Azərbaycan milli-mənəvi dəyərlərin qorunduğu tolerant ölkədir
05.12.2015 [10:57]
Ölkəmiz dinlər və millətlərarası dialoqun təşkil olunmasına da öz töhfələrini verir
Bu gün dünyada ciddi narahatlıq doğuran məsələlərdən biri də məhz qlobal miqyasda milli-dini-irqi zəmində münaqişələrin artması, xalqlar arasında inteqrasiyanın zəifləməsidir. Sevindirici haldır ki, hər zaman dünyaya tolerantlıq və dialoq məkanı olaraq nümunə göstərilən Azərbaycan dövlətində bu gün multikultural dəyərlər yaşamaqda və inkişaf etməkdədir. İqtisadi inkişafına görə regionun aparıcı dövləti sayılan Azərbaycan, eyni zamanda, millətlərarası və dinlərarası dialoq baxımından da nümunəvi bir ölkə kimi xarakterizə olunur. Ölkəmizdə milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə tolerantlıq, mədəni dialoq mühitinin əsas ünsürləri kimi çıxış edir. Bu gün Azərbaycanda bütün dinlərə məxsus tarixi-dini, eləcə də mədəni abidələrə qayğı və diqqətlə yanaşılır.
Təbii ki, əhalisinin böyük bir qismini müsəlmanların təşkil etdiyi Azərbaycanın milli mədəni irsinin formalaşmasında İslam dəyərlərinin xüsusi yeri var. Bu mənada ölkəmizdə İslam inancına, İslam mədəniyyətinə məxsus olan abidələr, eləcə də maddi-mədəniyyət nümunələri qorunur. Ölkəmizdə İslam dininə mənsub bayramların, dini ritualların keçirilməsinə şərait yaradılır, bu istiqamətdə görülən tədbirlər ardıcıl xarakter daşıyır.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda cəmi 17 məscid var idi. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın müqəddəs məkanlarına, İslam dininə inancı və ehtiramı özündə ehtiva edən ocaqlara dövlət qayğısını sərgiləməklə Azərbaycanın, o cümlədən Özünün İslam dininə münasibətini nümayiş etdirdi. Məhz Ümummilli liderimizin səyi nəticəsində VII əsrin yadigarı olan, 1933-cü ildə isə Sovet əsgərləri tərəfindən partladılan Bibiheybət məscid kompleksinin bərpa edilməsinə qərar verildi. Ölkə Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam və inkişaf etdirməsi nəticəsində bu gün Azərbaycanda fəaliyyət göstərən məscidlərin sayı 2 mini keçib. Bundan başqa, Prezident İlham Əliyevin təşəbbüsü ilə və birbaşa nəzarəti altında dini abidələr, ibadət evləri yenidən qurularaq istifadəyə verilib. 2013-cü ildə dünyanın ən qədim məscidlərindən biri hesab olunan, 743-cü ildə tikilmiş Şamaxı məscidi bərpa edilib. Hər il Azərbaycandan minlərlə zəvvar müqəddəs Kəbəni, Məkkəni, Mədinəni ziyarət edə bilir. Bundan başqa, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Təzəpir məscidi, Əjdərbəy (Cümə) məscidi əsaslı təmir olunaraq, dindarların ixtiyarına verilib, dünyanın ən böyük məscid komplekslərindən olan Heydər Məscidi tikilib.
Bəli, sadalanan bu faktlar ölkəmizdə İslam dininə, eləcə də digər dinlərə göstərilən hörmətin bariz sübutudur. Bu gün Azərbaycanda vətəndaşların dini inanc azadlığı Konstitusiya ilə qorunur. Bütün bunlarla yanaşı isə, Azərbaycan dövləti həm də dünyada islamofobiyaya qarşı öz səsini ucaldan, İslamın mahiyyətinin təhrif edilməsinə qarşı çıxan ölkələrdən sayılır.
Azərbaycan dövləti dünyada İslam həmrəyliyinin daha da möhkəmlənməsinə, müsəlman dövlətlərinin inteqrasiyasına da hər zaman öz töhfəsini verməkdədir. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatındakı uğurlu fəaliyyəti, eləcə də qurumun gənclər platformasında mühüm layihələrin həyata keçirilməsindəki, dövlətlərarası əlaqələrin inkişafındakı rolu bunu deməyə əsas verir. O cümlədən, mədəniyyət, humanitar sahələrdə də Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişlənməsində hər zaman aktiv fəaliyyəti ilə seçilir. İSESCO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılmasında yaxından iştirak edir. Təsadüfi deyil ki, 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilən Bakının ardından, 2018-ci ildə Naxçıvan bu şərəfli adı daşıyacaq.
Bundan başqa, dinlərarası dialoqun təmin olunmasında ölkəmizin oynadığı rol hər zaman dünya dövlətləri tərəfindən yüksək dəyərləndirilir. Fərqli dinlərin daşıyıcılarının, eləcə də fərqli millətlərin nümayəndələrinin inteqrasiyasının intensivləşdirilməsi istiqamətindəki müzakirələrə məhz Azərbaycan paytaxtı mütəmadi olaraq ev sahibliyi edir. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilir. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır.
Təəssüf ki, Azərbaycanın əldə etdiyi bu uğurlar, İslam dövlətləri arasında xüsusi yerə malik olması bir sıra islamofob dairələri, din pərdəsi altında fərqli maraqlara xfidmət göstərən mərkəzləri narahat edir. Bu mənada, zaman-zaman din pərdəsi altında gizlənən bəzi terrorçu qrupların ölkəmizdə müxtəlif təxribat cəhdlərinə şahidlik edirik. Amma əlbəttə ki, Azərbaycanda bu cür cəhdlərin qarşısı qətiyyətlə alınır və ölkəmizdəki multikultural mühitə xələl gətirmək istəyən ekstremistlər öz layiqli cəzalarını alırlar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

