Milli Məclisdə Azərbaycan-ATƏT əlaqələri müzakirə edilib
18.03.2016 [09:46]
Azərbaycan-ATƏT əlaqələri biristiqamətli deyil. Azərbaycan bütün istiqamətlərdə, iqtisadi, təhlükəsizlik, insan ölçüsünə dair sahələrdə bu təşkilat ilə əməkdaşlığa hazırdır. Ölkəmiz indiyədək bu istiqamətlərdə ATƏT-ə ciddi töhfələr verib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 17-də Milli Məclis sədrinin müavini Bahar Muradovanın ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günther Baxler ilə görüşündə səslənib.
Bahar Muradova bu səfərin Azərbaycanın həm ATƏT, həm də təşkilata sədrlik edən Almaniya ilə münasibətlərində əhəmiyyətli olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan-ATƏT münasibətləri inkişaf edir. Biz bu təşkilatın bütün qurumları ilə əməkdaşlığa üstünlük veririk. Hər zaman ATƏT dəyərlərinə sadiq olduğumuzu əməli fəaliyyətimizdə sübut etməyə çalışırıq. Əlbəttə, Azərbaycanın bütün beynəlxalq təşkilatlarda, mövcud parlament assambleyalarındakı fəaliyyəti prioritet istiqamətlərdəndir. Lakin ATƏT bu qurumlar içərisində özünəməxsus yer tutur və bunun da ciddi səbəbləri var.
Bahar Muradova Almaniyanın sədrliyi dövründə ATƏT-in bütün qurumlarında bir çox vacib məsələlərin həlli istiqamətində yeni addımlar atılacağına əminliyini ifadə edib. Bildirib ki, həmin məsələlərin həlli bütün səylərin birləşdirilməsini tələb edir. Biz hər zaman bu məsələlər ətrafında Azərbaycanın qətiyyətli və beynəlxalq hüququn prinsiplərinə söykənən mövqeyini açıqlamışıq. Milli Məclis sədrinin müavini qeyd edib ki, inkişafın özünün doğurduğu problemlər və bir sıra beynəlxalq dairələrin müxtəlif regionlardakı maraqları bu gün dünyanı çox həssas dönəmə gətirib çıxarıb. Bu həssaslığın doğurduğu problemlər aradan qalxmasa gələcəkdə çox çətin olacaq.
Bahar Muradova ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti ilə bağlı Azərbaycanın tənqidi fikirlərinin əsaslı olduğunu sübut edən müəyyən tədbirlər görüləcəyinə inandığını bildirib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, mövcud status-kvonun uzanmasının yalnız Ermənistanın maraqlarına xidmət etdiyini, eləcə də yeni-yeni münaqişə ocaqlarının yaranmasına səbəb olduğunu deyib. “Əlbəttə, biz düşünmürük ki, bir illik fəaliyyət ərzində Almaniya bu məsələnin tam həllinə nail ola biləcək. Lakin inanırıq ki, öz fəaliyyətinizlə bu məsələnin həlli istiqamətində addımlar atacaqsınız. Azərbaycan uzun illərdir bu problemlə yaşayır və onun həllinə çalışır”, - deyə Bahar Muradova əlavə edib.
Günther Baxler gələcəkdə də belə görüşlərin davamlı olaraq keçirilməsinə ümidvar olduğunu deyib. O, Almaniyanın sədrlik dövründə görəcəyi əsas işlərdən danışaraq bildirib ki, ATƏT-in fəaliyyətinin gücləndirilməsi əsas istiqamətlərdəndir. Qeyd edib ki, münaqişənin həlli üçün sədrlik çərçivəsində çox ciddi analizlər, təhlillər aparılmalıdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

