/ / YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14.10.2014 [10:10]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası (VKP) Siyasi Bürosunun üzvü, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan Əli Əhmədov bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq haqqında Memorandumun imzalandığını xatırladan Əli Əhmədov partiyaların həm ikitərəfli, həm də İCAPP çərçivəsində əməkdaşlıq etdiyini vurğulayıb. Onun sözlərinə görə, imzalanan Memorandum partiyalar arasında gələcək əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. “Ümid edirəm ki, sizin bu səfəriniz həm dövlətlərimiz, həm də partiyalarımız arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək” - deyə, YAP Sədrinin müavini vurğulayıb. Səmimi qəbul üçün minnətdarlığını bildirən Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anh ölkəmizə səfərindən məmnunluğunu bildirib və yüksək qonaqpərvərliyə görə təşəkkür edib. Azərbaycanda sürətli inkişafı müşahidə etdiklərini deyən qonaq ölkələrimiz, həmçinin, YAP-la VKP arasında əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib. Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu səfər tərəflər arasında gələcək əməkdaşlıq münasibətlərinin genişləndirilməsində mühüm rol oynayacaq. Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev və Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov iştirak ediblər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

