/ / Azərbaycanda demokratiya və insan hüquqlarının durumu Avropa siyasi institutları tərəfindən yüksək qiymətləndirilir
Azərbaycanda demokratiya və insan hüquqlarının durumu Avropa siyasi institutları tərəfindən yüksək qiymətləndirilir
05.03.2016 [11:35]
Avropa təsisatları demokratik institutların qanunlar çərçivəsində sərbəst fəaliyyət göstərdiyi, mütəmadi olaraq siyasi-hüquqi islahatların keçirildiyi Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsinə böyük önəm verir
Demokratik dəyərlərin təşəkkül tapdığı Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub. Buna paralel olaraq həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və reallaşdırılan bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması siyasi kursun səmərəliliyini təmin edir.
Bu kontekstdə Azərbaycan Qərb təsisatları ilə də uğurlu əməkdaşlıq edir. Ümumiyyətlə, Azərbaycan Qərb dövlətləri, eləcə də Avroatlantik məkanın başlıca təsisatları ilə özünün milli maraqları əsasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir. Şübhəsiz, Qərb də, öz növbəsində, müstəqil daxili və xarici siyasət kursuna malik olan, demokratik təsisatların qanunlar çərçivəsində sərbəst fəaliyyət göstərdiyi, mütəmadi olaraq siyasi-hüquqi islahatların keçirildiyi bir dövlətlə - Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsinə böyük önəm verir. Bu və ya digər formatda davam etdirilən əməkdaşlıq bu əlaqələrin inkişafında mühüm rol oynayır.
Bütövlükdə, Azərbaycanın demokratik dövlət quruculuğu siyasəti Qərbə inteqrasiyanı təmin edən başlıca amildir. Ölkəmizin Qərbə inteqrasiyası həm də bəhs olunan region dövlətləri ilə qarşılıqlı-faydalı ikitərəfli əməkdaşlığa söykənir. Azərbaycan əksər Qərb dövlətləri ilə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrə malikdir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq siyasi nüfuzunun güclənməsi və digər amillər Qərb dövlətlərini, xüsusilə də Avropa institutlarını respublikamızla əməkdaşlığa cəlb edən başlıca amillərdir. Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları, o cümlədən bu gün Azərbaycanla tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olan Avropa İttifaqı, Avropa Şurası kimi qurumlar ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını, həmçinin sağlam əsaslara söykənən milli-mənəvi dəyərlərin cəmiyyət həyatının bütün sahələrinə sirayət etməsini yüksək qiymətləndirir. Ümumi qənaət budur ki, söz, fikir və özünüifadə, eləcə də internet azadlığının təmin olunması, medianın müstəqil inkişafına xüsusi diqqət yetirilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı qətiyyətli mübarizə aparılması Azərbaycanın dinamik inkişafının, əsaslı ictimai-siyasi sabitliyin davamlı olacağına əminlik yaradır. Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları Azərbaycanın demokratiya yoluna sadiq olduğunu əminliklə bəyan etməkdədirlər. Məhz buna görə də Azərbaycanı demokratiya və insan hüquqları məsələsində qərəzli şəkildə ittiham edən, bu istiqamətdə Azərbaycanla Avropanın mövqeyinin fərqli olduğunu əsaslandırmağa çalışan ünsürlərin cəhdləri reallığı əks etdirmədiyi üçün heç bir əhəmiyyət kəsb etmir.
Beləliklə, Avropa siyasi institutları insan hüquqları və demokratiya məsələsində həm ölkəmizdəki durumu yüksək qiymətləndirirlər, həm də Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər. Amma burada başqa bir nüansa toxunmaq gərəkdir. Belə ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizindən çoxunu işğal etməsi nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların fundamental hüquqları pozulub. Həm ayrı-ayrı ölkələrin yerli qanunvericiliyində, həm də beynəlxalq konvensiyalarda insanların doğulduqları və məskunlaşdıqları ərazidə yaşamaq hüququ fundamental hüquqlar sırasında əks olunur, digər tərəfdən, kütləvi deportasiya insan hüquqları pozuntusu kimi qiymətləndirilir. Belə olan halda, 1 milyondan çox soydaşımızın fundamental hüquqlarının kobudcasına pozulması faktı dünya ictimaiyyəti ilə yanaşı, Avropanın müvafiq siyasi institutları tərəfindən də adekvat qiymətləndirilməli və Ermənistana qarşı islahedici metodlara istinad olunmalıdır...
NURLAN
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

