UNESCO-nun baş direktoru Azərbaycan müəllimlərinin XIV qurultayına təbrik məktubu göndərib
14.12.2013 [10:25]
UNESCO-nun baş direktoru İrina Bokova Bakıda keçiriləcək Azərbaycan müəllimlərinin XIV qurultayının iştirakçılarına təbrik məktubu göndərib.
Baş direktorun məktubunda keyfiyyətli təhsilin təşviqində və milli inkişaf məqsədlərinə nail olmaqda müəllimlərin mühüm rolu qeyd edilib.
Bildirilib ki, biz bütün qız və oğlanların məktəbə getmək qabiliyyətini təmin etməliyik, lakin bu kifayət deyildir. Onlar arzuladıqları həyatı sürmələri, cəmiyyətə tam həcmdə öz töhfələrini vermələri üçün bacarıq və biliklərə yiyələnməlidirlər. Bu baxımdan müəllimlərə böyük ehtiyac var. Fikir və dəyərlərin mübadiləsində, öyrənmək yollarını bölüşməkdə müəllimin mühüm rolu əvəzedilməzdir. Fransız filosofu Simona Veylin dediyi kimi, tədrisin ən mühüm hissəsi bilməyin nə olduğunu öyrətməkdir.
UNESCO-nun baş direktoru İrina Bokova diqqətə çatdırıb ki, müəllimlər qurmağa çalışdığımız daha ədalətli, əhatəli və davamlı cəmiyyətlərin mərkəzində olmaları səbəbindən biz onların tərəfində durmalıyıq. Bu, UNESCO-nun 2014-cü ilin yanvarından başlanacaq “Hamı üçün təhsil” kampaniyasına, maarifləndirmək və öyrənmək təşəbbüslərinə ünvanlanan əsas mesajdır.
İrina Bokova Azərbaycan müəllimlərinin XIV qurultayının da məhz belə əhval-ruhiyyədə keçiriləcəyinə əminliyini ifadə edib. O, Azərbaycan Respublikası Təhsil Nazirliyini informasiya-kommunikasiya texnologiyaları potensialına təsir edən vahid yanaşma vasitəsilə müəllimlərin statusu və təliminə, professional inkişafına verdiyi xüsusi diqqətə görə təbrik edib. Bildirib ki, UNESCO-nun bu sahədə müəllim səriştəsinin inkişafına yardım etməsindən məmnundur.
Baş direktor diqqətə çatdırıb ki, UNESCO Assosiativ Məktəblər Şəbəkəsi, universitet kafedraları vasitəsilə də müəllimləri dəstəkləyir. Bütün bu işlər, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməyi və işgüzarlığı nəticəsində UNESCO və Azərbaycan arasında yaranmış geniş tərəfdaşlığı əks etdirir.
Baş direktor sonda Azərbaycan müəllimlərinin XIV qurultayının bütün iştirakçılarına uğurlar arzulayıb və UNESCO-nun onlardan qarşıdakı illərdə mühüm nəticələr gözlədiyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51

