Təhdid, yoxsa təhlükəsizlik?
28.07.2009 [11:31]
22-26 iyul tarixlərində Rusiya ilə çin “Sülh missiyası-2009-cu il” adlı antiterror əməliyyatlarına əsaslanan birgə hərbi təlimlər keçiriblər. Rusiyanın Uzaq Şərq vilayəti - Xabarovskda və çinin şimal-şərqində baş tutmuş təlimlərdə hər iki tərəfdən təxminən 3 min hərbçi, 300-dən çox ağır texnika və 45-dən çox təyyarə, eləcə də helikopterlər iştirak ediblər. Tərəflər keçirilən təlimlərin hər iki ölkənin hərbi müstəvidə mövcud olan münasibətlərinin daha da inkişaf edəcəyini və təlimlərin konkret təhlükələrə qarşı yönəldiyini bildiriblər: “Sülh missiyası-2009-cu il” antiterror təlimləri çərçivəsində terrorizm, dini-siyasi ekstremizm, mütəşəkkil cinayətkarlıq və kütləvi qırğın silahlarının sürətlə yayılması təhlükələrinə qarşı operativ əməliyyat və təlimlərin keçirilməsi nəzərdə tutulur”. Rusiya Hava Qüvvələri Baş Qərargahının rəisi Nikolay Makarov isə birgə təlimlərin keçirilməsində ortaq məqsədi məhz bu cür şərh edib: “Hərbi təlim və əməliyyatların keçirilməsində məqsəd qoşunların ümumi qruplaşmasını yaratmaq və bu qruplaşmanın müvafiq qaydada idarə olunmasını təmin etməkdir”.
çin Xalq Azadlıq Ordusunun Baş Qərargah rəisi general-polkovnik çen Bindenin də təlimlərin hər hansı bir üçüncü ölkəyə qarşı yönəlmədiyini və təhdid deyil, təhlükəsizlik xarakterli olduğunu bildirməsinə baxmayaraq, dünyanın aparıcı analitik mərkəzləri və ekspertləri bu məsələnin qiymətləndirilməsində birmənalı mövqe nümayiş etdirmirlər. Bu da təsadüfi deyil. çünki bu təlimlər 1945-ci ildə SSRİ-Yaponiya müharibəsinin bitməsindən bu yana Uzaq Şərq hərbi dairəsində baş tutmuş ən genişmiqyaslı hərbi təlimlərdən biridir. ümumilikdə isə, təlimlərin miqyası, keçirilmə səviyyəsi, yönümü və zamanı kimi amilləri nəzərə alaraq onu bir neçə istiqamətdə analiz edə bilərik.
1. Bəzi ekspertlərin qənaətincə, rəsmi Moskva ilə Pekin ard-arda keçirdikləri hərbi təlimlər vasitəsilə güc nümayiş etdirməklə bəyan etmək istəyirlər ki, məhz bu iki dövlət Mərkəzi Asiyada cərəyan edən mövcud münasibət və proseslərin fonunda əsas “söz sahibi”dirlər. Belə ki, Rusiya və çin Mərkəzi Asiyanın iqtisadi və hərbi baxımdan ən güclü təşkilatı - Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində həyata keçirdikləri əməkdaşlıqda da bölgəsəl prosesləri istiqamətləndirmək yönümdə üstün təsir və tənzimetmə mexanizmini əllərində cəmləşdirirlər. Bununla da, hər iki ölkə birgə əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin fonunda bölgədə strateji balans və təhlükəsizlik sistemi yaratmağa, “əks güclər”in mövqeyinin möhkəmlənməsinə yol verməməyə, eləcə də, onların təhlükəsizliyinə qarşı təhdid yaradan amil və qüvvələri “neytrallaşdırmağa” çalışırlar. Başlıca təhdid mənbəyi isə Mərkəzi Asiya və Əfqanıstanda cərəyan edən terrorist meyillər hesab edilir. çin Xalq Azadlıq Ordusunun general-polkovniki Vanq Haiyun mətbuata açıqlamasında təhlükəsizliyə təhdid yaradan amillərə qarşı tərəflərin birgə mübarizəsini bu cür xarakterizə edib: “...Tərəflər arasında mövcud hərbi əməkdaşlığın fonunda biz Əfqanıstan və Mərkəzi Asiya qaynaqlı terrora qarşı öz təhlükəsizliyimizi maksimum səviyyədə təmin etməliyik”. Beləliklə, sadalananlardan aydın olur ki, bəhs edilən tandem bölgədə öz mövqeyini möhkəmləndirmək və strateji baxımdan önəmli üstünlüklər gətirəcək təsir mexanizmi əldə etmək üçün hərbi və diplomatik vasitələrdən məharətlə istifadə etməyə çalışırlar;
