Azərbaycan-Qırğızıstan münasibətləri strateji müttəfiqlik mərhələsində
01.08.2026 [22:12]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana həyata keçirdiyi dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, verilən mühüm bəyanatlar və əldə olunan razılaşmalar göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq artıq yeni – strateji müttəfiqlik mərhələsinə qədəm qoyub.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri əslində iki ölkənin gələcək əməkdaşlığının əsas fəlsəfəsini ifadə edir. Bu münasibətlər təkcə dostluq və qarşılıqlı hörmət üzərində qurulmur, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin, regional təhlükəsizliyin möhkəmləndirilməsinin, iqtisadi əlaqələrin genişləndirilməsinin və ortaq maraqların qorunmasının vacibliyini ortaya qoyur.
Səfər zamanı imzalanmış sənədlər müxtəlif istiqamətləri əhatə etməklə Azərbaycan–Qırğızıstan münasibətlərinin nə qədər geniş və çoxşaxəli olduğunu bir daha nümayiş etdirdi. Bu sənədlər iqtisadiyyat, investisiya, nəqliyyat, humanitar əməkdaşlıq və digər sahələrdə qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradır. Dövlət başçısının da qeyd etdiyi kimi, əvvəlki razılaşmalar uğurla həyata keçirildiyi kimi, bu dəfə əldə olunan razılaşmalar da konkret nəticələr verəcək.
Diqqət çəkən mühüm qərarlardan biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun büdcəsinin iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması oldu. Bu addım iki ölkənin iqtisadi əməkdaşlığa verdiyi əhəmiyyətin bariz nümunəsidir. Fond vasitəsilə həyata keçirilən layihələr yeni istehsal sahələrinin yaradılmasına, məşğulluğun artırılmasına, sahibkarlığın inkişafına və investisiya mühitinin daha da yaxşılaşmasına xidmət edir. Bu isə gələcəkdə iqtisadi əlaqələrin daha da genişlənəcəyinə inam yaradır.
Səfərin mühüm hadisələrindən biri də İssık-Kul gölünün sahilində inşa edilmiş "Bakı" hotelinin açılışı oldu. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilmiş bu müasir beşulduzlu hotel yalnız turizm layihəsi deyil, eyni zamanda Azərbaycan ilə Qırğızıstan arasında dostluğun və qarşılıqlı etimadın simvoludur. "Bakı" adını daşıyan bu kompleks Azərbaycan brendinin Mərkəzi Asiyada nüfuzunun artmasına da mühüm töhfə verir.
Humanitar əməkdaşlıq sahəsində əldə olunan nəticələr də xüsusi əhəmiyyət daşıyır. Qarabağın bərpasına Qırğızıstanın verdiyi dəstək qardaşlığın ən gözəl nümunələrindəndir. Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin tikilməsi təkcə təhsil layihəsi deyil, həm də xalqlarımız arasında dostluğun gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm mənəvi körpüdür. Eyni zamanda Bakıda Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi ortaq tarixi köklərin və mədəni bağların daha da möhkəmləndiyini göstərir.
Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinin Məşvərət görüşlərinə Azərbaycanın tamhüquqlu üzv kimi qəbul edilməsinə görə təşəkkürünü ifadə etməsi ölkəmizin region dövlətləri ilə əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi mesajdır. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıq siyasətinə verilən yüksək qiymətin ifadəsidir və regionda yeni iqtisadi, nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi üçün geniş perspektivlər açır.
Səfər çərçivəsində dövlət başçılarının qarşılıqlı şəkildə ali dövlət ordenləri ilə təltif olunması münasibətlərin yüksək səviyyəsinin daha bir göstəricisidir. Prezident İlham Əliyevin Qırğızıstanın birinci dərəcəli "Manas" ordeninə, Prezident Sadır Japarovun isə Azərbaycanın "Heydər Əliyev" ordeninə layiq görülməsi xalqlarımız arasında dostluğun, qarşılıqlı hörmətin və strateji tərəfdaşlığın rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.
Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi isə Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Bu bəyannamə nəqliyyat dəhlizlərinin inkişafı, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və regional əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaradır.
Bu gün Azərbaycan xarici siyasətində etibarlı tərəfdaş, təşəbbüskar dövlət və regional əməkdaşlığın fəal iştirakçısı kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu davamlı şəkildə artır, dost ölkələrlə əlaqələr daha da möhkəmlənir. Qırğızıstana dövlət səfəri də bu siyasətin uğurlu davamı olmaqla yanaşı, Türk dünyasının həmrəyliyinin, ortaq dəyərlərin və gələcəyə hesablanmış strateji əməkdaşlığın növbəti parlaq nümunəsi kimi tarixə yazıldı.
Fərid Zeynalov
Siyəzən RİHB-nın Sədan kənd İƏD üzrə nümayəndəsi
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

