Milli Məclis Avropa Şurasına etiraz etməlidir
04.04.2009 [00:29]
Parlamentin dünənki iclası millət vəkillərinin cari məsələlərlə bağlı çıxışları ilə başladı. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev siqaret çəkilməsini məhdudlaşdıran qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasını təklif etdi. M.Quliyevin sözlərinə görə, 7-8 maddədən ibarət layihə artıq Milli Məclis Aparatına təqdim olunub: “Layihəyə müvafiq dövlət qurumları, təşkilatlar müsbət rəy verib. Milli Məclis rəhbərliyindən xahiş edirəm ki, layihənin yaz sessiyasında müzakirəyə çıxarılmasına kömək etsin”.
Azərbaycanda siqaret çəkilməsinin kütləvi hal aldığını söyləyən M.Quliyev deyib ki, bu pis vərdiş orta və ali məktəblərdə də yayılıb: “Orta məktəb şagirdi də, universitet professoru da bunun ziyanlı olduğunu bilir. Amma pis vərdişdən əl çəkmirlər”.
Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, bu çox aktual məsələdir və bununla bağlı müxtəlif layihələr müzakirə olunur.
Quba məzarlığında muzey yaradılsın
Millət vəkili Vahid Əhmədov isə Azərbaycanlıların soyqırımı günü - martın 31-də bir qrup deputatın Qubada aşkarlanan məzarlığı ziyarət etdiklərini xatırlatdı. O, bildirdi ki, yağış suları və evlərdən gələn sular məzarlığı yuyub aparır.
V.Əhmədov Qubada aşkarlanan məzarlığın qorunması və muzey tikilməsi üçün büdcədən 3-4 milyon manat vəsait ayrılmasını təklif etdi.
Millət vəkili Aynur Quliyeva isə qeyd etdi ki, ümumiyyətlə, Azərbaycanda soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmalı, muzeylər tikilməlidir: “Azərbaycana gələn xaricilərin heç biri tariximizlə bağlı məlumatlı deyil. Belə abidələr ucaldılmalıdır ki, onların da məlumatı olsun”.
Azərbaycan bütün öhdəlikləri yerinə yetirib
Millət vəkilləri Avropa Şurası Parlament Assambleyasının Hüquq və Siyasi Məsələlər Komitəsi tərəfindən Azərbaycana siyasi məhbus məsələsi üzrə məruzəçi təyin edilməsinə də münasibət bildirdilər. Millət vəkili Zahid Oruc qeyd etdi ki, parlament AŞ PA-nın bu qərarına öz etirazını bildirməlidir. Onun fikrincə, Assambleya bu qərarı qəbul etməklə Azərbaycanı aşağılayıb. Millət vəkili dedi ki, əslində, Azərbaycanda siyasi məhbus məsələsi bir neçə il əvvəl tamamilə qapadılıb. Amma təşkilat bu günlərdə bir neçə QHT təmsilçisinin müraciətini əsas götürərək Azərbaycana siyasi məhbus məsələsi üzrə məruzəçi təyin edib. Z.Oruc qeyd etdi ki, AŞ PA bu qərarı qəbul etməklə Azərbaycanda məhkəmə funksiyasını həyata keçirmək iddiasını ortaya qoyub. “Əgər belədirsə, onda niyə onlar bizdən ədalətli məhkəmə sistemi qurmağı tələb edirlər? Vaxtilə Kremldə oturan şəxslərlə AŞ PA-dakıların nə fərqi var?”.
Millət vəkili dedi ki, Azərbaycana qonşu olan Ermənistanda son prezident seçkilərindən sonra siyasi repressiyalar həyata keçirilib. Xeyli sayda müxalifət təmsilçisi həbs edilib. ölkədə fövqəladə vəziyyət elan olunub. “Amma siyasi məhbus məsələsi üzrə məruzəçi Ermənistana deyil, Azərbaycana təyin olunub. Bu, biabırçılıqdır” - deyə millət vəkili vurğuladı.
