20 Yanvarda Azərbaycan xalqı özünün yenilməzliyini bütün dünyaya sübut etdi
19.01.2010 [08:50]
Yanvarın 17-də Bişkekdəki “Azəri” İctimai Birliyinin və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun birgə təşkilatçılığı ilə Qırğızıstanın Kant şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı mərasim keçirilib. Tədbirdə, Kant rayonunun rəhbərləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Mərasimi “Azəri” İctimai Birliyinin prezidenti Akif Alaferdov açaraq, 20 Yanvar faciəsinin başvermə səbəbləri, keçmiş sovet ordusunun Bakıda törətdiyi cinayətlər haqqında ətraflı məlumat verib. Sonra çıxış edən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov isə deyib ki, 20 Yanvar tariximizin unudulmaz qəhrəmanlıq səlnaməsidir. Həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, müstəqillik uğrunda mübarizə əzminin sarsılmazlığını bütün dünyaya sübut etdi. Xalqımızın azadlıq uğrunda apardığı mücadilə öz nəticəsini verdi. Uzun illər həsrətində olduğumuz müqəddəs arzuya, azadlığa qovuşduq: “20 Yanvar faciəsinin 20-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə biz ötən illəri xatırlamalı, xalqımızın ağır sınaqlardan necə şərəflə çıxdığını iftixar hissi ilə qeyd etməliyik. ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, dövlətçilik məharəti, cəsarətli addımları sayəsində Azərbaycanda anarxiyanın, xaosun kökü kəsildi, sabitlik bərqərar oldu, Ermənistanla müharibədə atəşkəsə nail olundu, xalqımızın sınmış inamı özünə qaytarıldı, Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq sabit və rəvan yola qədəm qoydu. Lakin bütün bunlar asanlıqla başa gəlmədi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevirilişlərinin qarşısı mərdliklə alındı, ayrı-ayrı siyasi qruplara və şəxslərə xidmət edən müxtəlif silahlı dəstələr ləğv edildi, Milli Ordu yaradıldı və ordumuzda hərbi vətənpərvərlik, vətənə və torpağa sədaqət, milli qürur hissi gücləndirildi”.
Qanlı Yanvar hadisələrinə ən düzgün siyasi - hüquqi qiymətin də məhz ümummilli liderimiz tərəfindən verildiyini xatırladan natiq ölkəmizin tarixi gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən görülən işlərdən də geniş bəhs edib.
Qeyd edək ki, tədbirdə, həmçinin, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə rus və qırğız dillərində çap edilmiş “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi” kitabı, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, akademiyanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi redaktorluğu ilə institutun alimləri tərəfindən hazırlanmış, Bişkekdə rus və ingilis dilində nəşr olunmuş “Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar”, Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Qafar Əliyevin Bişkekdə rus dilində nəşr olunmuş “Müasir Azərbaycanın banisi, qurucusu və xilaskarı” və Fondun Bişkekdə nəşr etdirdiyi digər kitablar mərasim iştirakçılarına paylanılıb.
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54

