Bəs ermənipərəst necə olur, Əfqan Muxtarlı?
27.11.2014 [09:46]
Bəlkə də, vaxtı ilə səhvən ermənilərə tərəf bir güllə atdığın üçün onlardan min dəfə üzr də istəmisən!
Ötən həftə Gürcüstanın Batumi şəhərində keçirilən Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramı Vətəndaş Cəmiyyəti Forumunun 6-cı illik toplantısında Azərbaycan nümayəndə heyətinin ermənilər üzərində qələbəsi radikal müxalifət düşərgəsinə necə od qoyubsa, düz bir həftədir ki, tüstüsü hələ də bacalarından əskilmir. Yağışdan sonra artan göbələklər kimi, hər gün birisi mətbuat səhifələrində peyda olur, öz səviyyəsinə uyğun cəfəngiyatlar uydurur. Təbii, bütün bunlar məqsədli şəkildə, özü də məhz ermənilərin və anti-Azərbaycan mövqeyində olan mərkəzlərin sifarişi ilə aparılır. Çünki Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət bu gün ölkəmizi nəinki Cənubi Qafqazın lider dövlətinə çevirib, eləcə də ölkəmiz bir sıra göstəriciləri ilə Şərqi Avropanın əksər dövlətlərini üstələyir. Bax erməniləri, eləcə də, bu işdə onlarla həmrəy olan “sapı özümüzdən olan baltalar”ı da narahat edən elə budur!
Batumi Forumu, orada Azərbaycan nümayəndə heyətinin ermənilər üzərində qələbəsi ötən günlər ərzində həm müxalifət mətbuatında, həm də digər müstəqil mətbu orqanlarında ətraflı işıqlandırıldığından, bu mövzunu artıq qapatmaq da olardı. Lakin radikal müxalifətin nəzarətində olan bəzi mətbuat orqanlarının hər gün yeni bir ermənipərəst ünsürü “kəşf” edərək, Forumda iştirak edən nümayəndə heyətimizin, eləcə də, Azərbaycan dövlətinin ünvanına hədyanlar yağdırması bu mövzuya yenidən qayıtmağımıza səbəb oldu. Danışdırmağa adam tapmadıqları üçün bu dəfə Əfqan Muxtarlı adlı “müharibə veteranı”nı tapıblar. O da fürsəti əldən verməyərək, Azərbaycan hakimiyyətinin ünvanına sərsəm fikirlərini söyləyib, deyib ki, guya, ona qarşı iqtidar qəzetlərində qərəzli kampaniya aparılır. Bununla da “Batumidə Azərbaycan hakimiyyətinin törətdiyi biabırçılığı arxa plana salmağa çalışırlar”. Soruşmaq istərdim, Əfqan Muxtarlı, hansı biabırçılıqdan söhbət gedir? O biabırçılıqdan ki, dostların - Xalid Bağırov, Arzu Abdullayeva, Leyla Əliyeva, Aytəkin Əsgərova, Şəhla İsmayıl, Fuad Həsənov, Əvəz Həsənov Forumda Azərbaycan nümayəndə heyəti üçün ayrılmış sektorda deyil, ermənilərlə eyni sektorda və yanaşı oturmuşdular? O biabırçılıqdan ki, Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizə qarşı təxribatın qarşısını almağa çalışarkən, olaya Forum rəhbərliyi tərəfindən rəsmi münasibət bildirilməyincə toplantıya qatılmayacaqlarına israr edərkən, sənin dostların - Arzu Abdullayeva və Şəhla İsmayıl tribunaya qalxaraq Forum iştirakçılarına işlərində uğurlar arzulayırdılar? Və beləliklə də nümayəndə heyətinin tələbinin Forumun İdarə Heyəti tərəfindən qulaq ardına vurulmasına şərait yaratdılar? Bəlkə, Ermənistandan olan milli koordinator Boris Navasardyanın çexiyalı “QHT-çi”lərə necə dəstək və istiqamət verməsindən danışaq? Vicdanın varsa, düzünü söylə, budurmu biabırçılıq?! Yoxsa məramnaməsində yazıldığı kimi, əsas məqsədi Çexiyada itlərin və pişiklərin hüquqlarını müdafiə etmək olan “NESEHNUTİ” sosial-ekoloji hərəkatının “People in Need”lə birlikdə Azərbaycanda insan hüquqlarının pozulmasına dair “ifşaedici” sərgi hazırlaması? Doğrudur, Forumda biabırçılıq olacaqdı, amma olmadı! Nədən? Çünki Azərbaycan Milli Platforması tərəfindən Foruma seçilmiş nümayəndə heyəti üzvlərinin böyük əksəriyyəti sənin kimi “vətənpərvərlər” deyildilər. Məhz nümayəndə heyətimizin gərgin əməyi nəticəsində ermənilərin, siz ermənipərəst qüvvələrin, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlarına qısqanclıqla yanaşan antimilli ünsürlər və anti-Azərbaycan mərkəzlərinin arzusu ürəklərində qaldı. Gərək ki, anladınız söhbət nədən və hansı planlardan gedir! Sizlərin yeganə arzunuz o idi ki, bu Forumda Azərbaycanla bağlı tənqidi qərarlar qəbul olunsun. Nümayəndə heyətimizin mandatı dondurulsun. Yeni tərkib müəyyənləşənədək isə Azərbaycanı Forumda siz ermənipərəstlər təmsil edəsiniz. Bax əsl biabırçılıq bu olacaqdı! Sadəcə, anlamaq istəyirəm, siz ermənipərəstlər üçün Vətən, onun şərəfi, yaxud vicdan kəlmələri nəyi ifadə edir? Əfqan Muxtarlı, bəlkə, elə sən də ermənilərlə eyni layihədə iştirak etdiyin üçün 20 il bundan əvvəl həmkarlarının atalarına, yaxud özlərinə güllə atdığın üçün onlardan min dəfə üzr istəmisən?! İnanmıram ki, əks təqdirdə ermənilər bir kimsəni özlərinə belə yaxın buraxsınlar! Hər necə qəbul edirsiz, hər necə şərh edirsiz, edin! Bəli, Azərbaycan nümayəndə heyəti Batumidə ermənilər, eləcə də, onları dəstəkləyənlər üzərində böyük qələbə qazandı. Hələ bu qələbələrimizin sayı daha da artacaq. Gələn il Vətənimiz Azərbaycan tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək. Heç bilirsiz bu, nə deməkdir? Bununla ölkəmiz dünya Olimpiya hərəkatının tarixinə düşəcək. İllər ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, amma doğma Azərbaycanımızın adı tarixin yaddaşına köçəcək, daim xatırlanacaq. Bax buna dostlarımız sevinəcək, sizlər - ermənilər və onların havadarları isə kədərlənəcəkdir. Bunu unutma, Əfqan Muxtarlı!
Səlim BALAYEV,
Azərbaycan Milli
Platformasının üzvü
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44

