dəvət çağırışları edən, ödəniş şərtlərini açıq yazan, əlaqə vasitələrini də publik şəkildə paylaşan diaspor nümayəndələrinə qarşı hər hansı hüquqi tədbirlərin şahidi olardıq. Şanlı Azərbaycan Ordusunun qarşısında dayana bilmirsə, Ermənistanın hər hansı başıpozuq muzdlu dəstələrə, terrorçu qruplara ümid bəsləməsi əbəsdir. Onların layiqli cavabı bundan sonra da veriləcək. Əminik ki, kim olursa olsun, onlar da döyüş meydanında məhv olacaqlar”, - deyə Fatma Yıldırım vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

