/ / Əlisahib Hüseynov: Bu gün siyasi partiyaların vahid mövqedən çıxış etməsi, Ali Baş Komandanımızı dəstəkləməsi mühüm əhəmiyyətə malikdir
Əlisahib Hüseynov: Bu gün siyasi partiyaların vahid mövqedən çıxış etməsi, Ali Baş Komandanımızı dəstəkləməsi mühüm əhəmiyyətə malikdir
14.10.2020 [08:44]
“Oktyabrın 3-də ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” mövzusunda videokonfrans formatında keçirilən görüşə qatılan bütün həmkarlarımız öz çıxışlarında bu toplantının hazırkı məqamda olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar. Çıxış edənlər bu görüşün təşkilatçısı kimi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə öz təşəkkürlərini bildirdilər. Partiya sədri olaraq mən də bu şöbənin fəaliyyətini çox səmərəli və təqdirəlayiq hesab edirəm. Belə bir strukturun yaradılması ilə partiyaların fəaliyyətinin canlandırılması və onların ölkə əhəmiyyətli proseslərdə fəal rol almaları üçün böyük səylər göstərilir”. Bu fikirləri Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Əlisahib Hüseynov bildirib ki, məhz cəmiyyət, xalq və tarix qarşısında məsuliyyətlərini dərk etdiklərinə görə 50 siyasi partiya birgə bəyanatla orduya, Ali Baş Komandana dəstək mövqeyini ortaya qoydu və hazırda da siyasi partiyaların bu istiqamətdəki birliyi əhəmiyyətlidir: “Həmin görüşdə siyasi partiyaların ideoloji fərqlərindən asılı olmayaraq, Qarabağ məsələsində vahid mövqedən çıxış etdiklərini vurğuladılar. Bilirsiniz, siyasi partiyalar da cəmiyyətin bir parçasıdır və cəmiyyətin formalaşdırdığı institutlardır. Bu gün cəmiyyət nəyə köklənibsə, sosial sifariş, sosial tələb nədirsə, siyasi partiyalar da o tələbə adekvat hərəkət etməli, cəmiyyətin istəyinə uyğun fəaliyyət göstərməlidir. Əgər cəbhədə baş verən son olaylar bütün cəmiyyəti birləşdiribsə, siyasi partiyalar da bu prosesdən kənarda qala bilməzdi. Bu gün siyasi partiyaların vahid mövqedən çıxış etməsi, Ermənistanın işğalçı siyasətinə qarşı mübarizə aparan Ordumuzu və Ali Baş Komandanımızı dəstəkləməsi mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bu, bütün dünyaya, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinə və ölkəmizə təzyiq göstərməyə çalışan bütün digər tərəflərə də xüsusi bir mesajdır ki, müxalif və ya iqtidaryönümlü olmasından asılı olmayaraq ölkənin bütün siyasi partiyaları Azərbaycan xalqı ilə, Ordu ilə və dövlət başçısı ilə birdir”.
“Milli birlik, həmrəylik siyasi sabitliyin qorunub saxlanması ilə yanaşı, eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi baxımından da olduqca vacib amildir. Ordumuz cəmiyyətimizlə sıx şəkildə bir-birinə bağlıdır. Əsgər və zabitlərimiz bilavasitə cəmiyyətdən ruh alır, döyüş əzminə köklənir. Cəmiyyətdə milli birlik olmazsa, əsgər də ön cəbhədə inamla döyüşə bilməz. Sevindirici haldır ki, hazırda istər xalqımız, istərsə də Ordumuz birmənalı şəkildə qələbəyə köklənib. Bu gün xalqla Ordu arasında, Ali Baş Komandanımız İlham Əliyev arasında güclü birlik var. İşğalçı ölkənin silahlı qüvvələri və vətəndaşları barədə isə eyni sözü demək mümkün deyil. İndi erməni cəmiyyəti də, düşmən ordusunun əsgər və zabitləri də böyük bir xaos və panika içindədir. Erməni əsgərləri də əks-zərbələrimizə tab gətirməyib, silah və bayraqlarını atıb qaçırlar. 27 sentyabrda başlanan döyüşlər erməni birliyinin “sabun köpüyü” olduğunu üzə çıxardı, bizim ölkəmizdə isə milli həmrəyliyin nə qədər güclü olduğunu əyani şəkildə göstərdi”, - deyə partiya sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31

