Tarixi yaradan şəxsiyyət - Ulu öndər Heydər Əliyev
05.08.2009 [14:00]
1969-82-ci illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir...
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mixail Zabelindir:
- Siyasi mübarizəsində diplomatiyasında idarəetmə təcrübəsində geniş mənada tarixə - yaddaşa, mentalitetə, mənəviyyat tarixinə Ulu öndər Heydər Əliyev qədər müdrikcəsinə istinad edən ikinci bir şəxsiyyəti nümunə göstərmək çətindir. Tarix Onun üçün heç vaxt yaşanmış keçmiş, qürrə, fəxr mənbəyi olmayıb, tarix bütün hallarda Onun üçün gələcəyin məktəbi olub. Tarixi kifayət qədər peşəkarcasına bilməsinin sayəsində Heydər Əlirza oğlu tarixi yaşadan şəxsiyyətlər arasından çıxaraq, tarixi yaradan şəxsiyyətlər sırasına daxil olub.
Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da uzun müddət milli siyasət müəyyənləşdirilərək həyata keçirilməyib. Milli siyasət dedikdə, çox vaxt etnik tərkibi rəngarəng və zəngin olan ölkələrdən biri kimi Azərbaycanda millətlərarası münasibətlərin məqsədyönlü tənzimlənməsi başa düşülür. Halbuki, milli siyasət millətlərarası münasibətlərin tənzimlənməsi siyasəti anlayışından çox-çox genişdir. Əslində, milli siyasət daha geniş anlayış olan dövlət siyasətini də özündə ehtiva edir. Milli siyasətdə dövlət maraqları da xüsusi nəzərə alınmaqla milli maraqlar ön plana çəkilir. Azərbaycanda tarixən milli maraqlara daha çox diqqət yetirilib. Epoxal mərhələni əhatə edən müstəqil, demokratik dövlətçilik ənənəsi olmayan Azərbaycanda dövlət maraqlarını da milli maraqlar əvəz edib. İnsan toplumlarının inkişaf prosesinin klassik təsnifatını (etnos, xalq, millət) əsas götürsək, deyə bilərik ki, hər bir mərhələnin özünəməxsus kompleks maraqları olub. Qafqazda siyasi sıçrayışlara deyil, sabit hakimiyyətə həmişə böyük hörmət olub. Məğrur xalqları idarə etmək nə qədər çətinliklərlə bağlıdırsa, ciddi dəyişikliklər dövründə hakimiyyətin başında durmaq ikiqat məsuliyyət tələb edir. Bu mənada yeni tarixdə öz xalqını parçalanmaqdan, əsarətdən, zülmdən və qardaş qırğınından qoruya bilən qəhrəmanlar böyük maraq doğurur...
Ulu öndər Heydər Əliyev 10 il yeni dövləti idarə etdi. Minilliklər tarixi olan uca Qafqaz zirvəsindən baxarkən bu 10 il kiçik bir andır. Lakin bu an böyük, şanlı yolun ilk addımıdır. Azərbaycan və bütünlükdə Qafqaz məhz, belə bir liderə ehtiyac duyurdu və o, taleyin qismətilə hakimiyyətə gəldi. Hündürboylu, qamətli, cazibədar, möhkəm xarakterə malik, mədəni azərbaycanlı, sarsılmaz iradəyə və müdrikliyə malik bir insan. O, Qafqaz üçün son dərəcə ağır bir zamanda hakimiyyətə gələrək elə işlər görə bildi ki, bunu heç kim görə bilməzdi. O, müharibəni dayandırdı, insan qanı axıdılmasının qarşısını aldı, insanlara ləyaqət hissini və milli hörməti qaytardı. O, taleyin və zamanın hökmü ilə tarixin yeni mərhələsində bütün çətinliklərə səbir və təmkinlə qalib gələ biləcək bir insan, bir lider idi. XX əsrdə, məncə, buna heç kim nail ola bilməyib...
