/ / “Qlobal miqrasiya böhranı: Beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində” kitabı çapdan çıxıb
“Qlobal miqrasiya böhranı: Beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində” kitabı çapdan çıxıb
24.10.2018 [09:25]
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun ideya müəllifliyi və baş redaktorluğu ilə “Qlobal miqrasiya böhranı: Beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateyi Araşdırmalar Mərkəzinin əməkdaşlarının (fəlsəfə üzrə elmlər doktoru, professor Tahirə Allahyarova, aparıcı elmi işçi Şahmar Hacıyev, elmi işçilər Elnarə Qəribova, Ayaz Rzayev və Orxan Bağırov) müəllifliyi ilə nəşr edilən kitabda hazırda dünyada yaşanan və milyonlarla insan həyatına təsir edən humanitar faciə - miqrasiya böhranı və onun yaranma səbəbləri ilə bağlı məsələlərə yeni baxış bucağından nəzər salınır. Miqrasiya proseslərinin təhlilində siyasi səbəblər və böhranın geosiyasi əsasları diqqət mərkəzinə gətirilir, miqrasiya böhranının müasir beynəlxalq münasibətlər sisteminin böyük sınağı kimi çıxış etməsi vurğulanır.
Kitabda miqrasiya proseslərinin tarix qədər qədim olması, bundan fərqli olaraq miqrasiya siyasətinin bir Qərb fenomeni kimi yeni dövrdə, Qərb məkanında milli dövlətin yaranması ilə formalaşması, XVII-XIX əsrlərdə müstəmləkəçilik siyasətinin miqrasiya proseslərinin tənzimlənməsinə təsirinin, Qərbin miqrasiya siyasəti modelinin geosiyasi maraqlara xidmət edərək tarixi ənənəyə çevrilməsində müstəmləkəçi irsin yeri və rolunun elmi şəkildə əsaslandırılmasına cəhd edilir. Nəşrdə, eyni zamanda, XX əsrdə beynəlxalq miqrasiya və qaçqın hüququnun yaradılması, miqrasiyanın tənzimlənməsi üçün vaxtaşırı müxtəlif siyasi-hüquqi modellərin tətbiqinin həqiqi məqsədləri təhlil edilir.
Kitabda XXI yüzilliyin əvvəllərində başlayan miqrasiya böhranının Avropa İttifaqı dövlətləri arasında dərin fikir ayrılığı yaratması məsələsi və qitənin müstəmləkəçi keçmişə malik olan dövlətləri ilə Şərqi Avropa ölkələrinin baş verən proseslərdə heç bir məsuliyyət daşımadıqları ilə bağlı mövqeyi müqayisə edilir.
Miqrasiya mövzusuna həsr edilmiş nəşrdə Cənubi Qafqazdakı tarixi miqrasiya proseslərinin episentri kimi Azərbaycana nəzər salınır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri aspektində tarixən imperiyaların müstəmləkəçi köçürmə siyasəti və onun həlli yolunda maneə kimi qaçqınların hüquqlarının təmin edilməsində geosiyasi maraqların toqquşmasından irəli gələn “ikili standartlar”ın rolu təhlil edilir.
Kitabda belə nəticəyə gəlinir ki, miqrasiya böhranı beynəlxalq münasibətlərin ənənəvi oyun qaydalarına, Qərb dövlətlərinin indiyə qədər yürütdüyü daxili və xarici siyasətlərinə dərin təsirini göstərən “geosiyasi cəbhə xətti” kimi çıxış edir.
Miqrasiya böhranı Qərbin siyasi-hüquqi, iqtisadi, ideoloyi, sosial-mədəni siyasətinin bütün səviyyələrdə müşahidə edilən böhranına, beynəlxalq ədalətin, liberal insan hüquqları və multikulturalizm dəyərlərinin iflası prosesinə çevrilməkdədir. Dünya birliyi miqrasiya böhranının həllinə yalnız beynəlxalq ədalət və hüquq prinsiplərinə əməl etməklə nail ola bilər. Qeyd edilənlər də öz növbəsində, miqrasiya probleminin siyasi aspektlərinin səbəblərinin tədqiq olunmasını zəruri edir.
Kitab miqrasiya problemləri ilə maraqlanan ekspertlər, alimlər, tələbələr, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

