/ / Milli Məclisin nümayəndə heyətinin Sloveniya Respublikasında bir sıra yüksək səviyyəli görüşləri keçirilib
Milli Məclisin nümayəndə heyətinin Sloveniya Respublikasında bir sıra yüksək səviyyəli görüşləri keçirilib
25.05.2016 [10:17]
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin rəhbərlik etdiyi və Aqrar komitənin sədri, işçi qrupunun üzvü Eldar İbrahimovun da daxil olduğu Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti mayın 23-24-də Sloveniya Respublikasında rəsmi səfərdə olub.
www.yap.org.az saytının məlumatına görə, nümayəndə heyəti Sloveniya Milli Şurasının prezidenti Mitya Bervar tərəfindən qəbul edilib və daha sonra Miryam Bon-Klanyşçekin rəhbərlik etdiyi Sloveniya-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərilə görüşüb.
Milli Şuranın prezidenti qonaqları səmimiyyətlə salamlayaraq Azərbaycan nümayəndə heyətinin Sloveniyaya səfərindən məmnunluğunu ifadə edib. Qarşılıqlı etimad şəraitində keçən görüşdə Mitya Bervar 2015-ci ilin mart ayında rəhbərlik etdiyi Sloveniya Milli Şurasının nümayəndə heyətinin Bakıya səfərini, Prezident İlham Əliyev tərəfindən qəbul edilməsini, Milli Məclisin sədri Oqtay Əsədovla və parlamentlərarası dostluq qrupunun üzvlərilə görüşlərini yaxşı xatırladığını, Azərbaycanda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərinin, gerçəkləşdirilən sosial-iqtisadi layihələrin, sloveniyalı parlamentarilərin timsalında ölkəsinə və xalqına olan isti və doğma münasibətin bilavasitə şahidi olduğunu vurğulayıb.
Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Ağalar Vəliyev səfərin çox əlamətdar bir dövrə - Sloveniya Respublikasının Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımasının 25-ci ildönümünün və ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 20-ci ildönümünün tamam olduğu bir dövrə təsadüf etdiyini qeyd edib. Dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının son on iki il ərzində Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilməsini xüsusilə vurğulayan Ağalar Vəliyev məhz bunun sayəsində hazırda ölkəmizin regionda liderə, Avropanın enerji təhlükəsizliyində fəal iştirak edən önəmli tərəfdaşa və beynəlxalq arenada böyük nüfuzu olan dövlətə çevrildiyini qeyd edib.
Ağalar Vəliyev bildirib ki, Azərbaycanla Sloveniya arasında parlamentlərarası münasibətlər də daxil olmaqla siyasi, iqtisadi, humanitar, elmi, mədəni əlaqələr durmadan inkişaf etməkdədir və ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində Prezident İlham Əliyevin Sloveniyaya 2006-cı və 2011-ci illərdəki rəsmi səfərlərinin, Sloveniyanın dövlət, hökumət və parlament rəhbərlərinin Azərbaycana rəsmi səfərlərinin və bu səfərlər zamanı əldə olunan razılaşmaların və imzalanan sənədlərin müstəsna əhəmiyyəti olub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri görüş zamanı xalqımız üçün olduqca aktual olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə və bununla bağlı son duruma ayrıca toxunub. Bildirib ki, 20 ildən çoxdur ki, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb, tarixi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonumuz işğal olunub və bir milyondan çox soydaşımız həmin ərazilərdən deportasiya olunaraq qaçqın taleyi yaşamağa məcbur edilib. Cari ilin aprel ayında erməni silahlı qüvvələrinin təxribatları ilə Azərbaycanın cəbhə boyu yerləşən mövqeləri və yaşayış məntəqələri intensiv atəşə tutulub ki, bunun da nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub, 500-dən artıq yaşayış evi və sosial obyekt dağıdılıb.
