“Gələn ildən pilot rayon seçiləcək və orada icbari tibbi sığorta tətbiq olunacaq”
06.10.2015 [10:12]
1999-cu ildə Milli Məclisdə “İcbari tibbi sığorta haqqında” Qanun qəbul olunub. 2007-ci ildə isə ona əlavə və dəyişikliklər edilib. Qanuna uyğun olaraq Prezidentin Sərəncamı ilə Dövlət İcbari Tibbi Sığorta Agentliyi yaradılıb.
Milli Məclisin komitə iclaslarında büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov artıq gələn ildən icbari tibbi sığortanın həyata keçiriləcəyini, bununla bağlı qurum yaradılacağını qeyd edib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev “Modern.az”a bildirib ki, indiyə kimi icbari tibbi sığortanın reallaşdırıla bilməməsinin səbəbləri çoxdur, əsas da obyektiv səbəblərdir. Onun sözlərinə görə, sistemin həyata keçirilə bilməsi üçün, demək olar, bütün maneələr aradan qaldırılıb: “Birinci növbədə, o səbəblər səhiyyə sisteminin yenidən qurulması ilə bağlı idi. Artıq yeni, modern səhiyyə sistemi qurulub, əmək bazarının formalaşması, sığorta sisteminin inkişafı ilə də bağlı problemlər həllini tapır. Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunmasına heç bir maneə yoxdur. Gələn ildən pilot rayon seçiləcək və orada icbari tibbi sığorta tətbiq olunacaq. Həmin rayonun ardınca bütün ölkədə tədricən icbari tibbi sığortaya keçiləcək. Bu, çox vacib məsələdir. Çünki yeni situasiya, neftin qiymətinin düşməsi, dünya bazarındakı maliyyə böhranı və bu prosesin daha da dərinləşəcəyinin gözlənilməsi bizi vadar edir ki, icbari tibbi sığortaya tez keçək”.
Deputat qeyd edib ki, icbari tibbi sığortaya keçid xidmətin keyfiyyətinin yaxşılaşmasına və israfçılığın qarşısını almağa kömək edəcək: “Hökumət də bu məsələ üzərində ciddi düşünür. Büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov da dedi ki, gələn ildən icbari tibbi sığortaya keçiləcək. Artıq gələn ildən bunun əyani tətbiqini görə biləcəyik”.
Xəbər lenti
Hamısına baxElm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22

