Ermənilər “miatsum” ideyalarını Abxaziyada da reallaşdırmağa niyyətləniblər
24.05.2016 [10:05]
Hadisələrin inkişafı erməni separatçılarının Dağlıq Qarabağ hadisələrini tezliklə Abxaziyada da təkrarlayacağından xəbər verir
Bu “miatsum” nə qədər qorxunc kəlmədirsə, nə zaman ermənilərin ağzından çıxdısa, ardınca mütləq fəlakətlər gətirir. Necə ki bu fəlakətləri biz ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində yaşadıq. Görünən odur ki, indi isə bu fəlakətləri yaşamaq abxazların qismətinə düşüb. Çünki adı Dağlıq Qarabağdakı separatçı hərəkatla bağlı olan ermənilərin “Krunk” təşkilatı artıq Abxaziyada erməni muxtariyyətinin yaradılacağını bəyan edib.
“New Kavkaz times” saytının yazdığına görə, hadisələr indiki məcrada davam edərsə, yaxın 10 ildə, bəlkə də daha tez Abxaziyada yaşayan ermənilər bilavasitə Ermənistanın dəstəyi, eləcə də xaricdəki erməni diasporunun köməyi ilə Gürcüstanın cənnət guşələrindən hesab olunan bu diyarı da “miatsum” şüarı ilə işğal edəcəklər. Sayt hətta bu sözün mənasını anlamayanlar üçün xüsusi olaraq izah edir ki, “miatsum” erməni dilindən tərcümədə hansı məsafədə yerləşməsindən aslı olmayaraq, digər dövlətlərin ərazilərinin indiki Ermənistanla “tarixi qovuşma”sı (yəni birləşdirilməsi) anlamını verir. Başqa sözlə, Cənubi Qafqazda artıq “üçüncü erməni dövləti”nin elan olunacağı gün çox da uzaqda deyil.
“Axali Taoba “(“Yeni nəsil”) qəzeti isə yazır ki, bunu şərtləndirən bir neçə amil var. Əvvəla, gürcü-abxaz münaqişəsindən məharətlə istifadə edən Ermənistan bu bölgəyə çoxlu sayda erməni yerləşdirməyə müvəffəq olub. Münaqişə nəticəsində Abxaziyanı tərk etmək məcburiyyətində qalan yerli gürcülərin bütün əmlaklarına isə gəlmə ermənilər sahib çıxa biliblər. Məhz bunun nəticəsidir ki, hazırda Abxaziyada yaşayan əhalinin 80 mini erməni, təqribən 70 min nəfəri isə etnik abxazdır. Məsələ referenduma qalarsa, bunun ermənilərin xeyrinə nəticələnəcəyinə isə kimsədə şübhə yoxdur. Yox, əgər abxazlar buna etiraz edərlərsə, o zaman ikinci variant seçiləcək. Belə ki, abxaz erməniləri əvvəlcə milli zəmində münaqişə yaradacaq, günahsız insanların qanı töküləcək. Ardınca isə, kənar qüvvələrin dəstəyi ilə abxazlar silah gücünə öz dədə-baba yurdlarından qovulacaqlar. Beləliklə də, Gürcüstandan ayrılan müasir Abxaziyanın tarixi “miatsum”la da sona çatacaq.
Nəşrin yazdığına görə, bu planların gerçəkləşməsi üçün Abxaziyadakı ermənilərin əllərində kifayət qədər maddi və texniki imkanlar var. Prosesə rəhbərlik edənlərdən biri Abxaziya Erməni İttifaqının sədr müavini Qalust Trapizonyandır. Müharibə illərində o, Baqramyan adına erməni batalyonunda rota komandiri kimi gürcülərə qarşı döyüşüb. Suxumi uğrunda gedən döyüşdə ayağının birini itirib. Gürcülərin Qara dəniz sahillərindən qovulmasında fəal iştirak edib və gürcü əsirlərə qarşı amansız rəftarı ilə seçilib. Elə bu fəallığına görə də Abxaziyanın milli qəhrəmanı adına layiq görülüb və parlamentin deputatı olub. Hazırda Qaqra şəhərindəki erməni məktəbində direktor vəzifəsində çalışmasına baxmayaraq, bu kurort şəhərində özünə əməlli-başlı biznes qura bilib. Şəhərdəki “Qaqripş” sanatoriyası da məhz ona məxsusdur. Qəzetin yazdığına görə, Qalust Trapizonyan, bununla belə, köhnə peşəsini də unutmayıb. Tez-tez öz keçmiş erməni döyüşçülərini bir araya toplayır, onlara xüsusi hazırlıqlar da keçir. Nəşrin yazdığına görə, sovet dönəmində ittifaqın ən məşhur kurort şəhərlərindən biri olan Qaqra hazırda bütünlüklə ermənilərin nəzarətindədir. Tək-tük rəhbər vəzifələrdə yerli abxazlar çalışır ki, onları da ermənilər gözdən pərdə asmaq üçün saxlayırlar. Qəzet yazır ki, Qalust Trapizonyanın növbəti hədəfi mövcud qanunvericiliyə bir sıra dəyişikliklər etməkdir. Belə ki, Abxaziya qanunvericiliyi əcnəbi vətəndaşlara daşınmaz əmlaka sahib olmağı yasaqlayır. Bu isə ermənilərə Abxaziyada tam hakim rolunda çıxış etməyə imkan vermir. Erməni lobbisi, eləcə də xarici havadarlarının köməyi ilə ermənilərin bu maneəni də asanlıqla dəf edəcəyi isə artıq heç kimdə şübhə yeri buraxmır.
“Axali Taoba”nın yazdığına görə, yuxarıda sadalananları nəzərə alaraq, Abxaziyanın “gələcək taleyi” demək olar ki, aydındır. Amma bunun nə vaxt - gec ya tez baş verməsi, ola bilsin ki, bir qədər zaman aparsın. “XIX əsrdən başlayaraq Cənubi Qafqaz bölgəsinə köçürülən ermənilərin tarixi çox sadədir. Əvvəlcə Azərbaycan və Gürcüstan ərazilərində yerləşdirilirlər, sonra artaraq yavaş-yavaş çoxalırlar, biznes sahəsini ələ keçirirlər, güclənirlər, sonra da yerli xalqları qovub oradan çıxarır, özlərinin növbəti “miatsum”unu elan edirlər. Odur ki, Abxaziya məsələsində də hər şey aydınmış kimi görünür...”, - deyə qəzetdəki yazı bu cür bədbin proqnozlarla sona yetir.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