- Siz, ümummilli lider Heydər Əliyevin köməkçisi işləmisiniz. Tarixin növbəti mərhələlərində də Ulu öndərimizlə birgə çalışmısınız. Bu müddət ərzində sizin yaddaşınızda qalan ən xoş xatirələri eşitmək istərdik...
- Heydər Əliyev dünyanın bütün prezidentlərindən fərqlənirdi. Qoca Qafqazın oğlu olaraq O, Qafqaz xalqlarının həyatına böyük ustalıqla təsir edə bilirdi. O, bütün dünyanı özü ilə hesablaşmağa vadar edirdi. Təbiət Onu böyük müdriklik və unikal hafizə ilə mükafatlandırmışdı. ümummilli lider Heydər Əliyevi tez-tez bu və ya digər dünyasəviyyəli siyasətçi ilə müqayisə edirdilər. Lakin O, heç kimə bənzəmirdi. Heydər Əliyev elə Heydər Əliyev idi...
Bir dəfə Sov.İKP MK-nın Siyasi Bürosuna Türkiyə rəhbərliyi adından bolqar hakimiyyət orqanlarının türklərin ad və soyadlarını zorla dəyişdirməsilə bağlı bir etiraz məktubu daxil olmuşdu. Siyasi Büroda məktubu oxuyan Qorbaçov deyir: “Bu, Bolqarıstanın daxili işidir və biz müstəqil dövlətin daxili işlərinə qarışa bilmərik” və gündəlikdə duran digər məsələlərin müzakirəsinə keçmək istəyir. Birdən Ulu öndər Heydər Əliyev buna qarşı çıxaraq deyir: “Macarıstan və çexoslovakiyadakı hadisələri biz nədənsə onların daxili işləri hesab etmədik. Söhbət bolqar türklərinə qarşı zorakılıqdan getdikdə biz nədənsə bunu “onların daxili işi” hesab etdik. Belə bir ikili standart bizə yaraşarmı?”.
ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin bütün işçilərinə qarşı böyük tələbkarlığını nəzərə aldıqda Onunla işləməyin çətin olduğunu söyləməliyəm. Mən, sadəcə, Ulu öndərimizin çağırışı ilə otağa daxil olarkən, hər zaman daxilən özümü hazırlamağa çalışırdım. Onun “rentgen” baxışlarını təkcə mən deyil, Onunla ünsiyyətdə olan bütün işçilər görürdü, hiss edirdi. ümumilikdə isə mənim ümummilli lider Heydər Əliyevlə bağlı yalnız xoş xatirələrim var...
Demək olmaz ki, O, həddən artıq tələbkarlığı ilə qeyri-obyektiv və sərt insan idi. Məsələn, Onun iş rejimindən danışaq: Mən saat 9-da, ümummilli lider Heydər Əliyev isə 10 radələrində işə gəlirdi. O vaxtadək mən mərkəzi və ölkədaxili nəşrləri nəzərdən keçirməli, Onun iş masası üzərinə qoymalı, vacib materialları qırmızı qələmlə işarələməli idim. Mərkəzi qəzetlərdə respublika ilə bağlı yazılmış məqalələri hər zaman, ölkədaxili nəşrlərdə isə daha sərt materialları işarələyirdim. Belə ki, məqalələr oxunduqdan sonra Ulu öndərin zəngləri başlayardı...Əlaqə qurulmuş insanlarla fikir mübadiləsi aparır, bəzilərilə söhbət edərdi...
- Müstəqilliyimizin ilk illərinə nəzər salmağınızı istərdik...Burada əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə çəkərdiniz...
