Anar Eyvazov: Heç bir təxribat qələbə əzmimizə və zəfər yolumuza mane ola bilməz
29.10.2020 [08:43]
Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc əhaliyə qarşı “Smerç” tipli yaylım atəşli reaktiv sistemləri ilə raket zərbələri nəticəsində mülki əhalimiz arasında xeyli sayda ölənlər və yaralılar var. Azərbaycan Ordusu ilə üzləşməyi bacarmayan qorxaq düşmən bu dəfə də xaincəsinə mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 28-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
Anar Eyvazov bildirib ki, Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara bundan sonra da layiqli cavab veriləcək. Təkcə Bərdəni deyil, ötən müddət ərzində humanitar atəşkəs rejimini kobud şəkildə pozan düşmən Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən və işğal edilmiş ərazilərdən cəbhənin müxtəlif istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini və cəbhəboyu bölgəyə yaxın yaşayış məntəqələrimizi artilleriya qurğularından, o cümlədən “Smerç” və “Qrad” tipli yaylım atəşli reaktiv sistemlərdən atəşə tutub. Bundan başqa, Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində hücuma cəhd edən düşmən bölmələrimizin qətiyyətli zərbəsi ilə itki verərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin xeyli sayda canlı qüvvəsi, bir neçə döyüş texnikası, o cümlədən “Osa” tipli zenit raket kompleksi, “Konkurs” tipli tank əleyhinə raket kompleksi, 3 “Qrad” tipli yaylım atəşli reaktiv sistemi, 2 “Qiasint” topu, 12 artilleriya topu, minaatan və 6 avtomobil texnikası dəqiq atəş zərbələri ilə məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünün rəsmi “Twitter” hesabında qeyd etdiyi kimi, həyata keçirilən tədbirlər nəticəsində Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarının ümumi olaraq 13 kəndi azad olunub.
“Ermənistanda hərbi müqaviləlilər və polis əməkdaşları Azərbaycan Ordusu ilə döyüşə girməkdən imtina edirlər. Düşmənin ordu rəhbərliyi şəxsi heyət çatışmazlığını aradan qaldırmaq üçün 2000 nəfərdən ibarət heyətin toplanması barədə göstəriş verməsinə baxmayaraq, heç 300 nəfəri də yığa bilməyiblər. Eyni zamanda, düşmən bölmələrində ərzaq, silah, sursat və nəqliyyat vasitələrinin çatışmazlığı kəskin olaraq özünü büruzə verib.
Düşmən bilməlidir ki, Azərbaycanda dövlət-xalq-ordu birliyi sarsılmazdır. Heç bir təxribat qələbə əzmimizə və zəfər yolumuza mane ola bilməz. Humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələri ordumuz tərəfindən darmadağın edilib. Qələbə bizimlədir”, - deyə Anar Eyvazov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

