/ / “Neurope.eu” saytında yayılan məqalədə Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniya kəskin tənqid edilir
“Neurope.eu” saytında yayılan məqalədə Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniya kəskin tənqid edilir
18.06.2015 [09:32]
“Neurope.eu” saytında yayılan “Avropa Oyunları: idman, yoxsa siyasət yarışı?” sərlövhəli məqalədə birinci Avropa Oyunları ərəfəsində Azərbaycanın üzləşdiyi haqsız təzyiqlər, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası kəskin tənqid edilir.
Məqalədə deyilir ki, Pan-Amerika, Asiya Oyunları kimi qitə miqyaslı idman yarışı artıq Avropaya da gəlib çatdı. Bu günlərdə Azərbaycanda birinci Avropa Oyunları keçirilir. Beynəlxalq ictimaiyyətin diqqəti həmin oyunlara və onun təşkilatçısı olan Azərbaycana yönəlib.
Amma bu diqqət birmənalı deyil. Oyunları bütün qitəni birləşdirən böyük idman bayramı kimi qəbul edənlərlə yanaşı, diqqəti tamam başqa istiqamətlərə yönəldənlər də tapılır. Ənənəvi qaydada idmanla heç bir əlaqəsi olmayan məqamlar - Azərbaycanın daxili məsələləri kəskin şəkildə qabardılır. İnsan hüquqlarının durumuna görə Azərbaycanı tənqid edən Qərb mediası heç problemin təfərrüatına varmaq istəmir və ardıcıl şəkildə eyni ittihamları təkrarlayır.
Azərbaycanın rəsmi şəxsləri dəfələrlə fakt və sübutlar ortaya qoyaraq öz prinsipial mövqelərini belə əsaslandırırlar ki, hər bir şəxs törətdiyi cinayət əməlinə görə qanun qarşısında cavab verməlidir və onun əqidəsi, siyasi baxışları və peşə fəaliyyəti qeyri-qanuni əmələ heç bir toxunulmazlıq zəmanəti verə bilməz. Əslində, elə Qərbin öz standartlarına görə, sivil cəmiyyətin əsas göstəricilərindən biri də qanun qarşısında hamının bərabərliyi prinsipidir. Məsələn, 2011-ci ildə Böyük Britaniyada həbs olunan jurnalist Cimmi Savilin adı pedofiliyada hallananda heç bir yerli media orqanı bunu söz azadlığının məhdudlaşdırılması və ya jurnalistə təzyiq kimi dəyərləndirmədi. Söhbət Azərbaycana gəldikdə isə yanaşma və şərh tamam başqa xarakter alır, xüsusilə də Bakıda keçirilən hansısa genişmiqyaslı tədbirlər ərəfəsində. Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı ayrı-ayrı Qərb mətbuatında yazılan “ifşaedici” məqalələr ölkənin əhalisi tərəfindən təbii olaraq narazılıqla qarşılandı. Artıq Qərb mediası və təşkilatlarının hansısa irimiqyaslı tədbir ərəfəsində təşkilatçı ölkələrə qarşı kampaniyası o qədər açıq və əcaib forma alıb ki, bunu həmin kampaniyada iştirak etməyən xarici jurnalist dairələri də aydın şəkildə hiss etməyə başlayıblar. Məsələn, İspaniyanın larepublica.es saytı yazır ki, Çin Olimpiadası zamanı, eləcə də Rusiyada keçirilən oyunlar vaxtı bu ölkələrə göstərilən təzyiqlər hamının yadındadır. Təəssüf ki, bəzi ölkələr öz siyasi maraqları naminə bu cür idman yarışlarından ev sahibi dövlətlərə qarşı istifadə edirlər. Azərbaycan uzun illərdir ki, qonşu Ermənistanla münaqişədədir. XX əsrin sonlarında isə ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisinin 20 faizini Ermənistan işğal edib. Avropa Oyunlarının keçirilməsi, təbii ki, Azərbaycanın müsbət imicini yaradır və bu, münaqişənin digər tərəfi olan Ermənistan tərəfindən heç də xoş qarşılanmır. Əgər Azərbaycanda vəziyyət həqiqətən də bu cür acınacaqlı olsaydı, Avropanın rəsmi qurumları indiyədək mütləq bu ölkəyə eyni təzyiqləri göstərərdilər.
Azərbaycan rəsmilərinin dəfələrlə bildirdikləri kimi, ölkəyə qarşı qərəzli fikirlər səsləndirən və “insan haqlarının müdafiəçiləri” qismində çıxış edən qurumlar Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ev-eşiyindən didərgin düşmüş bir milyondan artıq azərbaycanlının hüququndan ümumiyyətlə danışmırlar. Ona görə də azərbaycanlıların əksəriyyəti bu cür faktı “görməyən və eşitməyən” media qurumlarının hazırkı mövqeyinin Ermənistanın mövqeyi ilə üst-üstə düşdüyünü hesab edir. Axı, Azərbaycanın pis imicdə təqdim olunması və qaçqın və məcburi köçkünlərin diqqətdən kənarda qalması ilk növbədə rəsmi Yerevanın maraqlarına cavab verir! Odur ki, Azərbaycan hakimiyyəti ölkə ictimaiyyətinin həm bu qərəzli kampaniyaya yanaşmada, həm də ölkədaxili ictimai-siyasi proseslərin gedişində iqtidarı tam dəstəklədiyinə əmindir. Sübut üçün uzağa getmək lazım deyil - “Milli şura” adı altında birləşmiş müxalifət partiyalarının hakimiyyətlə razılaşdırılmış mitinqlərinə çox az sayda insanın qatılması da müxalifətin özünə tərəfdar toplamaqda nə qədər çətinlik çəkdiyini göstərir.
Lakin dünya mediasinda Azərbaycanda keçirilən Avropa Oyunlarına obyektiv və sırf idman nöqteyi-nəzərindən yanaşanlar da az deyil. İdman bayramını bayağı kampaniya ilə gözdən salmağa çalışanlardan fərqli olaraq, obyektiv və peşəkar müşahidəçilər reallığı yaxşı görür. Xarici müşahidəçilərin apardığı monitorinqlər göstərir ki, Azərbaycanda çoxlu sayda müstəqil media orqanları var ki, hakimiyyətlə bağlı cəsarətli materiallar verir, iqtidarın ünvanına sərt ittihamlar səsləndirir, hətta təhqirlərə də yol verirlər. Bunun müqabilində nə həmin qəzetlər bağlanır, nə də jurnalistlər həbs edilir. Elə isə, bu isterika, eyni tezislər əsasında yazılan və yayılan yalançı ittihamlar, bəzi KİV-lərin və təşkilatların qaldırdığı şivən nə deməkdir? Axı, Azərbaycan siyasi forum, zirvə görüşü və ya sammit deyil, idman yarışı keçirir! Azərbaycan bütün Avropaya bir idman bayramı yaşatmaq istəyir. Cavabında isə qısqanclıq və qərəzlə “mükafanlandırılır”.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əminliklə bildirir ki, bəzi qurumların və media orqanlarının apardığı bu kampaniya müstəqil siyasət yürüdən və kimlərinsə iradəsinə baş əyməyən dövlətlərə qarşı bir təzyiq vasitəsidir. Amma bu kampaniyanın arxasında duranlar Azərbaycanı öz müstəqil siyasətindən döndərməyə müvəffəq olmayacaqlar.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

