Ermənistan və erməni diasporu Qafqazda növbəti dəfə etnik separatçılıq fəaliyyətinə başlayıblar
21.05.2016 [10:43]
Adı Dağlıq Qarabağdakı separatçı hərəkatla bağlı olan “Krunk” təşkilatı indi də Abxaziyanın Qulpırş, Oçamçire, Tkuarçal bölgələrində muxtariyyət yaratmaq istəyir
1988-ci ildə Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər “miatsum” deyə qışqırıb dünyaya hay-haray salanda sovet siyasi dairələrində təqribən belə bir lətifə dolaşırdı: “- Arşak, bu nə səs-küydür? - Heç, Qarabağı istəyirlər! - Bura bax, Arşak, Qarabağ onların nəyinə lazımdır?! Yaxşı olar ki, ermənilər Qaqranı, ya da ki, Piçundunu istəsinlər!”
Deyəsən, çox da uzaq illərə təsadüf etməyən bu siyasi lətifə artıq gerçəkləşmək üzrədir. Artıq nəinki Cənubi Qafqazın, hətta dünyanın tanınmış KİV-lərində Gürcüstanın separatçı Abxaziya bölgəsində erməni separatizminin baş qaldırmasına dair yazılar yer almaqdadır.
Belə ki, ermənilərin yerli ictimai təşkilatı olan “Krunk” Abxaziyada “erməni milli-mədəni muxtariyyəti”nin yaradıldığını elan edib. Bəyanat müəllifləri qeyd edirlər ki, Abxaziya - dünyanın ən kiçik “ölkə”lərindən biri olmasına baxmayaraq, çoxmillətlidir, “ermənilər də bu ölkənin yerli xalqlarından biridir. Ermənilər ta qədim zamanlardan abxaz dövlətinin inkişafında aktiv rol oynamışlar. Ermənilər öz abxaz qardaşları ilə birgə Bizans imperiyasına, ərəb və türk istilaçılarına qarşı mübarizə aparmışlar. Ermənilər abxazlarla birgə dövlətin sərhədlərini Suram dağlarınadək genişləndirməyə müvəffəq olublar”.
Bəyanat müəllifləri onu da xüsusi olaraq vurğulayırlar ki, yerli erməni əhalisi “gürcü faşistlərinə” qarşı aktiv iştirak ediblər, minlərlə erməni Abxaziyanın qəhrəmanı olub, lakin “müstəqilliyə” qovuşduqdan sonra onlar “abxaz faşizmi” ilə üzləşiblər. Bəyanatdan belə aydın olur ki, sən demə, “çoxlu məhrumiyyətlərlə üzləşmiş və əməksevər” erməni əhalisi Abxaziya hakimiyyəti tərəfindən yenidən təqiblərə məruz qalmaqdadır. “Ölkə rəhbərliyi respublikada ermənilərin sayını azaltmağı qarşısına məqsəd qoyub, onlara kilsə tikməyə, erməni dilində məktəb, teatr və mədəniyyət mərkəzləri yaratmağa icazə verilmir”, - deyə bəyanatda vurğulanır. Odur ki, yenicə yaradılan “Krunk” cəmiyyəti və Abxaziyanın erməni ziyalıları belə bir bəyanatla çıxış edirlər: “Yerli erməni əhalisinin Abxaziya Respublikasında milli-mədəni muxtariyyət yaratmaları üçün tam hüquqi əsasları vardır. Milli-mədəni muxtariyyəti yaratmaqda əsas məqsəd xarici və daxili ticarət məsələlərində müstəqil qərarlar qəbul etmək, xarici siyasi müqavilələri müstəqil şəkildə imzalamaq, ermənilərin sıx yaşamasını təmin etmək, ana dilini, təhsili və milli mədəniyyəti inkişaf etdirməkdən ibarətdir”.
Və bəyanatda həmçinin qeyd edilir ki, ermənilər Qulpırş, Oçamçire və Tkuarçal rayonlarının onlara verilməsini tələb edirlər: “Həmin rayonlardan gürcülər qovulduqdan sonra erməni əhalisi əksər üstünlük təşkil edir”.
Göründüyü kimi, ermənilərin Abxaziyada hakimiyyətdə təmsilçilik həvəsi ərazi iddiaları ilə əvəzlənib. Adı Dağlıq Qarabağdakı separatçı hərəkatla bağlı olan “Krunk” təşkilatı indi də Abxaziyanın Qulpırş, Oçamçire, Tkuarçal bölgələrində muxtariyyət yaratmaq istəyir. Bu, hələ azmış kimi, Gürcüstanın ermənilərin kompakt halda məskunlaşdığı Cavaxetiya vilayətində də analoji hadisələr davam edir. Ermənilər sovetlər dağılandan bəri həmin bölgəyə də öz iddialarından çəkinmirlər, hətta bunu beynəlxalq tribunalardan belə səsləndirməkdədirlər.
Beləliklə, görünən odur ki, beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağdakı separatçılığa göz yumması faktı davam edəcəyi halda, ermənilərin yaşadığı hər bir yerdə “öz müqəddəratlarını təyin etmək” uğrunda mübarizə aparacaqları təkzibolunmaz reallığa çevrilməkdədir.
Çünki illər öncə Dağlıq Qarabağda da hadisələr eyni ssenari üzrə inkişaf etdi - “Krunk” təşkilatı əvvəlcə “miatsum” deyə haray-həşir saldı, erməni diasporunun və maraqlı siyasi dairələrin diqqətini özünü cəlb etdi, ardınca da torpaqlarımızın işğalı başlanıldı.
Tarixdən də bilinir ki, erməni separatçıları uzun onilliklər, bəzən əsrlər boyu bir ölkədə məskunlaşaraq “sadiq icma”, “etibarlı vətəndaş” obrazı yaradır, həmin dövləti zəiflətməyə çalışır, cəhdləri baş tutanda isə dərhal ərazisinin bir hissəsini qoparıb “öz müqəddəratlarını təyin etmək” iddiası qaldırırlar. Vaxtilə Bizansa, sonra Osmanlı dövlətinə, sonra isə Azərbaycana qarşı oynanılmış ssenari indi də Gürcüstana qarşı tətbiq edilir.
Maraqlısı isə odur ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi missiyasını öz üzərinə götürmüş Rusiya, ABŞ və Fransa kimi qüdrətli dövlətlərdə də çoxlu erməni əhalisi yaşayır. Ola bilsin ki, bu dövlətlərin ərazisində yaşayan ermənilər bu gün həmin ölkələr üçün “sadiq icma” rolunu oynayırlar. Lakin analitiklər gələcəkdə bu dövlətlərin də ermənilərin separatçılıq iddiaları ilə üzləşəcəyini istisna etmirlər.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

