Yeni dünya nizamında Azərbaycan amili...
18.07.2025 [10:52]
Ölkəmiz qlobal əməkdaşlığı, sülhü və təhlükəsizliyi, bərabərhüquqlu əlaqələri dəstəkləyir
Bakını “günahlandırmağa çalışanlar” öz dosyelərinə baxsalar....
Qloballaşmanın hazırkı mərhələsi üçün xarakterik sayılan davranış tərzi birmənalı olaraq çoxtərəfli siyasi konturlaşmanı ehtiva edir. Başqa sözlə, son dövrlərdə mürəkkəbləşən və açıq qütbləşmənin yaşandığı dünyada siyasi məsafələşməni özünün milli maraqlarının ölçüsü ilə uzlaşdırmağı bacaran dövlətlər regional oyunçu statusu qazana bilir. Qeyd olunduğu kimi, fərqli maraqların çarpazlaşması o qədər dərinləşib ki, bütün dövlətlər və ya təşkilatlar tərəfindən qəbul edilmək olduqca çətin bir işə çevrilib. Qrup maraqlarının önə çıxdığı son dövrlərdə beynəlxalq münasibətlər sistemində uğurlu təmsilçilik müşkül hal alıb: bəzən iqtisadi baxışlar, bəzən siyasi situasiya, bəzən təhlükəsizlik amili, bəzən isə ikitərəfli münasibətlərdə ortaya çıxan ziddiyyətlər maraqların kəsişməsinə, üst-üstə düşməsinə imkan vermir, fikirləri haçalandırır. Beləliklə, qütbləşmə və ya daha konkretləşdirsək, fikir ayrılıqları kataklizmlərin formalaşması üçün zəmin yaradır.
Son 5 il ərzində siyasi proseslərin xüsusilə yüksək sürət qazanması diqqətdən yayınmır - öncədən də proqnozlaşdırıldığı kimi yeni dünya nizamının formalaşdırılması istiqamətində ardıcıl və qarşısıalınmaz bir proses başlayıb. İstər Qərb-Şərq, istər Şimal-Cənub, istərsə də yarımcəhətlər üzrə münasibətlər sistemi yenilənir, siyasi aspektlər özünün köhnə axarından çıxır, ticari-iqtisadi əlaqələr modeli müasir tranzaksiya formuluna əsasən müəyyənləşir, hətta ictimai həyatda yeni qlobal dəyərlər ortaya çıxır. Siyasi gözləntilər daha çox növbəti mərhələdə geostrateji şəkillənməni özündə əxz edir - diqqət yetirsək, yeni dünya nizamı adlanan mövhum mürəkkəb geosiyasi dalanlar üzərindən beynəlxalq münasibətlərə sirayət etməkdədir. Məhz belə bir siyasi mürəkkəbliyin içində Azərbaycanın yaratdığı fərqli mənzərə sözün əsl mənasında seçilir...
Qarşılıqlı faydalı əməkdaşlıq mühiti...
İlk olaraq qeyd edək ki, bütün dünya Azərbaycanın yaratdığı bu mənzərəni həm görür, həm ortada olan imkanlardan yararlanır, həm də dəyərləndirir. Qlobal məkanın gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq Azərbaycanın yeni beynəlxalq əlaqələr sisteminin humanizm, ədalət və beynəlxalq hüquq prinsipləri əsasında qurulması cəhdləri dəstəklənir. Çoxtərəfliliyin təşviqi, regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edən siyasi gündəm Azərbaycanın ətrafında böyük bir dostluq masası formalaşdırır. Bu isə Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin də coğrafi miqyasını genişləndirir - beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri Azərbaycanın illərdir yürütdüyü dürüst, beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan siyasətini təqdir edir.
Qısqanclıq, yoxsa....
Nədəndirsə, bu amil heç də hamının “ürəyindən” deyil. Məsələn, Bakının apardığı siyasətin uğurlarının kölgəsinin Cənubi Qafqaza yeni bir sima qazandıracağından çəkinənlər, bizə qarşı şər-böhtan kampaniyası aparmağa çalışır, özlərinin yaratmaq və ya görmək istədikləri “arqumentlər” çərçivəsində ittiham edirlər. Bakının Şərq ilə Qərb, xristian dünyası ilə İslam dünyası, Şimal ilə Cənub, bir sözlə, irqindən, dinindən və yerləşdiyi coğrafiyadan asılı olmayaraq ölkələr arasında vəhdət, dialoq niyyəti qısqanclıqla qarşılanır.
