MULTİKULTURAL DƏYƏRLƏRİN QORUNMASINDA VƏ TƏBLİĞİNDƏ MƏTBUATIN ROLU
04.05.2016 [10:07]
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev multikultural dəyərlər haqqında belə bir fikir işlədib: “Mən hesab edirəm ki, biz Azərbaycanda elə bir model yarada bildik ki, həm iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə aparılır və ölkəmizin hərtərəfli inkişafını təmin edir. Azərbaycanın böyük və zəngin tarixi vardır. Bizim milli-mənəvi dəyərlərimiz vardır. Bu dəyərlər bizim üçün əsasdır. Biz ümumbəşəri dəyərləri bölüşürük, biz Avropa qurumları ilə bütün istiqamətlərdə - həm iqtisadi sahədə, həm siyasi islahatların dərinləşməsi sahəsində uğurlu əməkdaşlıq edirik. Avropa dəyərləri də bizim üçün çox vacibdir. Yəni onlar bizim üçün yad dəyərlər deyil. Çünki Azərbaycanın tarixi və coğrafi vəziyyəti bu vəziyyətin yaranmasına gətirib çıxarıbdır. Ancaq bizim üçün prioritet dəyərlər bizim milli dəyərlərimizdir və bunun üzərində müasir dövlətin qurulması bizim məqsədimizdir”.
Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın 24 ildən artıq dövrü əhatə edən müstəqillik tarixində qazandığı uğurların miqyası genişdir, ən əsası, ölkəmiz Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi demokratik dəyərlərin inkişafına xüsusi diqqət yönəldən qurumların üzvü olmaqla bu prinsiplərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha nümayiş etdirib. Azərbaycan, eyni zamanda, müxtəlif mədəniyyətlərin və dinlərin qovşağında yerləşən ölkə kimi dövlətlər, xalqlar arasında körpü rolunu oynayır, əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə davamlı töhfələr verir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsində də məqsəd məhz Azərbaycanın multikultural cəmiyyətlərin inkişafına töhfələrini daha da artırmaqdır. Sərəncamda da qeyd edilir ki, tarixi İpək Yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun cari ildə Bakıda keçirilməsi barədə qərar dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi daşıyan 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi bir daha belə bir həqiqəti ortaya qoyur ki, Azərbaycan nümunəsi multikulturalizmin yaşadığını, ölkəmizin bu sahəyə davamlı töhfələr verməkdə maraqlı olduğunu nümayiş etdirir. Bu fonda qeyd edə bilərik ki, Azərbaycanın hər sahədə təcrübəsi nümunədir, öyrənilməsi bir zərurətdir. İnkişafın Azərbaycan modelinin mövcudluğu bunun təsdiqidir.
25 illik müasir dövr müstəqillik tarixinə malik olan Azərbaycanın bu gününü müstəqilliyimizin ilk illəri ilə müqayisə etdikdə böyük inkişafın, tərəqqinin, müasirliyin və yeniliyin şahidi oluruq. Ötən dövrün uğurlarına söykənərək, qarşıdakı illər üçün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi bildiririksə, təbii ki, bu, düzgün təmələ əsaslanan və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Hər bir mühüm hadisə ötən dövrün təhlilini bir zərurətə çevirir. Dövlətimizin başçısı cənab İlham Əliyevin yanvarın 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə Azərbaycanın müstəqillik tarixində keçdiyi yola nəzər salaraq söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: “Mən bu tarixə nəyə görə qayıdıram? Çünki, birincisi, bu, həqiqətdir. Dediyim sözlər və xüsusilə verdiyim qiymətlər ən diplomatik və yumşaq qiymətlərdir. Gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çıxmışıq. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik”.
Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanı dağılmaq, parçalanmaq, bir dövlət olaraq varlığını itirmək təhlükəsindən xilas etdiyi kimi, milli mətbuatımızda da mövcud problemlər tədricən aradan qaldırıldı, qanunvericilik aktlarında dəyişikliklər edildi və Azərbaycan oxucusunun informasiya tələbatının yüksək səviyyədə ödənilməsi üçün zəruri addımlar atıldı. Ulu öndər Heydər Əliyev müstəqil KİV-lərin inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.
Ən əsası suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan tələb olunan bu amalın - azərbaycançılığın təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Milli ideyanın formalaşması, millətin məqsədyönlülüyünün dəstəklənməsi iqtisadi uğurlarımızın əsasını təşkil etməklə söydaşlarımızın birlik və həmrəyliyi üçün də başlıca amildir. Hazırkı dövrdə, dünyada hərbi-siyasi münaqişələrin artdığı bir zamanda Azərbaycanın sabitlik diyarı kimi tanınması, dünya birliyində özünə layiqli yer tutması, ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində qazandığı nailiyyətlərin təbliğ olunması milli həmrəylik və birliyimiz nəticəsində mümkün olmuşdur. Azərbaycan xalqını təbii ki, vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, tolerant ölkə olmasıdır. Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilir. Ölkəmizdə artıq ənənə halını alan Beynəlxalq Humanitar forumların keçirilməsi Azərbaycanın Avropa ilə Asiya arasında körpü roluna töhfələrini artırır.
Dövlət siyasətimizin əsasında dayanan azərbaycançılığın, milli dəyərlərimizdən olan multikulturalizmin inkişafı istiqamətində davamlı addımların ictimaiyyətə çatdırılması aktuallığını bütün dövrlərdə qoruyur. Məhz bu baxımdan bütün gerçəkliklərin bələdçisi olan mətbuata diqqət və qayğı dövlət siyasətinin əsasında dayanıb.
Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq qaldı. Onun müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” buna əyani sübutdur. Prezident İlham Əliyevin qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının ödənilməsi ilə bağlı Sərəncamına əsasən, maddi çətinliklərlə üzləşən qəzetlərin qaytara bilmədiyi borc dövlət büdcəsindən ödənildi. Möhtərəm Prezidentimiz İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Bu gün ölkəmiz bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşayır. İqtisadiyyatı hər bir inkişafın təməl daşı kimi dəyərləndirən dövlətimizin başçısı cənab İlham Əliyev iqtisadi tərəqqinin davamlılığını təmin etmək üçün bir-birindən əhəmiyyətli addımlar atır. İqtisadi tərəqqi maliyyə imkanlarının genişlənməsi ilə müşayiət olunur ki, bu da mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir. İqtisadi yüksəliş mətbuatın inkişafına yönələn tədbirlərdən də aydın görünur. 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatının təqdimat mərasimində dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: “Jurnalistlərin sosial müdafiəsi, məişət problemləri həllini tapmalıdır. Bu il imzaladığım Sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait, sadəcə olaraq, birinci addımdır. Mən bu gün demək istəyirəm ki, bununla biz işimizi bitmiş hesab etmirik. Gələcəkdə buna bənzər addımlar atılacaq və yenə də deyirəm, tamamilə təmənnasız atılacaqdır. Mən o vaxt da jurnalist ictimaiyyətinə müraciət etdim və fikrimi söylədim ki, bu mənzillər bölünəndə medianın bütün istiqamətləri, necə deyərlər, bütün düşərgələri bundan bəhrələnə bilsinlər. Yəni burada heç bir ayrı-seçkilik olmamalıdır və ədalət prinsipi əsas olmalıdır”.
Prezident İlham Əliyevin 22 iyul 2013-cü il tarixli “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı da deyilənlərin təsdiqidir. Ölkənin iqtisadi qüdrətinin artmasından irəli gələn bu kimi addımlar bir daha təsdiqləyir ki, bütün sahələrin kompleks şəkildə inkişafı, tərəqqisi dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil edir, ən əsası, hansı sahədə çalışmasından asılı olmayaraq, hər kəs bu inkişafı özünün gündəlik həyatında hiss edir.