Səfər çərçivəsində nümayəndə heyəti Sloveniyanın paytaxtı Lyublyana şəhərinin mərkəzi xiyabanlarından olan Şimal Parkında ucaldılan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimində iştirak edib. Mərasimdə qeyd edilib ki, XII əsrdə yaşamış Nizami Gəncəvinin yaradıcılığında ümumbəşəri ictimai və siyasi, sosial və mənəvi ideallar parlaq bədii əksini tapıb və onun yaradıcılığı bütövlükdə Şərq və Qərb xalqlarının ədəbiyyatlarının inkişafına müsbət təsir göstərib və dünya mədəniyyəti xəzinəsinə qiymətli incilər kimi daxil olub.
Memorial abidənin Azərbaycan-Sloveniya dostluq münasibətlərinin parlaq təcəssümü olduğunu vurğulayan Ağalar Vəliyev bunu Sloveniya xalqının Nizami Gəncəviyə olan ehtiramı və bütövlükdə mədəniyyətimizə və tariximizə verilmiş yüksək qiymət kimi dəyərləndirib və bu işdə əməyi keçmiş hər kəsə minnətdarlığını bildirib.
Rəsmi səfərin proqramı çərçivəsində Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Sloveniyanın işgüzar dairələrilə də görüşü olub. Görüşdə çıxış edən Milli Məclisin deputatı Ağalar Vəliyev qarşılıqlı hörmət və maraq prinsiplərinə əsaslanan Azərbaycan-Sloveniya iqtisadi əlaqələrinin son illər ərzində uğurla inkişaf etdiyini və Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə, o cümlədən Sloveniya ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb.
Bildirib ki, dövlət başçılarının və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanmış sənədlər iki ölkə arasında əlaqələrin inkişafına böyük təkan verib və indiyədək Azərbaycan və Sloveniya arasında müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən 12 sənəd imzalanıb, 9 sənəd isə hazırda baxılmaqdadır.
Biznes dairələrilə görüşdə Ağalar Vəliyev qeyd edib ki, Azərbaycan-Sloveniya siyasi münasibətlərinin yüksək səviyyədə olduğu indiki dövrdə iqtisadi və ticari əlaqələrimizin daha da genişləndirilməsi, xüsusilə tikinti, İKT, alternatıv enerji, logistika, turizm, əczaçılıq, emal və s. sahələrdə əməkdaşlığımızın gücləndirilməsi üçün çox böyük imkanlar var. Belə ki, Azərbaycanda mövcud olan siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın davamlı inkişafı, əlverişli biznes mühiti iş adamlarımız arasında əməkdaşlığın inkişafı üçün böyük perspektivlər yaradır.
Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, hazırda ölkəmizdə postneft dövründə yeni iqtisadi siyasətin əsas konturlarını özündə əks etdirən genişmiqyaslı islahatlar konsepsiyası həyata keçirilir.
Bu konsepsiyanın aparıcı sahələri olan iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sənayesinin tərəqqisi, sahibkarlığın inkişafı, biznes şəraitinin və investisiya mühitinin yaxşılaşdırılması məqsədi ilə bir sıra əməli tədbirlər görülüb və müvafiq qanunvericilik bazası yaradılıb.
Görüşün sonunda Ağalar Vəliyev Sloveniyanın biznes dairələrini və iş adamlarını Azərbaycanla daha fəal əməkdaşlıq etməyə dəvət edib.
Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti səfər çərçivəsində həmçinin 28 May - Respublika Günü və Azərbaycanla Sloveniya arasında diplomatik əlaqələrin 20 illiyinin tamam olması ilə bağlı təşkil edilmiş rəsmi ziyafətdə iştirak edib və Novoqoritsa şəhərində II Dünya müharibəsinin əfsanəvi partizanı, Azərbaycan və Sloveniya Qəhrəmanı Mehdi Hüseynzadənin (Mixaylonun) abidə-məzar kompleksini ziyarət edib.
Bununla da Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin rəhbərlik etdiyi Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyətinin Sloveniya Respublikasına rəsmi səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