Adi bir misal: İranın bəzi dövlət adamları bu və ya digər şəkildə Azərbaycanın apardığı və qlobal sülhə, təhlükəsizliyə xidmət edən, özünün milli maraqları ilə uzlaşan, bərabərhüquqlu əməkdaşlığı əks etdirən, ən əsası isə beynəlxalq hüquqa söykənən siyasətini zaman-zaman “hədəfə” almağa cəhd göstərirlər. Yeri gəlmişkən, İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Pakistanın daxili işlər naziri Seyid Möhsün Nəqvi ilə görüşdə rəsmi Bakının xarici siyasətindən “gileylənib”. Bildirib ki, “Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti İslam dünyasının fikirlərinə zidd olan tədbirlər görür. Bunların arasında Colani (Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa) ilə sionist rejim (İsrail - red.) arasında vasitəçiliyi, habelə Fələstində cinayətlərin tüğyan etdiyi vaxtlarda İsrail xalqına neft ixracını qeyd etmək olar. Onlardan soruşa bilərsiniz ki, niyə müsəlmanların və İslam ölkələrinin fikrinə zidd olan bu tədbirlər görülür?”
Vilayəti Ermənistanı niyə və necə dəstəkləyirdi?
Vilayətinin bu iddialarının peşəkar siyasətçi təfəkkürünə uyğun gəlməməsi ilə yanaşı, bəzi məsələlərə yanaşma tərzi də “acı gülümsəmə” yaradır. Digər məsələlərə bir azdan aydınlıq gətirəcəyik - ilk olaraq, ona toxunaq ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycan torpaqlarını işğal edərkən Vlayəti İran İslam Respublikasının xarici işlər naziri postunu tuturdu (1981-1997). Həmin illərdə İranın Ermənistana verdiyi dəstək haqqında isə bütün faktlar bəllidir və buna xüsusi toxunmağa ehtiyac yoxdur. Bəs, nə üçün Azərbaycan torpaqlarını talan edən, Xocalı soyqırımını törədən, işğal altındakı bölgələrimizdəki məscidləri təhqir edən, oranı tövləyə çevirən Ermənistan İranın ən yaxın müttəfiq, dost ölkələrindən sayılırdı?
Başqa bir dəlil: bir neçə il öncə Livandakı “Hizbullah” radikal şiə təşkilatının qurucularından biri olan şeyx Tufeyli İranın Qarabağda baş verənlərə münasibəti haqda sensasion açıqlamalar vermişdi. Şeyx Tufeyli “Anadolu” agentliyinə müsahibəsində Ermənistanın 1990-cı illərdə Qarabağı işğal etdiyi zamanlarda İranda olduğunu bildirmiş və o zaman Tehrandakı siyasətçilərin və İran mətbuatının bu işğala dəstək verdiyini qeyd etmişdi. Şeyx Tufeyli müsahibəsində Ermənistanın baş nazirinin “İranın dəstəyi olmasaydı, 1990-cı ilin əvvəllərində Ermənistan ordusu məğlub olardı” sözlərini də xatırlatmışdı. “O vaxt (90-cı illərin əvvəllərində) İran xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışdım. “Sizlər nəyə görə xristian erməniləri bu məzlum müsəlmanlara qarşı dəstəkləyirsiniz” deyə soruşdum. Mənə verdiyi cavab hərfən bu cür oldu: Ermənistan Azərbaycan, Türkmənistan və digər türk cümhuriyyətləri ilə Türkiyə arasında bir əngəl təşkil edir. Dolayısıyla Ermənistana dəstək verərək gücləndirəcəyik ki, Türkiyənin önünü qapatmış olsun. O zaman Azərbaycan hələ yeni dövlət qururdu və orada İsrail adına heç nə yox idi”, - Şeyx Tufeyli deyib.
Bəli, Vilayətinin özünün dediyi ifadələrdir bunlar... İndi Azərbaycanın səmimi dostluq, əməkdaşlıq yaradılması istiqamətində addımlarını fərqli “rakurslarda”dəyərləndirən Vilayəti illər öncə Ermənistana yardımı özünün prioritetlərindən biri saymışdı...
Bakı qlobal problemlərin həlli ünvanıdır...
Bəli, danılmaz faktdır ki, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadi, siyasi və humanitar mərkəzi funksiyasını yerinə yetirməkdədir. Şübhəsiz ki, bunu təmin edən başlıca strateji faktorlardan biri ölkəmizə dünya dövlətlərinin inamı və etimadıdır. Xüsusilə də, praqmatik xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirib. Bölgəsinin təhlükəsizlik qarantı olan Azərbaycanın daxili və xarici siyasət kursunu, dünya siyasi arenasında yeri və rolunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsini xüsusi olaraq vurğulamaq lazımdır. Ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli, hətta bir-birinə zidd olan siyasi qütblərin müzakirə meydanına çevrilir, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə də, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.
Azərbaycanın çıxılmaz hesab edilən qlobal siyasi proseslərdəki rolu da olduqca vacib şərt kimi qeyd olunmalıdır: Təsadüfi deyil ki, NATO ilə Rusiya arasında danışıqlar məhz Bakıda reallaşdı. Təsadüfi deyildi ki, Suriya ilə İsrail arasında münasibətlərin normallaşması prosesinə biz vasitəçilik edirik. Ölkəmiz digər münaqişələrin də sülh və danışıqlar yolu ilə həllini dəstəkləyir və təşviq edir. Buna isə gücümüz, qətiyyətimiz çatır - dünya ölkələrinin etibarı və etimadı isə bunu reallaşdırır.