Müstəqil mətbuatın inkişafına xidmət edən davamlı addımlar möhtərəm Prezidentimiz İlham Əliyevin “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğunun nəticələrinə əsasən, iki dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsini şərtləndirib.
Ulu öndər Heydər Əliyevin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində atdığı addımların, həyata keçirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qarşısında geniş imkanlar açır, cəmiyyətimizin güzgüsü olan mətbuatın iqtisadi müstəqilliyini gücləndirir, jurnalistlərin sosial müdafiəsini təmin edir, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasını təkmilləşdirməklə dünya informasiya məkanına inteqrasiyasını sürətləndirir. Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib, eyni zamanda siyasi diskussiyaların, fikir mübadiləsinin aparıldığı bir məkan olub. Ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və bu rəqəm ilbəil artır.
Cəmiyyətin inkişafı və təşəkkülü informasiya texnologiyalarının, konkret olaraq internetin imkanlarına əsaslanır. Dünyada baş verən sosial-iqtisadi hadisələr, sosial şəbəkələrdə, bloqlarda yerləşdirilən informasiyalar hər kəsi maraqlandırır. Daha dəqiq desək, müəllifi dəqiq məlum olmayan, “kollektiv bir məhsul” olan bəzi saytlardan hər kəs istədiyi və özünə lazım olan informasiyanı əldə edir. Bu cür interaktivlik sayəsində sosial şəbəkə yazılı və elektron KİV-ləri, bir növ, üstələyir. Ölkəmizdə yüksək texnologiyaların tətbiqinə və kosmik sənayenin yaradılmasına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir.
Yazılı və elektron KİV-lərlə sosial media arasında rəqabətin artdığı müasir dövrümüzdə jurnalistikanın inkişaf problemləri ilə yanaşı, hər dövlətin milli təhlükəsizliyi ilə eyni səviyyədə dəyərləndirilən, ictimai rəyin formalaşdırılmasında başlıca, aparıcı rola malik informasiya təhlükəsizliyinin qorunmasında bütünlükdə cəmiyyətin, insanların vətəndaşlıq borcu olmalıdır.
İnkaredilməzdir ki, hər bir ölkənin qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiq qaldığı dostları kimi, müəyyən səbəblərdən, münaqişəli məsələlərin mövcudluğu üzündən mövqeləri fərqli olan əlaqələri də mümkündür. Təbii ki, bu zaman əsassız informasiyalar yayan sosial şəbəkələrdən istifadə olunur. Belə qərəzli münasibət ölkəmizdən də yan keçməyib. İqtisadi inkişafı, diplomatik uğurları ilə dünya birliyində liderliyini qoruyan Azərbaycan anti-azərbaycançı qrupların və erməni lobbisinin əlində oyuncağa çevrilən bəzi dairələrin, məkrli təşkilatların qərəzli informasiya hücumlarına məruz qalır. “Eurovision-2012”yə, ilk Avropa Oyunlarına ev sahibliyi şansını qazanan ölkəmizə qarşı qərəzli münasibətdən yaranan qısqanclıq meyillərindən qaynaqlanan “qara piar” xarakterli informasiyaların yaranma səbəbləri kimi, “muzdlu xidmət müəllifləri” də bəlli idi.
Qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı olan, beynəlxalq təşkilatlarda söz sahibi kimi yüksək mövqeyə yüksələn Azərbaycan həqiqətlərinə kölgə salmağa çalışan ermənipərəst qüvvələr ölkə müxalifətinin əsassız arqumentlərini reallıq kimi qələmə verərək ölkəmiz haqqında mənfi imic fomalaşdırmağa cəhd etsələr də, niyyətləri baş tutmadı.
