/ / “Ulu öndər Heydər Əliyev - qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin ali hərbi məktəbə, hərbi liseyə qəbul” mövzusunda konfrans keçirilib
“Ulu öndər Heydər Əliyev - qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin ali hərbi məktəbə, hərbi liseyə qəbul” mövzusunda konfrans keçirilib
03.05.2014 [10:11]
Mayın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Ulu öndər Heydər Əliyev - qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin ali hərbi məktəbə, hərbi liseyə qəbul” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin komitənin Heydər Əliyev guşəsindəki büstünün önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Müdafiə və Təhsil nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların İcra hakimiyyətlərinin başçıları, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbərliyi və Komitənin əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov konfransda çıxış edərək Ulu öndər Heydər Əliyevin hərbi vətənpərvərlik tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan, Ümummilli liderin hərbi sahənin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Əli Həsənov bildirib ki, Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra başqa sahələrdə olduğu kimi, ordu quruculuğu prosesində də dönüş baş verib. Azərbaycan Ordusunun maddi-texniki bazası gücləndirilib, döyüş hazırlığının səviyyəsi yüksəlib. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi, müasir silahlarla təchiz edilməsi prosesini daim diqqətdə saxlayıb, ölkədə milli müdafiə sənayesi kompleksi yaradılıb. Bu gün Azərbaycanın çox güclü, qüdrətli, ən müasir silahlarla təmin olunmuş ordusu var.
Əli Həsənov Azərbaycan tarixində həmişə yüksək rütbəli hərbi kadrların mövcud olmasından, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 1971-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmasının tarixindən danışıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, problemin tarixindən bəhs edən Əli Həsənov bildirib ki, bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır duruma düşüb, əhali ölkəni sürətlə tərk etməyə başlayıb, Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq regional layihələrdən kənarda qalıb.
Əli Həsənov gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyindən danışıb.
Konfransda təhsil naziri Mikayıl Cabbarov çıxış edərək Ulu öndər Heydər Əliyevin təhsil sahəsinin inkişafı istiqamətində gördüyü işlərdən, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyindən danışıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə gənclərin təhsili, ölkəmiz üçün yüksək ixtisaslı milli kadrların, o cümlədən hərbçi kadrların yetişdirilməsini bütövlükdə ölkə üçün prioritet istiqamət hesab edilib. Təhsil Nazirliyi tərəfindən 2013-2014-cü tədris ilindən etibarən tədris ilinin ilk dərs saatının vətənpərvərlik mövzusuna həsr edilməsi qərara alınıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə konfransda çıxış edərək Ulu öndər Heydər Əliyevin hərbi vətənpərvərlik tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan, Ümummilli liderin təhsil sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışıb. Dahi rəhbər Heydər Əliyevin gənclərin təhsilinə daim diqqət yetirdiyini deyən M.Abbaszadə, eyni zamanda, qaçqın və məcburi köçkün gənclərin ali məktəblərə, o cümlədən ali hərbi məktəblərə qəbulundan da bəhs edib.
Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ordu quruculuğundan, dahi rəhbərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti vətənpərvərlik nümunəsidir. Ulu öndər bütün həyatını xalqın tərəqqisinə, müstəqil Azərbaycan dövlətinin yaranmasına və formalaşmasına həsr edib.
Konfransda çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Ulu öndər Heydər Əliyevin hərbi vətənpərvərlik tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan, ordu quruculuğuna mühüm əhəmiyyət verməsindən, yüksək ixtisaslı hərbçi kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlamasından danışıb. Bildirilib ki, Ulu öndərin hakimiyyəti dövründə vətənpərvərlik tərbiyəsi yalnız ideologiyada deyil, həmçinin yüksək ixtisaslı hərbi kadrların hazırlanması işinin təşkilində də özünü göstərib. Müasir mütəşəkkil ordunu yaratmaq dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir.
Kəlbəcərdən olan məcburi köçkün, mayor, Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicisi Anar Əliyev, Xocalıdan olan məcburi köçkün, Kosalar kənd tam orta məktəbinin şagirdi Məhəmmədəli Quliyev və başqaları çıxış edərək gənclərin hərbi vətənpərvər ruhunda yetişməsinin vacibliyindən, Ulu öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açıblar.
Konfransa yekun vuran Əli Həsənov mövzunun əhəmiyyətindən danışıb, tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