- Ulu öndər Heydər Əliyev ölkə üçün son dərəcə ağır bir zamanda hakimiyyətə gələrək 10 il ərzində Azərbaycana rəhbərlik etdi. Onun siyasi təcrübəsi və müdrikliyi gənc ölkə üçün gənc ailəyə nəsildəki böyüklərin müdafiəsi və təcrübəsinin zəruriliyi qədər vacib idi. AXC-Müsavat hakimiyyətdə olarkən yaşadığımız həyəcanlı dövrlər unudulmayıb. ölkədən böyük axın var idi. Azərbaycanlılar, ruslar, ukraynalılar, yəhudilər, ləzgilər, avarlar köçürdülər. Azərbaycanda stabillik pozulmuş, qeyri-müəyyənlik hökm sürürdü. Cəmi bir neçə ildən sonra hər şey dəyişdi... 1995-ci ildə vaxtilə ölkədən köçmüş 500-dən artıq ailə Azərbaycana qayıtdı. Köçənlərdən biri keçmiş hərbçi V.Şatskonun məktubundan bir parça diqqətə çatdırım: “Hörmətli Heydər Əliyev, biz ailəliklə ömrümüzün ən yaxşı illərini Bakıda yaşamışıq, Azərbaycanı və onun mehriban xalqını sevmişik. Ona görə bu ölkəni tərk etmişdik ki, sabaha inam itmişdi, qorxu və ümidsizlik hakim idi. Biz qayıtmaq istəyirik, ona görə ki, indi Siz prezidentsiniz. Siz bizim evin sahibisiniz. Biz Sizinlə birlikdə yeni, çoxmillətli Azərbaycanı qurmaqla xoşbəxt olacağıq”...
Fikrimcə, bu məktubda Azərbaycanın o zamankı taleyi öz əksini tapıb. Geri dönən ailələr - stabillik və inamın simvolu, Prezidentə və Onun siyasətinə inamın təzahürü idi.
Azərbaycanın taleyinin həll edildiyi bir zamanda Heydər Əliyev milli yığıncaqda çıxış edərək milli birlik ideyasını irəli sürdü. O, hesab edirdi ki, yalnız bu yolla ölkəni böhrandan çıxarmaq mümkündür. Onun səmimiliyinə milyonlarla vətəndaş əmin idi. Onlar Heydər Əliyevi hələ Sovetlər dövründən dahi beynəlmiləlçi kimi tanıyırdılar.
Həmin dövrdə milli problemlər də meydana gəlirdi və millətlərarası sülhü pozmağa çalışan qüvvələr də var idi. Lakin Heydər Əliyev gərginliyi azaltmaq üçün vasitələr tapırdı. Respublikaların rəhbərləri Onun müdrik məsləhətlərinə qulaq asar və təşəbbüslərinə qoşulardılar. özünəinamın gücü, qabiliyyəti, hər bir xalqa mənsub insanlara hörmət və məhəbbəti ilə Ona ən mürəkkəb problemləri həll etmək nəsib olurdu. Ermənistan və Azərbaycanın münasibətləri millətlərarası sülhün pozulmasına təhlükə olaraq qalırdı. öz çirkin məqsədləri üçün Qarabağ probleminin ortaya atılması isə böyük partlayış üçün nüvə idi və bu partlayış bir neçə dəfə faciələrə gətirib çıxarmışdı.