Sülhə, əməkdaşlığa hədəflənən siyasət...
Azərbaycanın Aİ ölkələrinin enerji təhlükəsizliyinin təminatında oynadığı rol, ABŞ ilə bərabərtərəfli və milli maraqlara əsaslanan münasibətlərə əsaslanma, Çin ilə mövcud əlaqələrin daha da böyüdülməsi, strateji tərəfdaşlıq müstəvisinin formalaşdırılmasına yönəlik xətt, İsrail ilə dostluğun davam etdirilməsi, Qlobal Cənubun maraqlarını müdafiəsi, Körfəz ölkələrinin yaxın və perspektivli tərəfdaşına çevrilməsi, Afrikanın inkişafına dəstəyi qlobal imkanların artırılması üçün hədəflənən konturlarıdır. Eyni zamanda, Türkiyə ilə müttəfiqliyin daha da möhkəmləndirilməsinə, Mərkəzi Asiyanın Qərbə çıxışı üçün pəncərə rolunun oynanılmasına, ərəb dünyasının istər yerləşdiyimiz region, istərsə də Türk dünyası ilə inteqrasiyasını daha da gücləndirilməsi və ən nəhayət Cənubi Qafqazın beynəlxalq münasibətlər sistemində yerinin formalaşdırılmasına yönəlik addımlarımız müsbət tendensiya yaradır - artıq əlaqələr bu və ya digər şəkildə vahid müstəvidə inkişaf etmir, tam əksinə əlaqələr çoxtərəfli, şaxələndirilmiş və genişləndirilmiş şəkildə sürət qazanır. Transxəzər imkanları Azərbaycanın timsalında Cənubi Qafqaz - Mərkəzi Asiya vahid geosiyasi məkan anlayışı formalaşdırıb. Türkiyə vasitəsilə həm Şərqə, həm də Qərbə inteqrasiya imkanları genişlənib ki, bu da iqtisadi maraqların uzlaşmasını şərtləndirməklə yanaşı, gələcək münasibətlərin çərçivəsini daha da genişləndirir. Azərbaycanın yaratdığı iqtsadi-siyasi reallıqlar regionları bir-biri ilə yaxınlaşdırmaqla kifayətlənmir, artıq vahid mədəni-iqtisadi məkana çevirir. Çoxşaxəli əlaqələr fərqli maraqlar, o cümlədən mədəni-humanitar maraqlar üzərindən uzlaşdırılır. Bu isə Bakının dünya siyasi arenasındakı fəal, danılmaz yerini müəyyənləşdirir.
Beynəlxalq aləmin aparıcı və fəal üzvü....
Azərbaycan bu gün üzv olduğu siyasi təşkilatlarda, iqtisadi birliklərdə fəallığı ilə daim seçilir. Son 20 illik yolda BMT TŞ-ya sədrlik, Qoşulmama Hərəkatına rəhbərlik kimi çətin və məsuliyyətli vəzifələrin öhdəsindən gələn rəsmi Bakı özünün ədalətə əsaslanan, beynəlxalq hüquqa söykənən möqeyi ilə şöhrət qazanıb. Qlobal pandemiya dövründə davranışları, kolonializmdən əziyyət çəkən ölkələrə yardımları, qlobal iqlim dəyişikliyindən əziyyət çəkən dövlətlərin hüquqlarının müdafiəsi kimi mühüm fəaliyyət spektrləri Azərbaycanın beynəlxalq aləmdəki yerini müəyyənləşdirib. Bu, Bakının əhəmiyyətini, əməkdaşlıq üçün tam etimad edilən dövlət kimi qəbul olunduğunu göstərir. Müasir çağırışlar çoxtərəfliliyi təbliğ edir - xüsusilə, ticari-iqtisadi münasibətlərin diversifikasiya edilməsi ölkələrarası əlaqələrə rəngarənglik qatır. Azərbaycanın bütün qlobal mühit üçün alternativ enerji və nəqliyyat marşrutu kimi strateji əhəmiyyətinin artması faktoloji haldır - xüsusilə, Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri və Zəngəzur dəhlizi kimi təşəbbüslər bu kimi məqamlarda ön plana çəkilir. Paralel olaraq təhlükəsizlik amili yeni dövrün əsas komponentlərindən biri kimi çıxış edir. Azərbaycanın siyasi praqmatizmə əsaslanan mövqeyi və regional sülh təşəbbüsləri iştirakçı ölkələr tərəfindən bütün mənalarda təqdir edilir. Bu isə Azərbaycanın regionda sülh və inkişafın əsas mənbəyi olmasını daha da qətiləşdirir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
