Dağlıq Qarabağ münaqişəsinin həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır
31.10.2020 [08:58]
Prezident İlham Əliyev: Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır
Cari il sentyabrın 27-də işğalçı Ermənistanın hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatlarına başlamasından bir aydan artıq vaxt ötür. Ötən bir ayda müzəffər Ordumuzun əks-hücum əməliyyatlarını uğurla həyata keçirməsi və torpaqlarımızın xeyli hissəsini işğalçılardan təmizləməsi bir daha təsdiqləyir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tarixi ədalətin və beynəlxalq hüququn təmin olunmasında israrlıdır və bunu öz gücü ilə reallaşdırmaq iqtidarındadır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son vaxtlarda etdiyi çıxışlarda, dünyada böyük populyarlığa malik KİV-lərə, televiziya kanallarına verdiyi müsahibələrində Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı ölkəmizin ədalətli və prinsipial mövqeyini əsaslandırılmış şəkildə diqqətə çatdırıb. Müstəqil Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyü, suverenliyi dünya dövlətləri və beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən tanınıb. Azərbaycan münaqişənin həllində prinsipial mövqedən çıxış edərkən bu amilə istinad edir. Prezident İlham Əliyev bu günlərdə Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi ilə bağlı ölkəmizin prinsipial mövqeyini bir daha nəzərə çatdıraraq bildirib ki, həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır. “Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Ordusu döyüş meydanında öz üstünlüyünü sübut edib
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində qəti siyasi iradə ortaya qoyarkən ölkəmizin iqtisadi qüdrəti, cəmiyyətimizin bəhs olunan məsələdə vahid mövqedən çıxış etməsi, əksər siyasi partiyaların, vətəndaş cəmiyyəti təsisatlarının yüksək həmrəylik göstərmələri kimi fundamental amillərə, o cümlədən də Ordumuzun gücünə istinad edir. Bu gün müzəffər Silahlı Qüvvələrimiz Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində mövqeyini gücləndirən və özünəinam hissini artıran çox mühüm faktor qismində çıxış edir. Məlum olduğu kimi, müharibə şəraitində yaşayan Azərbaycanda son 17 ildə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordunun peşəkar kadrlarla təchizatı, döyüş hazırlığının artırılması dövlət siyasətinin prioritet istiqamətini təşkil edib və hər il büdcədən qeyd olunan məqsədlər üçün böyük həcmlərdə vəsait ayrılıb. Qürurverici haldır ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Sentyabrın 27-dən etibarən genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu xilaskarlıq missiyasını yerinə yetirərək hər gün yeni hərbi uğurlara imza atır. Azərbaycan Ordusu doğma torpaqlarda vuruşur, doğma torpaqlarda şəhidlər verir. Xilaskarlıq missiyası yerinə yetirməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində döyüşlərə daha inamla atılmaq üçün əlavə stimul yaradır. Hazırda Azərbaycanın Silahlı Qüvvələri yüksək təchizata malik olan ordudur. Ordumuz döyüş meydanlarında bir sıra innovativ həlləri məharətlə tətbiq etməklə, taktiki və strateji əməliyyatları düzgün əlaqələndirməklə dünya hərb tarixinə yeniliklər bəxş edir. Lakin Prezident İlham Əliyevin müxtəlif çıxışlarında və müsahibələrində də bildirdiyi kimi, Ordumuzun qələbələrinin əsas qəhrəmanları Vətəni çox sevən, torpaqlarımızın hər qarışı uğrunda canından, qanından keçməyə hazır olan əsgərlərimiz və zabitlərimizdir. Şanlı qələbələr tariximizin bugünkü qürur doğuran səhifələrini Ali Baş Komandanın rəhbərliyi ilə məhz onlar yazırlar.
Cəbhə xəttində əks-hücum əməliyyatlarının başlamasından az vaxt keçməsinə baxmayaraq, Ordumuzun qazandığı qələbələrin miqyası kifayət qədər böyükdür. Prezident İlham Əliyevin bu günlərdə Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibədə bildirdiyi kimi, Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Artıq düşmənin öyündüyü “güclü ordu” mifi dağılıb, 30 il ərzində işğal altındakı ərazilərdə qurulan istehkamlar keçilib. Əks-hücum əməliyyatlarının başladığı gündən bəri bir sıra strateji yüksəkliklər, Suqovuşan, Hadrut qəsəbələri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, çoxlu sayda kəndlərimiz işğaldan azad edilib. Zəngilanın Ağbənd qəsəbəsinin işğalçılardan təmizlənməsi ilə Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi mühüm tarixi hadisə, ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbədir. Yeri gəlmişkən, dövlətimizin başçısı oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədəki çıxışında Silahlı Qüvvələrimizin qələbələrindən böyük qürur hissi ilə bəhs edərək bildirib ki, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. “İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Onu da qeyd edək ki, aktiv hərbi əməliyyatların gedişi zamanı düşmən minlərlə canlı qüvvəsini itirib. Eyni zamanda, işğalçı Ermənistanın iqtisadiyyatına və ordusuna dəyən ziyan bir neçə milyard dollara bərabərdir. Düşmən dövlətin KİV-lərinin verdiyi məlumata əsasən, artıq forpost ölkədə ciddi resurs qıtlığı müşahidə edilir. Əsgəri qüvvə çatışmadığına görə, qadınlar, yaşlı insanlar, hətta uşaqlar belə məcburi qaydada səfərbər edilərək birbaşa döyüş meydanlarına göndərilir.
