/ / Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin Antalyada üçtərəfli görüşü keçirilib
Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin Antalyada üçtərəfli görüşü keçirilib
29.08.2015 [11:06]
Avqustun 28-də Antalya şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Raşid Meredov arasında III üçtərəfli görüşü keçirilib.
Görüşdə hər üç ölkənin həyata keçirdiyi və müxtəlif sahələri əhatə edən layihələr, o cümlədən enerji, nəqliyyat, turizm və idman, regional əməkdaşlıq, ikitərəfli münasibətlər və digər maraq doğuran məsələlər müzakirə olunub.
Nazirlər görüşdə çıxış ediblər.
Son aylar Türkiyə Respublikasında törədilən terror aktlarını qətiyyətlə pisləyən nazir E.Məmmədyarov bildirib ki, Azərbaycan terrorizmlə mübarizədə qardaş Türkiyə dövlətinin yanındadır. Şəhidlərin doğmalarına başsağlığı verən nazir deyib ki, terror, ekstremizm və təcavüzkar separatçılıqla müşayiət olunan mövcud təhlükəli çağırışların qarşısının alınması, dövlətlərimizin müstəqilliyinin möhkəmləndirilməsi və regionda dinamik inkişaf üçün münbit şəraitin təmini naminə təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsini zərurətə çevirir.
Nazir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda sülhə, əmin-amanlığa ən böyük təhdid, o cümlədən regional əməkdaşlığın inkişafına da ciddi maneədir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20 faizi uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurası, o cümlədən digər beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı dörd qətnamə və qərarlar qəbul ediblər. Bu qətnamə və qərarlarda işğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın zəbt olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan buna məhəl qoymur. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və soyqırımı kimi insanlıq əleyhinə ağır cinayətlərlə müşayiət olunmuş işğalçılıq siyasəti onu bütün regional inkişaf proseslərindən kənarda qoyub.
Nazir Elmar Məmmədyarov Azərbaycanın yüksək geostrateji mövqeyə malik olduğunu diqqətə çatdıraraq deyib ki, ölkəmiz regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Bu da qarşılıqlı səmərəli əməkdaşlıq qurmaq üçün geniş imkanlar yaradır. Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə əsasını qoyduğu regional layihələri bu gün uğurla həyata keçirir. Bölgədə bir sıra mühüm layihələrin təşəbbüskarı olan Azərbaycan, TANAP və TAP layihələrini ehtiva edən “Cənub” qaz dəhlizi, habelə Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin həyata keçirilməsi ilə Avrasiya qitəsinin mühüm regionları arasında əlaqə yaradır.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, tərəflər üçtərəfli münasibətlərin inkişafına yüksək dəyər verir. Azərbaycan, Türkiyə və Türkmənistan regionda həyata keçirilən iqtisadi layihələrin mərkəzində dayanır. Üçtərəfli münasibətlərin sürətli yüksəlişi regional inkişaf üçün dəyərli töhfədir. Bütün sahələri əhatə edən əməkdaşlıq əlaqələri tərəflərin maraqlarını təmin edir.
Türkmənistanın xarici işlər naziri Raşid Meredov diqqətə çatdırıb ki, üç ölkənin 2014-cü ilin mayında və 2015-ci ilin yanvarında qəbul etdiyi Bakı və Aşqabad bəyannamələrinin qarşıya qoyduğu vəzifələr Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli əlaqələrin inkişafını sürətləndirib. Nazir qeyd edib ki, üçtərəfli görüşdə müzakirə olunan məsələlər, o cümlədən həyata keçirilən layihələr Azərbaycan, Türkiyə və Türkmənistanın dövlət başçılarının növbəti Zirvə görüşünə hazırlıq xarakteri daşıyır.
Sonra nazirlər üçtərəfli görüşdə Antalya Bəyanatını imzalayıblar. Bəyanatda deyilir ki, hər üç ölkə bundan əvvəl keçirilən üçtərəfli görüşlərdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə sadiqdir. Sənəddə vurğulanır ki, xarici işlər nazirləri səviyyəsində keçirilən sayca üçüncü görüş də ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişafına töhfə verəcək.
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın, Türkiyənin və Türkmənistanın rolunun vurğulandığı Bəyanatda bildirilir ki, xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Azərbaycanda keçiriləcək.
Daha sonra nazirlər mətbuat konfransı keçiriblər.
Növbəti üçtərəfli müzakirələrin səmərəli olduğunu diqqətə çatdıran nazirlər Azərbaycan, Türkiyə və Türkmənistan arasında mövcud əlaqələrin inkişaf dinamikasını, o cümlədən qarşılıqlı dəstəyi yüksək qiymətləndiriblər, qarşıda duran vəzifələrdən danışıblar.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

