Paolo Alli: Azərbaycan Qafqaz regionunda sabitliyin təminində açar rolunu oynayır
14.09.2018 [09:34]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 13-də NATO Parlament Assambleyasının sədri Paolo Allinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, NATO ilə əməkdaşlıq ölkə siyasətinin əsas prinsiplərindən biridir. Azərbaycanın 24 ildir bu qurumla uğurlu əməkdaşlıq etdiyini söyləyən Milli Məclisin sədri vurğulayıb ki, bu illər ərzində NATO-nun ən yüksək səviyyəli nümayəndələrinin ölkəmizə səfərləri olub.
Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycan NATO tərəfindən həyata keçirilən sülhməramlı dəstək proqramlarında iştirak edir. Hazırda 120 Azərbaycan əsgəri Əfqanıstanda xidmət edir. Milli Məclisin sədri ölkəmizin təkcə NATO ilə deyil, həmçinin NATO Parlament Assambleyası ilə də əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı danışıqlar prosesi barədə məlumat verən Oqtay Əsədov NATO PA-da bu məsələ ilə əlaqədar sənədin qəbulunun vacibliyini qeyd edib.
NATO-da enerji təhlükəsizliyinin çox vacib məsələ olduğunu deyən Milli Məclisin sədri bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, Qədim İpək yolunun dəmir yoluna çevrilməsi layihəsi Asiya və Avropa arasındakı məsafəni daha da azaldır.
NATO Parlament Assambleyasının sədri Paolo Alli söyləyib ki, Cənubi Qafqazdakı təhlükəsizlik bütövlükdə dünya üçün olduqca böyük əhəmiyyət kəsb edir. “Biz bilirik ki, Azərbaycan Qafqaz regionunda sabitliyin təminində açar rolunu oynayır”, - deyə Paolo Alli qeyd edib. O, Azərbaycanın NATO əməliyyatlarındakı uğurlu iştirakını da xüsusi qeyd edib.
Paolo Alli Azərbaycan nümayəndə heyətinin NATO PA-dakı fəaliyyətini təqdirəlayiq hal hesab edib.
Görüşdə əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