O əlavə etdi ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər bir daha müzakirə olunmalıdır. Millət vəkilinin sözlərinə görə, Azərbaycan indiyədək qurum qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Yalnız “Alternativ xidmət haqqında” qanun qəbul edilməyib.
Siyavuş Novruzov: Referendum xalqımızın həmrəyliyini göstərdi
İclasda martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri ilə bağlı da çıxışlar oldu. “Müsavat” Deputat Qrupunu təmsil edən İkram İsrafil guya referendumda qanun pozuntularının olduğunu iddia etdi.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə vurğuladı ki, bəzi dairələr bu cür məlumatlar yaymaqla tam demokratik şəraitdə keçirilmiş referendumun nəticələrinə qara yaxmağa çalışırlar. Referendumun gedişi ilə bağlı beynəlxalq təşkilatlara həqiqətəuyğun olmayan məlumatlar ötürülür. Amma referendumun nəticələrini tanımayan siyasi partiyaların əlində qanun pozuntuları ilə bağlı heç bir fakt yoxdur. S.Novruzov dedi ki, hakimiyyət referendumla bağlı təbliğat-təşviqat kampaniyasını müxalifətdən yaxşı qurub. Belə ki, yalnız “Yeni Azərbaycan” Təşviqat qrupu kampaniya dövründə seçicilərlə 1500 görüş keçirib. Müxalifətin 2 təşəbbüs qrupu isə seçicilərlə cəmi 4 dəfə görüşüb. Bundan əlavə, referendumun gedişi ilə bağlı aydın təsəvvürə malik olmaq üçün geniş müşahidəçi qrupuna ehtiyac duyulur. Müxalifət isə referendumu cəmi 250 müşahidəçi ilə izləyib. Yəni müxalifətin müşahidəçiləri ölkədə mövcud olan seçki məntəqələrinin cəmi 5 faizini əhatə edə biliblər. “Referendumu müşahidə etmədən prosesin gedişi ilə bağlı hansısa bəyanat vermək qanuna ziddir” - deyə S.Novruzov vurğuladı.
Millət vəkili referendumu müşahidə edən müxalifət təmsilçilərinə qarşı təzyiqlərin olması barədə məlumatları da təkzib etdi. O qeyd etdi ki, referendumla bağlı qanun pozuntuları Mərkəzi Seçki Komissiyası və digər qurumlar tərəfindən araşdırılmalıdır. YAP icra katibinin müavini dedi ki, bu məsələlər bir kənara qoyulmalı, referendumdan irəli gələn məsələlərin həllinə başlanılmalıdır. Milli Məclis Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərlə əlaqədar bir neçə yeni qanun layihəsi və mövcud qanunlara əlavə və dəyişikliklər hazırlamalıdır. “Referendumun nəticələri göstərdi ki, xalqımız həmrəydir. Bu prosesdə, dövlətçiliyimizin gücləndirilməsi üçün hamı səfərbər oldu”, - deyə S.Novruzov vurğuladı.
Məsələyə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov qeyd etdi ki, referendum hər bir dövlətin, xalqın daxili məsələsidir. Buna baxmayaraq, Azərbaycan referendumun gedişini izləmək üçün beynəlxalq müşahidəçiləri də ölkəyə dəvət edib. Prosesi izləyən müşahidəçilərin hamısı, o cümlədən, AŞ PA-nın müşahidə missiyası prosesin tam demokratik keçdiyini və xalqın iradəsini əks etdirdiyini bildiriblər. “AŞ PA-nın müşahidəçiləri də hamının gözü qarşısında referendumla bağlı münasibətlərini açıqladılar. Mən başa düşmürəm ki, bəzi qüvvələr referendumu dönə-dönə yada salmaqla nəyə nail olmaq istəyirlər?”.
Qeyd edək ki, parlamentin dünənki iclasında bir sıra beynəlxalq sazişlər təsdiq olundu, Mülki Məcəlləyə dəyişikliklərin edilməsi, “Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi” haqqında qanun layihələri qəbul olundu.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

