Sankt-Peterburqda MDB Parlament Assambleyasının 44-cü plenar iclası başa çatıb
21.05.2016 [10:47]
İclasdan sonra keçirilən mətbuat konfransında ermənipərəst “Regnum” agentliyinin müxbirini RF Federasiya Şurasının sədri Valentina Matviyenko sərt cavabı ilə susdurub
Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının 44-cü plenar iclası keçirilib.
Plenar iclasda Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Tədbirdə ilk dəfə dünyanın iri parlamentlərarası assambleyalarının nümayəndə heyətləri, o cümlədən Avropa Şurası Parlament Assambleyasının rəhbəri Pedro Aqramunt, ATƏT-in Parlament Assambleyasının sədri İlkka Kanerva, Parlamentlərarası İttifaqın rəhbəri Saber Çoudhuri iştirak ediblər. İclasda müasir dövrün bir çox mühüm problemləri, o cümlədən terrorizm, ekstremizm, irqçilik, qaçqın və köçkünlər və digər mühüm məsələlər barədə müzakirələr aparılıb.
İclasdan sonra keçirilən mətbuat konfransında Milli Məclisin sədrinin müavini Valeh Ələsgərov jurnalistlərin suallarına cavab verərək qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. O deyib: “Əlbəttə, hamımız münaqişənin sülh yolu ilə həll olunacağına ümid bəsləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən unutmamalıyıq ki, müharibə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərində aparılır”.
Valeh Ələsgərov AZƏRTAC-ın müxbirinin ölkəmizin beynəlxalq təşkilatlarda iştirakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ədalətli mövqeyimizin irəlilədilməsi işində rolu barədə sualına cavab verərək bildirib ki, Azərbaycan üzvü olduğu bütün beynəlxalq təşkilatların tribunalarından istifadə edərək öz sözünü deyir, ədalətli mövqeyini və tələblərini ortaya qoyur. “Bizim arxamızda güclü dövlətimiz, iqtisadiyyatımız, güclü ordumuz var və buna görə də hər yerdə başımızı dik tutaraq öz sözümüzü deyə bilirik”, - deyə parlament sədrinin müavini vurğulayıb. V.Ələsgərov bildirib ki, aprel döyüşlərindən sonra dünyada gedən proseslərdə qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişdiyinin şahidi olduq. Azərbaycan rəhbərliyinin apardığı düzgün siyasət sayəsində hazırda əksər dövlətlər ölkəmizin mövqeyini dəstəkləyir.
Mətbuat konfransında ermənipərəst “Regnum” agentliyi müxbirinin Azərbaycan nümayəndəsinə ünvanlanmış “ATƏT-in Parlament Assambleyasının sədri İlkka Kanerva çıxışında Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunarkən Azərbaycan nümayəndə heyətinin bəzi üzvləri salonu niyə tərk etdi” kimi təxribat xarakterli sualına Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko sərt cavab verərək deyib: “Azərbaycan nümayəndə heyəti salonu tərk etməyib. Nümayəndə heyətinin bəzi üzvləri əvvəlcədən planlaşdırılan görüşə gediblər. Azərbaycan nümayəndə heyəti salonu nəyə görə tərk etməli idi ki?! ATƏT PA-nın sədri İlkka Kanerva çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair artıq uzun illərdir ən müxtəlif beynəlxalq tədbirlərdə səslənən məlum fikirləri söyləmişdi”.
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20

