Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondu Strasburqun kafedral kilsəsinə 40 min avro ianə verib

Heydər Əliyev Fondu Strasburqun kafedral kilsəsinə 40 min avro ianə verib

23.06.2009 [11:33]

Heydər Əliyev Fondu Strasburqun kafedral kilsəsi olan Müqəddəs Məryəm Kilsəsinə ianə verib. APA-nın Avropa bürosunun məlumatına görə, bununla bağlı dünən kafedral kilsədə xüsusi mərasim keçirilib. Heydər Əliyev Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva 40 min avro dəyərində bank qəbzini kilsənin yepiskopu Kristian Kratza təqdim edib. Tədbirdə çıxış edən yepiskop K.Kratz, Strasburqun meri Rolan Ries, Elzas regionun prefekti Pyer Etyen Biş və digərləri ianəni çox yüksək dəyərləndirib, Fondun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. çıxış edənlər bildiriblər ki, Fond Parisin Versal sarayı parkının restavrasiyasında da iştirak edir. Tədbirdə çıxış edən Q.Paşayeva və Azərbaycanın AŞ yanında daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov kilsəyə edilən ianənin iki ölkə arasında əlaqələrin inkişafına xidmət edəcəyini vurğulayıblar. Qeyd olunub ki, Fondun ayırdığı vəsait hesabına Müqəddəs Məryəm Kilsəsinin 2 nəhəng pəncərəsi təmir olunacaq.



Paylaş:
Baxılıb: 1082 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30