Qlobal informasiya məkanında həqiqətlərlə yanaşı, təxribat və qarayaxmaların da kifayət qədər artdığını nəzərə alan Prezident İlham Əliyev informasiya təhlükəsizliyini ərzaq, enerji təhlükəsizliyi kimi dövlət siyasətinin aspekti hesab edir. “İnformasiya təhlükəsizliyi də indiki dövrdə çox vacibdir... Bizə qarşı informasiya müharibəsi aparılır. Bu, həqiqətdir... Bu informasiya müharibəsinin aparılması işində, əlbəttə ki, ilk növbədə, erməni lobbisi öz fəallığı ilə seçilir. Azərbaycanı qaralamaq, Azərbaycan reallıqlarını danmaq, Azərbaycanı geridə qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim etmək cəhdləri, ilk növbədə, erməni lobbisinin çirkin əməllərindən qaynaqlanır”, - söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, ölkəmiz əleyhinə açıq şəkildə kampaniya aparan ermənilərin cəhdlərinə baxmayaraq, Azərbaycan siyasi, iqtisadi, diplomatiya, demokratiya sahəsində olduğu kimi, informasiya mübarizəsində də qalibdir. Təbliğat real faktlara, tarixi həqiqətlərə əsaslandıqda ictimai fikrə təsir imkanı daha geniş olur. Azərbaycan əleyhinə yayılan mənfi informasiyaların təkanverici qüvvəsi olan erməni lobbisinin çirkin pulları ilə dolanan bəzi “siyasi xadimlər”in, qondarma “Dağlıq Qarabağ respublikası”na səfər edənlərin bu həqiqətləri “görməməsi” ikrah doğurur.
İctimai rəyi əks etdirməyən, təxribat xarakterli mənfi məlumatların qarşısının alınmasında güclü vasitə olan informasiya təhlükəsizliyinin təminatı Azərbaycan həqiqətlərinin olduğu kimi dünyaya çatdırılması baxımından daha önəmlidir. Milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılması yolverilməzdir. Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamının əhəmiyyətini xüsusi qeyd etməliyik. Sənəddə də qeyd olunur ki, hərbi hissələrin dislokasiyası ilə bağlı məlumatların verilməsində milli və dövlətçilik maraqlarına diqqətlə yanaşılmalı, dövlət sirlərinin qorunmasında qanundan kənar halların baş verməməsi üçün KİV-lərlə əhali arasında təbliğat-izahat işi genişləndirilməlidir. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da da informasiya təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin parametrləri əksini tapır. Bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, ölkənin milli informasiya məkanının, o cümlədən informasiya təhlükəsizliyini təmin edən sistemin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətləri kimi diqqətdə saxlanılır. Təbii ki, mətbuat işçiləri Milli Strategiyadan irəli gələn vəzifələr barədə məlumatlıdırlar. Amma jurnalist məsuliyyəti ilə qarşıya qoyulan məqsədə nail olmaq üçün, ilk növbədə, vətənpərvərlik, peşə məsuliyyəti, hadisələrə qərəzsiz, tərəfsiz yanaşma əsas olmalıdır.
Hər dövrün öz çağırışı, tələbi var. Müstəqil Azərbaycan dövlətinin bu tələbləri yüksək səviyyədə yerinə yetirməsi ölkəmizin davamlı inkişafına, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə geniş yol açır. Azərbaycanı qarşıdakı illərdə inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır. Təbii ki, bu əminliyi yaradan ölkəmizin 24 ildən artıq müstəqillik tarixində qazandığı biri-birindən əhəmiyyətli uğurlarıdır. Dünyada ən islahatçı, xoşbəxt ölkə kimi tanınan Azərbaycanın gələcəyinə inam böyükdür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, irəli sürülən bütün təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi hərtərəfli inkişafı daha da sürətləndirir. Cənab İlham Əliyev bu fikri də önə çəkir ki, Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz ölkəmizdə media ilə bağlı məsələlərin də ən yüksək səviyyədə həllini tapmasını bir tələb kimi ortaya qoyur. Dövlətçilik, milli maraqlar, azərbaycançılıq əsas prinsip kimi öndə saxlanılmalıdır.