Xatirimdədir...1969-cu ilin iyulunda respublika rəhbərliyinə gələn Heydər Əliyev qısa müddətdə mövcud problemi aradan qaldırmaq üçün müxtəlif tədbirlər gördü. Belə ki, Dağlıq Qarabağın iqtisadiyyatı yüksək sürətlə inkişaf etməyə başladı. Böyük sənaye müəssisələri yaradıldı, üç dildə - Azərbaycan, erməni və rus dillərində tədris olunmaqla Pedaqoji İnstitut açıldı, sosial-mədəni sferaya lazımi diqqət yetirildi. Mədəni əlaqələr fəal inkişaf edirdi. İki qonşu respublikanın elm və mədəniyyət nümayəndələrinin görüşləri, festivalları keçirildi. Məhz bu illərdə Azərbaycan incəsənət xadimlərinin Ermənistanın idman meydança-larında böyük konsertləri oldu. Heydər Əliyevin Ermənistanın zavod və fabriklərində fəhlələrlə, tarlalarda kəndlilərlə, alimlərlə görüşləri keçirildi. Ona qulaq asır, hörmət edir və qiymətləndirirdilər.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində Ermənistandakı heç bir siyasi qüvvə Qarabağ kartını oynatmaqla məqsədinə nail ola bilmədi. Yalan və ya uydurmalarla onlar bir metr də olsun torpağı zəbt edə bilmədilər. Axı əvvəlki onilliklər ərzində onlar buna nail ola bilmişdilər. 1918-ci ildən başlayaraq Ermənistanın xeyrinə 30 min kvadrat kilometr sahə ayrılmışdı. Bütün bunlar Heydər Əliyevə qədər və ya ondan sonra mümkün olmuşdu. Müdrik milli siyasətlə o, erməni ideologiyasını sarsıda bilirdi. Qarabağ müharibəsinə təhrik Ermənistan üçün heç də asan olmadı. Sadə təbliğatla xalqı ekstremist cəhdlərə sövq etmək heç də asan başa gəlmirdi. Qonşu xalqla dinc yanaşı yaşamaq istəyində olan insanlara nifrət və düşmənçilik hissini aşılamaq üçün onlara Sumqayıtda öz erməni qardaşlarının qanını axıtmaq lazım gəldi. Heydər Əliyevi hədələyərək onu genosiddə və digər nöqsanlarda günahlandırırdılar.
Hətta Qarabağ qırğını başlayandan sonra belə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən Heydər Əliyev milli siyasətdə öz prinsiplərini dəyişmədi. Şəxsi nüfuzu hesabına o, Naxçıvanı xilas edə, ərazisini qoruya bildi, Ermənistanla sərhəd boyunca atəşkəsə nail oldu. Erməni hərbi hissələrində qulluq edən zabitlərdən biri sərhəddəki mübahisəli məsələlərlə əlaqədar hərbçilərin növbəti görüşündə demişdi: “Digər istiqamətlərdə əsl müharibə gedir. Burada isə biz sizinlə sülhdəyik. Əgər bizim də belə bir ağsaqqalımız olsaydı, yəqin ki, bir-birimizə güllə atmaq əvəzinə ümumi dil tapardıq”.
- Siz milli siyasətdən söz açdınız. Müstəqillik dönəmində Azərbaycanda etnik azlıqlara olan münasibəti necə qiymətləndirirsiniz?
- Moskva dövründən sonra müstəqil Azərbaycanda da Heydər Əliyev beynəlmiləlçilik ruhunu və milli azlıqlara diqqəti müdafıə edirdi. Azərbaycan əhalisinin tərkibində 20-dən artıq xalq, milli azlıq, etnik qruplar yaşayır ki, onlar da müxtəlif dil qruplarına aiddirlər. Bu ölkədə elə milli azlıqlar var ki, onlar sayca cəmi bir neçə min nəfəri özündə birləşdirir və kompakt olaraq yalnız bu ölkədə yaşayırlar. Bu etnik qruplardan hər hansı birinin itirilməsi əslində bütün bəşəriyyət üçün əvəzsiz itki olardı. Belə bir təhlükə onlar üçün Azərbaycanda varmı? Bir sıra beynəlxalq təşkilatlar öz sənədlərində qeyd edirlər ki, azərbaycanlıların onlarla bərabər bir torpaqda yaşayan xalqlara qarşı tolerantlığı etalon hesab edilə bilər. Həqiqətən də, bu xalqa