/ / Aktau Zirvə toplantısında imzalanmış Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün yeni perspektivlər yaradır
Aktau Zirvə toplantısında imzalanmış Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün yeni perspektivlər yaradır
15.08.2018 [09:03]
Ekspertlər Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını tarixi və strateji əhəmiyyətə malik hadisə kimi qiymətləndirirlər
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanması tarixi və strateji əhəmiyyətə malik olan hadisə kimi qiymətləndirilir. Ekspertlər birmənalı şəkildə qeyd edirlər ki, Aktau Zirvə toplantısında qəbul edilmiş qərarlar Xəzəryanı ölkələrin maraqlarına cavab verir, Xəzər regionunda əməkdaşlığın genişlənməsinə xidmət edir. Ümumi qənaət budur ki, Zirvə toplantısında imzalanmış Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün yeni perspektivlər yaradır.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1992-ci ildən konkret sənəd üzərində aparılan danışıqlar öz məntiqi nəticəsini verdi. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentləri tarixi əhəmiyyətli sənədi imzaladılar. Bu il martın sonunda İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış “Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi” haqqında Anlaşma Memorandumunun Xəzərin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıdığını söyləyən millət vəkili əlavə edib: “İran Prezidentinin Azərbaycana səfəri zamanı aparılan danışıqlar onunla nəticələndi ki, Xəzərdə müvafiq blokların birgə istifadəsi ilə bağlı razılaşma əldə edildi. Beləliklə, bu ilin mart ayının sonunda uğurlu Azərbaycan-İran danışıqları yekun Konvensiyanın imzalanması yolunda çox mühüm, həlledici addımlardan biri oldu. Bu gün Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi balanslı, çoxvektorlu, tarazlaşdırılmış xarici siyasət kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin beynəlxalq münasibətlərdəki mövqeləri daha da möhkəmlənir. Azərbaycanın digər ölkələrlə ikitərəfli əlaqələri daha da genişlənir. Hesab edirəm ki, əgər Azərbaycanın İran, Rusiya, Qazaxıstan, Türkmənistanla ikitərəfli münasibətləri belə yüksək səviyyədə olmasaydı, haqqında bəhs etdiyimiz Konvensiyanın imzalanması mümkünsüz olardı. Yəni bu sənəd ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətdə ikitərəfli münasibətlər formatına prioritet istiqamət kimi yanaşmasının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir”.
Milli Məclisin deputatı qeyd edib ki, bu Konvensiyanın imzalanması, sözün əsl mənasında, dövrümüzün mürəkkəb məsələlərindən birinin həll olunması deməkdir: “Bu, regionda sülhə, sabitliyə xidmət edən, Xəzəryanı dövlətlər arasında münasibətlərin yeni səviyyəsini müəyyən edən, yeni mərhələsinin əsasını qoyan bir sənəddir. Bu Konvensiya dostluğa və əməkdaşlığa xidmət edir. Bu baxımdan, imzalanmış Konvensiyanın həm siyasi, həm iqtisadi, həm geoiqtisadi, həm də geostrateji əhəmiyyəti var”.
Elman Nəsirov diqqətə çatdırıb ki, imzalanmış Konvensiya Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə yanaşı, nəqliyyat, ekologiya və bütövlükdə regionda sülh və təhlükəsizlik məsələlərini özündə ehtiva edir: “Ona görə də bu sənədin imzalanması Xəzəryanı ölkələrin hamısı üçün uğurludur. Sülhə, təhlükəsizliyə, əməkdaşlığa xidmət edən bu sənədin imzalanması, eyni zamanda, digər regionlar üçün də böyük əhəmiyyət kəsb edir. Yeni əməkdaşlıq mühiti Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına stimul olacaq. Nəticə etibarilə bu, Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxaracaq. Burada həm siyasi, həm iqtisadi, humanitar, təhlükəsizlik sahələrində əməkdaşlıqdan söhbət gedir”.
Milli Məclisin deputatı onu da vurğulayıb ki, hər zaman olduğu kimi mühüm tarixi əhəmiyyətli sənədin imzalanması ərəfəsində anti-Azərbaycan qüvvələr, erməni lobbisinə yaxın olan siyasi dairələr müxtəlif yollarla belə bir tarixi razılaşmanın əldə edilməsinə mane olmağa çalışırdılar: “Çünki hamıya aydındır ki, belə bir sənədin imzalanması Azərbaycanın mövqeyini daha da gücləndirəcək, ölkəmiz daha da inkişaf edəcək. Həmin qüvvələr bu səbəbdən cürbəcür ssenariləri işə salmaq istəyirdilər. Hər zaman olduğu kimi, bu dəfə də onların arzuları ürəklərində qaldı. Son nəticədə Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı məsələ həllini tapdı, yekun Konvensiya imzalandı. Bu, bir daha onu göstərdi ki, Azərbaycan Prezidentinin siyasi iradəsinin, qonşu dövlətlərin liderləri ilə yaratdığı sıx ünsiyyətin, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən mehriban qonşuluq siyasətinin, dostluq münasibətlərinin sayəsində 26 ildən çoxdur həllini tapmayan problem öz həllini tapdı. Konvensiyanın imzalanmasından sonra Prezident İlham Əliyev mətbuata bəyanatında da Xəzərin hüquqi statusunu müəyyən edən yekun Konvensiyaya tarixi əhəmiyyətli sənəd kimi qiymət verdi. Şübhəsiz ki, belə bir sənədin imzalanması nəticə etibarilə regionda, bütövlükdə qlobal aləmdə sülhə və təhlükəsizliyə xidmət göstərəcək, Xəzəryanı dövlətlər arasında əməkdaşlıq mühitini daha da genişləndirəcək. Bu, həmçinin Xəzər regionunda ekoloji tarazlığın qorunması istiqamətində mühüm hadisədir”.
“Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənəd imzalandı. Xəzəryanı ölkələrin prezidentləri tərəfindən imzalanan Konvensiya regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək”. Bu fikirləri isə Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağlı razılaşma əldə edilməsinə imkan vermirdi. Azərbaycanın sənədin razılaşdırılmasındakı mühüm rolundan bəhs edən deputat 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısının ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xüsusi töhfə verdiyini ifadə edib. Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konvensiyanın imzalanmasının çox önəmli hadisə olduğunu söyləyən millət vəkili bildirib ki, bu sənəd Azərbaycanın illər boyunca irəli sürdüyü mövqe ilə üst-üstə düşür və Xəzəryanı dövlətlərə fayda gətirəcək.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