2. Moskva ilə Pekinin qarşılıqlı-faydalı əməkdaşlıq istiqamətlərindən birini də NATO-nun bölgədə mövqeyinin möhkəmlənməsinə qarşı birgə mübarizənin aparılması təşkil edir. Məhz elə buna görə də, Rusiya-çin hərbi təlimlərini müəyyən mənada NATO-ya qarşı ünvanlanmış mesaj xarakterli addım kimi də qiymətləndirmək olar. Bu isə təsadüfi deyil. Belə ki, NATO Şərqə doğru genişlənmə çərçivəsində Rusiya və çinin təsir zonalarına daxil olur ki, bu da Moskva və Pekin tərəfindən “arzuolunmaz hal” kimi qiymətləndirilir. Bunun müqabilində isə bəhs edilən ölkələr ŞƏT çərçivəsində hərbi əməkdaşlıq edirlər. Ekspertlərin qənaətincə, ŞƏT son zamanlar NATO-ya alternativ hərbi bloka çevrilməkdədir. Belə ki, “Heritage Foundation” araşdırma mərkəzinin eksperti Ariel Cohen bildirir ki, ŞƏT istər artan ümumi büdcəsinə görə, istərsə də fəaliyyət yönümü baxımından hərbi ittifaq təsiri bağışlayır. Bu ittifaqın başlıca hədəfi isə bölgəyə yönəlik “NATO fırtınası”nın neytrallaşdırılmasıdır. Amma bəhs edilən təşkilatların təkcə büdcəsini müqayisə etsək, analogiyanın uğursuz olduğunu müşahidə etmiş olarıq. Bu sadalananların fonunda isə belə bir nəticə hasil etmək olur ki, “Sülh missiyası-2009-cu il” hərbi təlimləri ilə tərəflər bölgəsəl və qlobal mövqelərinin qorunması, eləcə də, möhkəmləndirilməsi baxımından NATO ilə “baş-başa” gələ biləcəklərini “güc nümayişi” ilə göstərməyə çalışdılar;
3. Hərbi təlimlərin keçirilməsinin başlıca istiqamətlərindən birini də tərəflərin bölgəsəl təhdidlərin qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi istiqamətində yüksək səy göstərmək imkanına malik olmalarını nümayiş etdirmək istəkləridir. Belə ki, bölgəsəl təhdidlər sırasında Şimali Koreyanın son zamanlar mesaj verərcəsinə raket sınaqları həyata keçirməsi, eləcə də, Yaponiya və Cənubi Koreyanın sürətlə silahlanması yer alır. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nikolay Makarov bölgəsəl təhdidlərin qarşısının alınması baxımından hərbi təlimləri bu cür qiymətləndirir: “...Rusiya ilə çin arasında mütəmadi keçirilən təlimlərin fonunda əməkdaşlığın güclənməsinin səbəblərindən birini də Şimali Koreyanın raket sınaqlarının həyata keçirilməsi təşkil edir. Pekinin bu addımlarını, eyni zamanda, Yaponiya və Cənubi Koreyanın sürətlə silahlanmasına cavab reaksiyası kimi də qəbul etmək olar. N.Makarov onu da bildirir ki, son zamanlar bölgədə durumun kəskin şəkildə gərginləşməsi məhz bu cür təlimlərin keçirilməsini zəruri edir. Bir sözlə, Moskva və Pekin hərbi əməkdaşlıq fonunda keçirdikləri təlimlərlə öz milli maraqlarına müvafiq olaraq bölgəsəl təhlükəsizliyə mühüm töhfə verməyə çalışırlar;
4. Tərəflərin mütəmadi keçirdikləri hərbi təlimləri “Qərbə mesaj” kimi də qiymətləndirə bilərik. Belə ki, Moskva ilə Pekin möhkəmlənən hərbi siyasi əməkdaşlıqlarının fonunda nümayiş etdirməyə çalışırlar ki, hazırki düzən “təkqütblü” dünya nizamına əsaslanmır və ABŞ-la yanaşı, Rusiya və çin də öz milli maraqlarının təmin edilməsi istiqamətində istənilən diplomatik və hərbi vasitələrdən istifadə etmək iqtidarındadırlar. Məhz elə bu səbəbdən də, Moskva ilə Pekinin yaxınlaşmasının əsas səbəbi kimi Qərbin möhkəmlənən mövqeyi çıxış edir. Rusiyalı politoloq Sergey Markov məhz bu amillərin fonunda Rusiya-çin yaxınlaşmasını bu cür qiymətləndirir: “Rusiyanın Qərbin möhkəmlənən mövqeyi qarşısında çinə üz tutması təbiidir. Qarşılıqlı əməkdaşlığın ştrixlərində Moskva NATO-nun alternativsiz hərbi alyansa çevrilməsinin qarşısında yeni alternativlər axtarır. Bu isə Mərkəzi Asiya ölkələrinin birləşdiyi ŞƏT-dir.
Dolayısıyla, sadalananlardan belə bir nəticəyə gəlmək olur ki, Moskva-Pekin tandeminin əməkdaşlığı fonunda keçirilmiş təlimləri birməqsədli olsa da, özündə müxtəlif istiqamətləri ehtiva edir. Bu da müasir dünya düzəni şəraitində yeni bir gerçəkliyin - Rusiya-çin yaxınlaşması və əməkdaşlığının mövcudluğundan xəbər verir.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59
