Əli Həsənov: Azərbaycanda medianın palitrası artıq tam formalaşıb
01.06.2016 [09:58]
Azərbaycanda medianın palitrası artıq tam formalaşıb, ölkədə 50-dən artıq televiziya və radio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım formaları fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mayın 31-də Avropa İttifaqı və Avropa Şurasının birgə “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə və media azadlığı” layihəsi çərçivəsində diffamasiya mövzusunda “dəyirmi masa”dakı çıxışında söyləyib.
Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasında fikir, söz, məlumat azadlığının təmin edilməsi, müstəqil medianın formalaşdırılması vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin əsas istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayan Əli Həsənov deyib: “1995-ci ildə qəbul olunmuş Konstitusiyada müvafiq normalar təsbit olunmuş, Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə ölkədə senzura ləğv edilmiş, KİV azadlığının təmin olunması üçün qanunvericilik bazası təkmilləşdirilmiş və beynəlxalq standartlara uyğunlaşdırılmış, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün çoxsaylı praktiki addımlar atılmışdır”.
Azərbaycanda medianın palitrasının artıq tam formalaşdığını diqqətə çatdıran Əli Həsənov bildirib ki, ölkədə 50-dən artıq televiziya və radio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım formaları fəaliyyət göstərir. Azərbaycan qanunvericiliyi hər kəsin informasiyanı sərbəst, azad şəkildə axtarmaq, əldə etmək, yaymaq hüququnu təmin edir. Azərbaycanda mətbuat orqanı açmaq üçün çox asan prosedur keçmək və fəaliyyətə başlamaq mümkündür.
Əli Həsənov deyib: “Hesab edirəm ki, bunda həm Azərbaycanın inkişaf perspektivini müəyyən edən strateji inkişaf xəttinin həyata keçirilməsi, həm də ölkənin bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti mühüm rol oynayıb. Bilirsiniz ki, Azərbaycan demokratik normaların inkişaf etdirilməsi və vətəndaş cəmiyyəti quruculuğu sahəsində ATƏT və Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Ötən illərdə media azadlığının inkişaf etdirilməsi sahəsində bir çox uğurlu layihələr həyata keçirilib. Əlbəttə, onların sırasında Avropa Şurası və Avropa İttifaqının birgə “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə və media azadlığı” layihəsinin də özünəməxsus yeri vardır”.
“Diffamasiya” mövzusunda təşkil edilən bugünkü tədbir uzun müddətdir ki, Azərbaycanda hərtərəfli müzakirə olunan məsələlərdən biridir”, - deyən Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, “Diffamasiya haqqında” qanun layihələri bir təşəbbüs kimi 2005-ci, 2011-ci və 2013-cü illərdə hazırlanıb, onların ətrafında geniş ictimai müzakirələr təşkil olunub. İctimai müzakirələrin nəticəsi göstərib ki, insanların mətbuat səhifələrində təhqir olunması hallarının yüksək, medianın iqtisadi müstəqilliyi zəif və siyasi qütbləşmənin güclü olduğu bir zamanda belə bir qanunun qəbul edilməsi əks effekt yarada, məsələni daha da mürəkkəbləşdirə bilər. Deməli, ilk növbədə, mətbuat orqanlarının iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalist peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilməli, mətbuatın siyasi qütbləşməsinin səviyyəsi aşağı enməlidir və yalnız bundan sonra müvafiq qanunun qəbul olunması məsələsinə baxıla bilər. Həmçinin ictimai rəyin bu yeniliyə hazırlanmasını ehtiva edən bir sıra zəruri tədbirlərin həyata keçirilməsi lazım idi.
Prezidentin köməkçisi deyib: “2007-ci ildən sonra Azərbaycanda Avropa Şurası, ATƏT, Avropa İttifaqı, beynəlxalq jurnalist təşkilatları ilə birgə jurnalist peşəkarlığının artırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və müsbət nəticələr əldə edilib. Azərbaycan Prezidentinin Fərman və sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımları ayrılıb, jurnalistlərin sosial müdafiəsini gücləndirmək üçün tədbirlər həyata keçirilib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi” Konsepsiyasının hazırlanması, həmçinin 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və onun fəaliyyətinin təşkilində qarşıya qoyulan əsas vəzifələr söz və məlumat azadlığının çərçivəsinin genişləndirilməsi, KİV-lərin müstəqilliyinin təmin edilməsi, bu sahədə mənfi halların aradan qaldırılması, jurnalist peşəkarlığının yüksəldilməsi, cəmiyyətdə tənqidə dözümlülüyün artırılması və digər bu kimi məsələlərin həlli olub.