İqtisadi inkişafı ilə beynəlxalq münasibətlər sistemində də öz yerini və rolunu möhkəmləndirən Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Dövlətimizin uğurlu siyasəti bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına inamı artırır. Möhtərəm Prezidentimiz İlham Əliyev ən yüksək tribunalardan Azərbaycan dövlətinin dəyişməz mövqeyini bəyan edərək bildirir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bir qarış torpağımız belə düşmənə verilməyəcək.
Müharibə şəraitində yaşayan bir ölkədə oxucunun, tamaşaçının yazılı və elektron KİV-lərdən gözlədiklərini geniş şərh etməyə ehtiyac yoxdur. Həqiqətlərimizin ölkə və dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda, bu gün yazılı və elektron KİV-lərin qarşısında dayanan əsas vəzifələrdən biri onların məhz vətənpərvərlik hissinin artırılmasına xidmət edən yazılara, verilişlərə daha geniş yer vermələridir. XXI əsrin informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, Azərbaycan reallıqlarının təbliği üçün nə qədər geniş imkanların mövcud olduğunu görərik. Dövlətimizin başçısı cənab İlham Əliyev Ona ikinci dəfə “Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimdə bildirmişdir: “XXI əsr informasiya mübarizəsi əsridir. İnternetin mövcudluğu, əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada, əlbəttə ki, əsas vəzifəni, ilk növbədə, dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik”.
Azərbaycanın uğurlarından bəhs edilərkən ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsi xüsusi qeyd edilir. Bütün dünyanı düşündürən problemlərin müzakirəsi üçün Azərbaycanın etibarlı ünvan kimi seçilməsi ölkəmizdə mövcud olan sabitliyə verilən dəyər, davamlı inkişafımıza nikbin baxışlardır. Təbii ki, hər bir tədbir mahiyyəti ilə yanaşı, keçirildiyi ölkə üçün əhəmiyyəti baxımından da önəmlidir. Ötən il Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etdi. Gələn il isə IV İslam Həmrəylik Oyunları keçiriləcək. Möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, bu, sadəcə olaraq, İslam və Avropa ölkələri idmançılarının yarışı deyil, bu, bizim ümumi, ümumbəşəri dəyərlərə verdiyimiz töhfədir. Təbii ki, bu töhfələri işıqlandırmaq, təbliğ etmək mətbuatdan böyük məsuliyyət tələb edir. Dünya informasiya məkanına sürətlə inteqrasiya edən mətbuatımız əsas prinsipləri - dövlətçiliyi, azərbaycançılığı, vətənpərvərliyi, milli şüuru öndə saxlayaraq uğurlarımızı beynəlxalq ictimaiyyətə çatdırmalıdır. Azərbaycanın ev sahibliyi etdiyi hər bir tədbir uğurlarımızın təqdimatı, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün səylərin birləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Müxtəlif mədəniyyətlərin və dinlərin qovşağında yerləşən Azərbaycan bu təqdimatı ilə bir daha bu reallığı da nümayiş etdirir ki, istər təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələri, istərsə də ev sahibliyi etdiyi tədbirlər ölkələr, xalqlar arasında dostluq körpüsünün daha da möhkəmləndirilməsinə xidmət edir. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir: “Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Əgər Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləməsə, biz müstəqil siyasət apara bilmərik. Bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur”.
Uğurlarımız fonunda bir daha bu əminliyi ifadə edirik ki, Azərbaycanın müstəqillik tarixində keçdiyi yolun bələdçisi olan mətbuatımız tezliklə işğal altında olan torpaqlarımızın azad olunması xəbərinin müjdəçisi olacaq.
Vüqar Rəhimzadə
“İki sahil” qəzetinin baş redaktoru,
YAP Siyasi Şurasının üzvü
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

