QKDK və “ADA” Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
23.02.2015 [10:37]
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə “ADA” Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Komitədən AzərTAc-a bildirilib ki, imzalanma mərasimini giriş sözü ilə açan xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, universitetin təhsil proqramlarında nəzəriyyə və praktikanın birlikdə tətbiq edilməsinə üstünlük verilir. Bu baxımdan, “ADA” Universitetinin Biznes Məktəbi ölkənin hökumət və özəl iqtisadi qurumları ilə əməkdaşlıq etməklə, onları tədris prosesinə cəlb edir, birgə elmi və təlim layihələri həyata keçirir. Hazırda dörd məktəb (fakültə) üzrə müxtəlif sahələrdə bakalavr və magistr ali dərəcələri verən universitet regional elm və təhsil ocağına çevrilməyi qarşısına məqsəd qoyub. Bunu tədris prosesində müasir bilik və texnologiyaların tətbiqi, yerli kadrlarla yanaşı xarici kadrların cəlb edilməsi və beynəlmiləl mühitin yaradılması nəticəsində əldə etmək olar. QKDK ilə əməkdaşlıqdan “ADA” Universitetinin tələbə və müəllim heyətinin faydalanacağına şübhə etməyən H.Paşayev, bununla bağlı öz məmnunluğunu bildirib.
Daha sonra QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına töhfə vermək, o cümlədən ictimaiyyətin qiymətli kağızlar bazarı barədə maarifləndirilməsi, bu bazarın inkişafına dair elmi tədqiqatların aparılması, ali təhsil müəssisələrində qiymətli kağızlar bazarına dair biliklərin tədrisi üçün “ADA” Universiteti ilə əməkdaşlığın qurulmasını yüksək qiymətləndirib.
Komitə sədri “ADA” Universiteti ilə maliyyə və qiymətli kağızlar bazarında elm və təhsil sahəsində əməkdaşlığın Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının məqsədlərinə tədbir iştirakçılarının diqqətini yönəldib. R.Aslanlı kapital bazarlarının tədrisi sahəsində QKDK-nın “ADA” Universiteti ilə əməkdaşlığının tələbələrin qiymətli kağızlar bazarı sahəsində yüksək bilik və hazırlığının formalaşdırılmasında mühüm əhəmiyyət daşıdığını deyib. O, komitənin nəzdində yaradılmış Kapital Bazarı üzrə Təlim Mərkəzi tərəfindən yerli qiymətli kağızlar bazarının spesifik xüsusiyyətlərini vurğulamaqla, kapital bazarlarına dair seminarların təşkil edilməsinin zəruriliyini qeyd edib.
Sonra QKDK ilə “ADA” Universiteti arasında müştərək layihələrin planlaşdırılması, elmi-praktik konfransların və seminarların təşkil edilməsini nəzərdə tutan birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