Elə həmin 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev konkret mövqe ortaya qoyaraq jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasının məqsədəuyğun hesab edilmədiyini açıqlayıb. Həmin dövrdən bu vaxtadək faktiki olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin tətbiqinə moratorium tətbiq olunub və jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb”.
Əli Həsənov deyib: “Onu da nəzərə almaq lazımdır ki, müvafiq maddələrin Cinayət Məcəlləsindən çıxarılması adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşların öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətini qorumaq imkanlarından da məhrum edir. Eyni zamanda, həmin müddəalar Avropa İttifaqının üzvü olan əksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ də qalmaqdadır. Qeyd edim ki, əgər söhbət onların tətbiq olunmamasından gedirsə, analoji vəziyyət Azərbaycanda da vardır”.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il dekabrın 27-də insan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiəsi üzrə Milli Fəaliyyət Planını təsdiq etdiyini vurğulayan Əli Həsənov deyib: “Həmin planda “Diffamasiya haqqında” qanunun qəbul edilməsi bəndi də öz əksini tapıb. Daha sonra Mətbuat Şurası 2010-cu ili Azərbaycanda “Diffamasiya ili” elan edib, jurnalist təşkilatları “Diffamasiya haqqında” qanunla bağlı müxtəlif təşəbbüslər irəli sürüb, ATƏT-in dəstəyi ilə qanun layihələri hazırlanıb və Azərbaycan Milli Məclisinə təqdim edilib. Həmçinin 2013-cü ildə Azərbaycan müvafiq qanun layihəsini hazırlayaraq ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərsə də, sonda bir sıra məsələlərlə bağlı fikir ayrılığının yaranması şəraitində qanunun qəbulu mümkün olmayıb.
Göründüyü kimi, Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul edilməsi qapadılmış məsələ deyil, bu layihənin üzərində iş davamlı şəkildə aparılıb, zəruri tədbirlər həyata keçirilib”.
“Düşünürəm ki, bugünkü müzakirələrdə bir tərəfdən Azərbaycanda həmin qanunun qəbulu ilə bağlı real imkanlar qiymətləndiriləcək, beynəlxalq təcrübə nəzərdən keçiriləcək və səmərəli təkliflər irəli sürüləcək”, - deyə Əli Həsənov bildirib.
Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç “İfadə və media azadlığı” layihəsinin Avropa Şurası və Avropa İttifaqı ilə əməkdaşlığın vacib elementi olduğunu söyləyib.
Avropa Şurasının İnformasiya Cəmiyyəti İdarəsinin rəisi Patrik Penninks vurğulayıb ki, jurnalistlər öz fəaliyyətlərində vicdanla davranmalı və etik qaydaları nəzərə almalıdırlar.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ölkəmizdə diffamasiyaya hazırlıq mərhələsinə start verildiyini bildirib. O qeyd edib ki, cəmiyyətdə bu qanunun qəbulu ilə bağlı fikir ayrılıqları mövcuddur.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Ceron Uilyams “İfadə və media azadlığı” layihəsi çərçivəsində nəzərdə tutulan bütün fəaliyyətlərin uğurla həyata keçiriləcəyinə inandığını bildirib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı söz və ifadə azadlığının, insanların şərəf və ləyaqətinin təmini hüququnun Azərbaycan Konstitusiyasında təsbit olunduğunu söyləyib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan dövlətinin söz və ifadə azadlığı sahəsində bütün öhdəliklərə sadiq olduğunu vurğulayıb, diffamasiya qanunu ilə bağlı görülən işlərdən danışıb.
Dövlət qurumlarının, beynəlxalq təşkilatların 50-dək nümayəndəsinin iştirak etdiyi “dəyirmi masa” müvafiq mövzularda sessiyalarla və müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

