/ / Hikmət Babaoğlu: Prezident İlham Əliyevin dünyanın ən aparıcı media qurumlarına verdiyi müsahibələr Ordumuzun uğurları üçün siyasi təhlükəsizlik çətiri yaradır
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin dünyanın ən aparıcı media qurumlarına verdiyi müsahibələr Ordumuzun uğurları üçün siyasi təhlükəsizlik çətiri yaradır
05.11.2020 [08:42]
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də “La Repubblica”ya verdiyi müsahibə Azərbaycanın haqlı mövqeyinin bir daha dünyaya çatdırılması baxımından olduqca əhəmiyyətli idi. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi uğurların siyasi - diplomatik müstəvidə gücləndirilməsi məqsədlərinə xidmət edirdi. Çünki hərbi uğurların diplomatik cəbhədə davam etdirilməsi hazırkı mərhələdə ən aktual vəzifələrdən biridir”.
Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin dünyanın ən aparıcı media qurumlarına verdiyi müsahibələr, əslində, Ordumuzun uğurları üçün siyasi təhlükəsizlik çətiri yaradır ki, bu növbəti addımlar üçün yaxşı imkanlar açır: “Hər şeydən öncə, məsələnin hüquqi tərəflərinə diqqət çəkən Prezident İlham Əliyevin Ermənistanın işğalçı olduğunu və bu işğal faktının artıq 30 ilə yaxındır ki, davam etdiyini bildirməklə bu mərhələdə müvafiq beynəlxalq təşkilatların faktiki olaraq problemin həlli üçün heç bir addım atmadıqlarını, bütün sülh danışıqlarının nəticəsiz qaldığını və yaranmış vəziyyətin işğalçı ölkəni yeni ərazilərimizi işğal etməyə həvəsləndirdiyini bildirdi. Əlbəttə, Azərbaycan daha artıq buna dözə bilməzdi və Ermənistanın yeni hərbi-siyasi təxribatları münaqişənin aktiv fazaya keçməsini şərtləndirdi. Azərbaycan Ordusu qısa müddət ərzində ciddi hərbi naliyyətlər əldə etməklə bütün dünyaya öz gücünü göstərdi. İllərdir, formalaşan “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi. Erməni faşizminə əsaslanan işğal siyasətinə böyük zərbə vurmaqla regionda sülhün bərqərar olması üçün yeni şərtlər yaratdı. Terrorçu dövlət olan Ermənistanın dəstəklədiyi terror siyasətinin sülhü təhdid edən vasitə kimi ortadan qaldırılması istiqamətində işğalçı ölkəyə yaxşı dərs verdi. Eyni zamanda, işğalçı Ermənistanın regiona cəlb etdiy çoxsaylı terror təşkilatı üzvlərinin də cinayətlərinin qarşısını aldı”.
Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan bölgədə yeni hərbi-siyasi reallıq yaradıb: “İşğalçı ölkənin baş naziri Paşinyanı dünya dövlətlərinin liderlərinə fasiləsiz telefon edərək bu və ya digər formada yardımlar istəməyə məcbur etdi. Bu, işğalçı ölkəyə və onun terrorçu ordusuna verilən tarixi dərs idi. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan bu gün də beynəlxalq hüquqa və onun tələblərinə, problemin ən qısa zamanda danışıqlar yolu ilə həll edilməsinə sadiqdir. Bunun üçün hər şeydən öncə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi yerinə yetirilməli və ya əslində, Azərbaycan Ordusunun yerinə yetirdiyi bu qətnamələrin geri qalan hissəsindən işğalçı ordunun dərhal çıxarılması ilə bağlı Ermənistan tərəfi qrafik təqdim etməlidir. Təcrübə isə onu göstərir ki, Ermənistan bunu etmir, tam əksinə, vəziyyəti daha da gərginləşdirmək üçün humanitar atəşkəslə bağlı razılaşmaları pozur. Dinc əhalini və mülki obyektləri raket atəşinə tutmaqla sivil vətəndaşlarımızı hədəfə alır. Beləliklə, hərbi cinayətə əl atır və faktiki olaraq terror törədir. Üstəlik, əcnəbi vətəndaşları, muzdluları, PKK və Yaxın Şərqdən bəzi terrorçu qruplaşmaları qondarma “Dağlıq Qarabağ ordusu”na qoşmaqla beynəlxalq hüququn tələblərini pozur. Ona görə də işğala son qoyulmayana qədər Azərbaycan Ordusu öz legitim və beynəlxalq hüquqa əsaslanan əməliyyatlarını davam etdirəcək. Torpaqlarımızı işğaldan azad edərək regionda sülhü və inteqrasiyanı təmin edəcək”.
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

