/ / Bahar Muradova: Yeni Azərbaycan Partiyasının gücü Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir
Bahar Muradova: Yeni Azərbaycan Partiyasının gücü Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir
21.11.2015 [10:28]
“Hər bir xalqın, toplumun öz müstəqilliyi uğrunda mübarizələr tarixi var. Azərbaycanın da özünəməxsus tarixi keçmişi həmin dövr hadisələrinə qiymət vermək üçün də mənbə rolunu oynayır. 1990-cı illərin əvvəlləri Azərbaycanda tarixin başqa bir şəkildə təkrarını xatırladırdı. XX əsrin əvvəlində birinci dəfə müstəqilliyin əldə edilməsindən sonra baş verən hadisələr, qısa müddətdə müstəqilliyə yaranan təhlükə, daxildən və xaricdən olan təhdidlər, təzyiqlər əsrin sonunda yenidən təkrarlanırdı. 1992-ci ilin ağır günlərində, xüsusən də həmin ilin payızına doğru hadisələrin gərginləşdiyi bir məqamda Ulu öndər Heydər Əliyevə edilən çoxsaylı müraciətlərdən sonra Azərbaycanda yeni bir siyasi təşkilatın yaradılması işinə başlandı. Qısa müddətdə görülən işlər öz nəticəsini verdi və 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi. Ozamankı AXC-“Müsavat” cütlüyünün hakimiyyətinin təzyiqlərinə baxmayaraq, ölkənin hər yerindən nümayəndələrin iştirakı ilə baş tutan konfransda çox ciddi qərarlar qəbul olundu, partiyanın Nizamnaməsi, Proqramı, rəhbər strukturu, seçkili orqanları formalaşdı, qarşıda dayanan vəzifələri müəyyənləşdirildi və Heydər Əliyev partiyanın Sədri seçildi. Azərbaycan xalqına edilən müraciət nəticəsində bu təşkilatın yerlərdə rayon-şəhər özəkləri yaranmağa başladı”. Bu fikirləri Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova Yeni Azərbaycan Partiyasının ötən 23 il ərzində keçdiyi yol haqqında fikirlərini bildirərkən deyib.
B.Muradova qeyd edib ki, YAP yarandıqdan sonra ölkədə ictimai-siyasi proseslərə müdaxilə etmək istiqamətində ciddi addımlar atıldı və qısa müddətdə YAP Azərbaycandakı ictimai-siyasi təşkilatlar içərisində aparıcı bir gücə çevrildi. Onun sözlərinə görə, ötən 23 il ərzində partiyamız şərəfli bir yol keçib. Bu gün artıq partiyamızın sıralarında 660 mindən artıq üzvün birləşdiyini deyən vitse-spikerin fikrincə, YAP qısa müddət ərzində Azərbaycanın avanqard siyasi təşkilatına çevrilib: “Partiyanın gücü yalnız onun sıralarında olan insanların sayı ilə ölçülmür. Yeni Azərbaycan Partiyasının gücü bu gün Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir”.
B.Muradova bildirib ki, xalqımızın mütləq əksəriyyəti YAP-ın avanqard rolunu, onun təkamül yolu ilə ölkəmizi uğurdan-uğura apardığını qəbul edir, bundan qürur duyaraq hər zaman ona dəstək verir. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri Yeni Azərbaycan Partiyasının sıralarında fəaliyyət göstərirlər.
“23 il ərzində YAP böyük inkişaf yolu keçib. Partiyamızın sıralarında yüzminlərlə insan birləşib və bu insanlar cəmiyyətimizin intellektual potensialını təşkil edir. Eyni zamanda, ötən dövr ərzində YAP iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb, eləcə də özünün beynəlxalq əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib. Partiyamızın nümayəndələri Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın inkişaf yoluna sədaqət nümayiş etdirərək milli maraqlar ətrafında sıx birləşiblər”, - deyə B.Muradova vurğulayıb.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Azərbaycan siyasi sisteminin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti, əldə etdiyi nailiyyətlər hələ uzun illər müxtəlif araşdırmaçıların tədqiqat obyekti olacaq. “Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası böyük uğurlara imza atır. Partiyamız 23 yaşını məhz böyük uğurlarla qeyd edir. Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın yox, bütövlükdə regionun ən güclü siyasi partiyalarındandır. Yüksək beynəlxalq nüfuza malik olan YAP qlobal miqyasda öz dost və tərəfdaşlarının sayını artırmaqla əməkdaşlıq dairəsini daha da genişləndirir”, - deyə B.Muradova vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07

