/ / BMT-nin Baş katibinin xüsusi elçisi: Mənzil, su və iqlim siyasətlərini daha yaxşı uyğunlaşdırmalıyıq
BMT-nin Baş katibinin xüsusi elçisi: Mənzil, su və iqlim siyasətlərini daha yaxşı uyğunlaşdırmalıyıq
17.05.2026 [23:17]
Daşqınlar, quraqlıq və suyun çirklənməsi urban yaşayış məntəqələrini, xüsusilə də qeyri-rəsmi və aşağıgəlirli icmaları getdikcə daha çox təhdid edir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Baş katibinin su məsələləri üzrə xüsusi elçisi Retno Marsudi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Ekoloji cəhətdən dayanıqlı və davamlı şəhər inkişafı üçün mənzil" mövzusunda panel iclasda çıxışı zamanı deyib.
O bildirib ki, sosial-iqtisadi baxımdan suya həssas siyasətlər və şəhər gündəliyi ictimai sağlamlığın, inklüziv siyasətlərin gücləndirilməsinin və iqtisadi inkişafın təmin olunmasında əsas rol oynayır.
“Mən yalnız bir rəqəmi vurğulamaq istəyirəm ki, qlobal iqtisadiyyat 2050-ci ilə qədər ümumi daxili məhsulun 18 faizədək hissəsini itirə bilər və bu itkilərin böyük hissəsi şəhər ərazilərində baş verəcək. Beləliklə, burada əsas sual budur: Nə etməliyik? Cavab çox aydındır: Mənzil siyasəti artıq su siyasətindən ayrı hazırlana bilməz. Təklif etmək istədiyim üç prioritet var, onlar olduqca vacibdir. Birincisi, bütün səviyyələrdə mənzil, su və iqlim siyasətlərini daha yaxşı uyğunlaşdırmalıyıq. İkincisi, dayanıqlı şəhər infrastrukturuna və əsas xidmətlərə, xüsusilə su və sanitariya sahəsinə daha çox investisiya yatırmalıyıq. Üçüncüsü isə hökumətlər, şəhərlər, kommunal xidmət qurumları, inkişaf bankları, icmalar və özəl sektor arasında tərəfdaşlığı gücləndirməliyik. Su olmadan dayanıqlı mənzil yoxdur, inklüziv şəhər inkişafı olmadan isə dayanıqlı su sistemi mümkün deyil. Əgər biz onları ayrı-ayrılıqda planlaşdırmağa davam etsək, hər ikisində uğursuz olacağıq. Amma onları inteqrasiya etsək, iqlimədavamlı, dayanıqlı inkişaf və sosial bərabərlik üçün ən güclü imkanlardan birini açmış olarıq", - deyə Retno Marsudi vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

