Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının Bəyannaməsi qəbul edilib
22.06.2018 [09:19]
İyunun 21-də “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova və Pakistanın qadınların təcavüz hallarından müdafiəsi üzrə federal müvəkkili Kaşmala Tariq çıxış edərək konfransda olduqca məhsuldar müzakirələrin aparıldığını, faydalı təkliflərin irəli sürüldüyünü diqqətə çatdırıblar. Bildirilib ki, ayrı-seçkiliyin bütün formaları insan hüquqlarının pozulmasına səbəb olur. Hüquq bərabərliyi insan hüquqlarının ali prinsipi hesab edilməlidir. Hüquqi, demokratik və vətəndaş cəmiyyəti quruculuğu yolunu tutan dövlətlərdə insan hüquq və azadlıqları milli prioritet məsələdir.
Konfransın yekununda Bəyannamə qəbul edilib.
Sənəddə bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinin təbliğinə, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən buna əməl edilməsinə dəstəyin verilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün iqtisadi və hüquqi inkişafın dəstəklənməsi, ədalətli bir dünya üçün davamlı tərəqqinin, sosial inkişafın və ətraf mühitin qorunmasının təşviqinin və heç kəsin bu inkişafdan kənarda qalmaması üçün birgə fəaliyyətin zəruriliyi, ombudsmanların, milli insan hüquqları təsisatlarının bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə əməl edilməsi məqsədilə monitorinq və qiymətləndirmənin aparılmasında, vətəndaş cəmiyyətinin bu prinsiplərin təbliği prosesində yaxından iştirakının təşviqinin, qeyri-hökumət təşkilatlarını, kütləvi informasiya vasitələrini cəlb etməklə birgə tədbirlərin keçirilməsinin önəmi kimi məsələlər öz əksini tapıb.
Həmçinin Bəyannamədə universal və regional beynəlxalq təşkilatlarla, BMT və onun ixtisaslaşdırılmış təsisatları ilə, Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər təşkilatlarla, həmçinin milli insan hüquqları qurumları, saziş qurumları ilə əməkdaşlığın genişləndirilməsi və hüquq bərabərliyinin təmin olunmasına yönəlmiş birgə layihələrin təşviq olunması, hüquqların bərabər təmininə təhlükə yaradan halların, o cümlədən müharibə, hərbi münaqişə, soyqırımı, terrorizm, ksenofobiya və islamofobiya hallarının qarşısının alınması, onların dinc yolla həll olunması və nəticələrinin aradan qaldırılmasına yönəlmiş çevik proqramların hazırlanması və dövlət tərəfindən həyata keçirilən tədbirlərə, beynəlxalq təşəbbüslərə dəstək verməklə milli insan hüquqları təsisatlarının, vətəndaş cəmiyyətinin, bütün əhali qruplarının imkanlarının səfərbər edilməsi, əsas insan hüquqlarının, vətəndaş, siyasi, iqtisadi, sosial, mədəni, o cümlədən kollektiv hüquqların hər hansı bir əlamətə görə heç bir ayrı-seçkiliyə yol vermədən hərtərəfli təmin olunması sahəsində fəaliyyətin əlaqələndirilməsi məsələləri də yer alıb.
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28