Son bir ayda döyüş meydanlarında qazanılan uğurlar digər ərazilərimizin də tezliklə işğaldan təmizlənəcəyinə böyük ümidlər yaradıb. Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan Ordusunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi davam edir. Beləliklə, üç onillik ərzində ağır şəraitdə qaçqınlıq, məcburi köçkünlük həyatı yaşayan insanların həsrətinə son qoyulacaq, onlar doğma yurd yerlərinə qayıtmaq imkanı qazanacaqlar.
Cəbhə bölgəsində müharibənin alovlanmasının bütün məsuliyyəti işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür
Sülhsevər ölkə olan Azərbaycan hər zaman müharibənin əleyhinə olub və Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunan ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda fəal iştirak edib. Torpaqlarının 20 faizinin işğala məruz qalmasına baxmayaraq, üç onillik ərzində danışıqlar prosesində iştirak etməsi Azərbaycanın sülhə nə qədər böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir. Ölkəmiz sülh prosesində daim o mövqedən çıxış edib ki, danışıqlar substantiv nəticələrə hesablanmalıdır.
Bütün bunları münaqişənin digər tərəfi - işğalçı Ermənistan barəsində söyləmək mümkün deyil. Ermənistan indiyədək danışıqlar prosesinə müxtəlif pozucu əməllərlə pəl vurmaqla əslində, işğal məhsulu olan status-kvonu sonsuzadək davam etdirmək niyyəti güdürdü. Bunu son vaxtlarda Ermənistan rəhbərlərinin təhrikedici hərəkətləri və açıqlamaları bir daha təsdiqləyir. Ermənistandan “yeni torpaqlar uğrunda yeni müharibə” iddiaları eşidilirdi. Cari ilin iyul ayında heç bir səbəb olmadan iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimiz, dinc sakinlər və mülki infrastruktur erməni hərbi birləşmələri tərəfindən qəfil artilleriya atəşinə tutulub. Avqust ayında işğalçı dövlət respublikamıza diversiya qrupu göndərib. Bu ölkənin baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deməsi, onun işğal altındakı torpaqların heç vaxt Azərbaycana qaytarılmayacağını bildirməsi, əvvəlcədən müəyyənləşdirilən formatı dəyişdirməyə cəhdlər göstərməsi danışıqlar prosesini bütünlüklə mənasız edib. Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində buna diqqət çəkərək “Yeri gəlmişkən, mən 17 ildir ki, bu prosesin içindəyəm. Mən Ermənistanın iki əvvəlki prezidenti ilə işləmişəm və biz böyük olmasa da, irəliləyiş əldə etmişdik. Biz mütəmadi olaraq görüşürdük. Moskvada, Parisdə, Vaşinqtonda mütəmadi görüşlər olurdu. Lakin Paşinyan hakimiyyətə gələndən sonra o, təkcə bəyanatları ilə deyil, həm də hərbi təxribatları ilə danışıqlar prosesini pozmaq üçün faktiki olaraq hər şeyi etdi. Artıq hakimiyyətə gələndən 2 il və daha artıq müddətdə proses yoxdur”, - deyə vurğulayıb.
Sentyabrın 27-də cəbhə xəttində bu dəfə daha genişmiqyaslı təxribatlar törətməklə Ermənistan üç onillik ərzində davam etdirdiyi işğalçılıq siyasətini kuliminasiya nöqtəsinə çatdırdı. Beləliklə, cəbhə xəttində müharibənin alovlanmasının, ağır silahların işə düşməsinin bütün məsuliyyəti işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan rəhbərliyinin təxribat əməllərini hazırda da davam etdirməsinin heç bir məntiqi izahı yoxdur. Qeyd edək ki, düşmən ölkə sentyabrın 27-dən bəri Rusiyanın, Fransanın və ABŞ-ın səyləri ilə əldə olunan atəşkəs razılaşmalarını birtərəfli qaydada pozub. Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində Ermənistanın atəşkəs razılaşmalarına əməl etmədiyinə diqqət çəkərək vurğulayıb: “Bu bir ay ərzində mən dəfələrlə demişəm ki, biz bu münaqişənin nizamlanmasının hərbi mərhələdən siyasi mərhələyə keçməsini istəyirik. Lakin təəssüf ki, erməni tərəfi atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq, bizim azad etdiyimiz əraziləri yenidən işğal etməyə cəhd göstərərək qarşıdurmanı davam etməyə doğru yönəldir. Buna görə sizin sualınıza bir daha cavab verirəm - hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. Biz istərdik ki, hərbi faza danışıqlar masası arxasında başa çatsın, Azərbaycan ərazilərinin bundan sonra da işğaldan azad olunması məsələləri həll edilsin”.
Xatırladaq ki, sentyabrın 27-dən bəri döyüş meydanlarında məğlubiyyətlə üzləşən düşmən ölkənin silahlı qüvvələri Azərbaycanın münaqişə bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər, Ağcabədi, Mingəçevir və digər yaşayış məntəqələrini artilleriya atəşinə tutub. Nəticədə, aralarında uşaqlar və qadınlar da olmaqla 100-dək mülki şəxs həyatını itirib, 400-dək vətəndaşımız isə bu və ya digər dərəcədə xəsarət alıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31