məxsus olan mehriban qonşuluq, dini və etnik dözümlülüyü davam etdirməklə mövcud hakimiyyət dillərin, dinlərin, etnik psixologiyaların, ənənələrin inkişafına həmişə böyük önəm vermişdir. Bu gün Azərbaycan radio verilişlərinin ləzgi, talış, kürd, gürcü və digər dillərdə səslənməsi, tat, ləzgi, udin, xınalıq və digər dillərdə dərsliklərin çap edilməsi dövlətin Azərbaycanda yaşayan milli azlıqların hüquqlarının qorunması sahəsində ardıcıl və məqsədyönlü siyasətinin davam etdiyini təsdiq edir. Respublikanın müxtəlif rayonlarında kompakt yaşayan azlıqların öz dillərində təhsil alması xüsusi əhəmiyyət kəsb edir. Udin, talış, ləzgi, tat məktəblərində I-IV siniflər üzrə dərslər milli dillərdə həyata keçirilir. Təqdirəlayiq hal odur ki, milli azlıqlar tərəfındən yaradılmış mədəniyyət mərkəzləri dövlət tərəfındən müdafiə olunur. ölkənin ictimai-siyasi həyatındakı demokratik dəyişikliklər Azərbaycanda yaşayan azsaylı xalqlara olan marağın artmasına şərait yaradır. İnsan hüquqlarının müdafıəsi, müxtəlif etnos və etnik qrupların saxlanılması yalnız elmi deyil, həmçinin, siyasi əhəmiyyət daşıyır. Dövlətin milli siyasəti yalnız ayrı-ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının həyatın bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edir. Bu gün Quba rayonu ərazisində yerləşən Xınalıq, Buduq, Qrız, Xapıt, Qəbələ rayonu ərazisində yerləşən Nic, İsmayıllı rayonu ərazisində yerləşən Lahıc və İvanovka, Zaqatala rayonu ərazisində yerləşən Katex və Əliabad, Lerik rayonu ərazisində yerləşən Qosmolyan kimi azsaylı xalqların yaşayış məskənləri açıq səma altında etnoqrafik muzeylərə və turist marşrutlarına çevrilə bilər. Azərbaycan çoxmillətli ölkədir. Burada hətta ən azsaylı millətlərin nümayəndələri belə icmalarda birləşə, öz mədəniyyət, dil və adətlərini inkişaf etdirə bilərlər. Onlar heç bir dini və milli ayrı-seçkiliyə məruz qalmırlar. Azərbaycanda üç əsas dini cərəyan - islam, xristianlıq və iudaizm qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərir. Misal üçün, Qəbələ rayonunda azsaylı udin xalqı yaşayır. Onların öz həyat tərzi və tarixləri vardır. Bu millətin nümayəndələri deyirlər: “Tanrı özü dualarımızı eşidərək Heydər Əliyevi bizə göndərmişdir. İndi biz özümüzü azad və sərbəst hiss edirik”.
Bu gün Azərbaycanda ölkənin bütün milli spektrlərini birləşdirən çoxsaylı təşkilat və cəmiyyətlər mövcuddur. Rus icması, Ukrayna, ləzgi, avar, üç yəhudi, tatar, lak və digər mədəni mərkəzlər fəaliyyət göstərir. Onların hər biri öz mədəniyyət və məişətlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün bərabər imkanlara malikdirlər. Kompakt yaşayış məskənlərində ana dilində dərslər keçilir, qəzetlər buraxılır, radio və televiziyada efır vaxtları ayrılır. Bu təşkilatlar içərisində rus icması daha böyükdür. Heydər Əliyevə Azərbaycanda normal həyatı bərqərar etmək, millətlərarası sülhə nail olmaq, sosial-iqtisadi inkişafı təmin etmək, xalqlar və ölkələrarası münasibətləri tənzimləmək nəsib oldu. Başqaları buna nail ola bilmədi. Heydər Əliyev isə bacardı. Buna görə də xalq Ona dahi beynəlmiləlçi, müsəlman dünyasının lideri, “Qafqazın atası” adını verdi.
Bu gün isə Ulu öndər Heydər Əliyevin siyasi kursunu Onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59
