/ / “The Jerusalem Post” qəzetinin oxucuları “İslam Həmrəyliyi İli”nin yekunları barədə məlumatlandırılıb
“The Jerusalem Post” qəzetinin oxucuları “İslam Həmrəyliyi İli”nin yekunları barədə məlumatlandırılıb
20.01.2018 [01:31]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının İsrailin “The Jerusalem Post” qəzetində “İslam Həmrəyliyi İli”nin yekunlarına dair müsahibəsi dərc edilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsahibədə beynəlxalq terrorizmin, separatizmin, dini ekstremizmin, milli, etnik və dini münaqişələrin baş verdiyi müasir dövrdə dünyada təhlükəsizliyi, insanların sülh içində yaşamasını təmin etmək məqsədilə tolerant və multikultural dəyərlərin təbliğ edilməsi, dinlər, mədəniyyətlər, siyasi sistemlər arasında əməkdaşlığın qurulması istiqamətində Azərbaycanda görülən işlərdən bəhs olunub. Qeyd edilib ki, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi böyük ictimai-siyasi əhəmiyyət daşıyır və bu, təkcə müsəlman dünyasına deyil, eyni zamanda, bəşəriyyət üçün həmrəylik çağırışıdır.
Dövlət Komitəsinin sədri “İslam Həmrəyliyi İli” çərçivəsində DQİDK tərəfindən görülən çoxşaxəli işlər haqqında danışıb. Ötən il Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda 40-a yaxın ölkədən 150-dək nümayəndənin, o cümlədən tanınmış dövlət, din və elm xadimlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin və təmsilçilərinin, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələrinin, dini konfessiya rəhbərlərinin, hökumət və parlament üzvlərinin, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş beynəlxalq konfransın nəticələrindən bəhs edən müsahib paytaxtımızın son illər bu sahədə beyin mərkəzinə çevrildiyini vurğulayıb.
M.Qurbanlı onu da bildirib ki, ötən il Dövlət Komitəsi tərəfindən maarifləndirici xarakterli 80 müxtəlif adda dini təyinatlı ədəbiyyat nəşr edilib, dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı mübarizə mahiyyəti daşıyan “Şəhadət” filmi geniş auditoriyaya nümayiş etdirilib. 2018-ci ildə isə “Üfüqdəki gələcək” və “Vəhdət” adlı sənədli filmlər hazırlanaraq təqdim olunacaq.
Prezident İlham Əliyevin Fərmanı ilə DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının milli mənəvi dəyərlərimizin və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində atılan böyük addım olduğunu diqqətə çatdıran M.Qurbanlı Fondun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, islami dəyərlərin ən yüksək səviyyədə yaşandığı ölkəmizdə yüzilliklərdən bəri müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşaması, dinindən, məzhəbindən, dilindən, irqi mənsubiyyətindən asılı olmayaraq burada məskunlaşmış insanların milli mənəvi dəyərlərini, dini ayinlərini, adətlərini, bayramlarını sərbəst şəkildə icra etməsi, fərqli mədəniyyətlər arasında heç bir münaqişə baş verməməsi və s. bu kimi faktlar mədəni və dini müxtəlifliyin Azərbaycanın xəzinəsi olduğunu fəxrlə deməyimiz üçün əyani sübutlardır.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01

