Qəbələ Beynəlxalq musiqi festivalı dünyaya səs saldı...
27.08.2009 [01:05]
Heydər Əliyev Fondunun dəstəyi ilə avqustun 13-dən 23-dək Azərbaycanın ən gözəl guşələrindən birində - Qəbələdə Beynəlxalq musiqi festivalı və pianoçuların beynəlxalq müsabiqəsi keçirildi. Azərbaycan sənətçiləri ilə yanaşı, dünyanın 15 ölkəsindən - ABŞ, Fransa, İtaliya, İspaniya, Rusiya, Kanada, Yaponiya, çin, Xorvatiya, Polşa, Bolqarıstan, Meksika, Kuba, Koreya və Ukraynadan gəlmiş tanınmış musiqiçilərin iştirak etdiyi festival Cənubi Qafqazın ən gözəl istirahət mərkəzlərindən birində - “Qafqaz Resort” otelinin həyətində açıq havada, təbiətin qoynunda təşkil olunmuşdu. Festival nəinki ölkəmizin mədəni həyatında hadisəyə çevrildi, hətta onun sədası qonşu dövlətlərdən-Türkiyə, Gürcüstan, Rusiya, eləcə də, əksər Avropa ölkələrindən gəldi. Belə ki, dünyanın bir sıra aparıcı telekanalları operativ şəkildə Qəbələ musiqi festivalından xüsusi reportajlar hazırladılar, festivalın gündəliyini işıqlandırdılar. Festivalın Təşkilat Komitəsinin üzvü, dünyanın məşhur violonçel ifaçılarından biri, tanınmış dirijor Dmitri Yablonski qəzetimizə müsahibəsində Qəbələdə baş tutan musiqi bayramı haqda öz təəssüratlarını bölüşüb:
- Belə böyük miqyaslı musiqi festivalları heç də birdən-birə meydana gəlmir. Bu cür tədbirlərin keçirilməsi ağır zəhmət, gərgin iş və çoxlu vaxt tələb edir. Əgər sirr deyilsə, Qəbələ Beynəlxalq musiqi festivalının keçirilməsi ideyası nə vaxt yarandı və bu ideyanın mənbəyi haradan qaynaqlanır?
- öncə Qəbələ Beynəlxalq musiqi festivalının keçirilməsinə verdiyi böyük dəstəyə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz minnətdarlığımı bildirmək istəyirəm.
Onu da deyim ki, Azərbaycanın zəngin musiqi mədəniyyəti həmişə diqqətimi çəkmişdi. Doğrudur, görkəmli bəstəkarlardan Qara Qarayev, Fikrət Əmirov və başqalarını tanıyırdım, amma onların yaradıcılığı ilə belə dərindən tanış deyildim.
O ki qaldı verdiyiniz sualın cavabına, bu ideya 2007-ci ildə yaranıb. Həmin ilin mayında konsert vermək məqsədi ilə Azərbaycana gəlmişdim. Səfər çərçivəsində Bakı və Gəncə şəhərlərində konsertlərimiz oldu.
Burada mən dünyaşöhrətli Azərbaycan musiqiçisi Fərhad Bədəlbəyli ilə tanış oldum. Görüşümüz zamanı Fərhad müəllim mənə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət partituralar verdi. Belə gözəl əsərləri təbliğ etməmək, bir musiqiçi kimi, mənim üçün günah olardı. Odur ki, Rusiyaya qayıdan kimi Moskva kamera orkestrinin ifasında Qara Qarayevin simfonik orkestr üçün yazdığı 3-cü simfoniya, “Leyli və Məcnun” və “Don Kixot” əsərlərindən ibarət disk hazırladım. Bu əsərlər nəinki Rusiya paytaxtında, eləcə də, dünyanın əksər ölkələrində böyük dinləyici auditoriyası qazandı. Hazırda mən Fikrət Əmirovun əsərlərindən ibarət disk üzərində çalışıram və bu toplu da yaxın vaxtlarda musiqisevərlərin ixtiyarına veriləcək.
Fərhad Bədəlbəyli ilə olan söhbətimizdə Azərbaycanın regionlarından birində möhtəşəm musiqi festivalının keçirilməsi fikri ətrafında müzakirələr apardıq. Planımıza görə, bu, ilk belə tədbir olacaqdı. İndiyədək Azərbaycanın rayonlarında bu qəbildən olan böyük həcmli tədbir keçirilməmişdi. İdeyamız, Azərbaycan mədəniyyətinin dünyada təbliğində əvəzsiz rolu olan Heydər Əliyev Fondu tərəfindən dəstəkləndi. Qərara alındı ki, festival Azərbaycanın dilbər guşələrindən birində - Qəbələdə keçirilsin. Nə üçün Qəbələdə? Dünyada analoji musiqi festivalları çoxdur. Məsələn, İsveçrə, İtaliya, İspaniya və Fransada nəinki yaz-yay aylarında, hətta qış mövsümündə belə təbiətin qoynunda musiqi festivalları təşkil olunur. Musiqiçilər, eyni zamanda, həm çalışır, həm də istirahət edirlər, elə turistlər də belə festivallardan böyük zövq alırlar. Qəbələdə isə belə möhtəşəm tədbirin keçirilməsi üçün hər bir şərait - füsunkar təbiət, lazımi infrastruktur, komfortlu otellər, ən əsası, musiqini duya və qiymətləndirə bilən insanlar var.
Festivalın Təşkilat Komitəsi yaradıldı və biz hazırlıq işlərinə başladıq. Bu işdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bizə lazımi köməkliklər göstərildi. Beləliklə, biz Qəbələdə üç möhtəşəm tədbirin bir yerdə keçirilməsinə nail olduq. Bunlar Beynəlxalq musiqi festivalı, fortepiano ifaçılarının müsabiqəsi və gənc ifaçılar üçün ustad dərsləri idi. Bundan əlavə, festivalın rəngarəng olması üçün ayrıca caz və muğam konsertlərini də təşkil etdik.
- Amma, təbiət də öz şıltaqlığını sizdən əsirgəmədi...
- Doğrudur, bu, festivalın sonunda oldu. Muğam gecəsində yağış yağmağa başladı. İnanın ki, tamaşaçılardan heç kim gecəni tərk etmədi. Sağ olsun, otelin rəhbərliyi cəld tərpənərək, tamaşaçılara yağışdan qorunmaq üçün çətirlər payladılar. Təsəvvür edin, Azərbaycan dilini bilməyənlər belə, xalq artistləri Aygün Bayramova və Mənsum İbrahimovun ifasında səslənən muğamların sehrinə düşmüşdülər, yağış altında bu zəngin musiqidən zövq alırdılar, onu qəlbləri, ruhları ilə hiss edirdilər. Yaxşı ki, yağış tez kəsdi və muğam gecəmiz öz axarı ilə davam etdi.
Artıq hər şey arxada qalıb. Qısa olaraq onu deyə bilərəm ki, bütün festival iştirakçıları Qəbələdəki musiqi bayramından çox böyük zövq aldılar.
- Diqqət çəkən məqamlardan biri də festivalın konsertlərini İsrailin Ranaana orkestrinin müşayiət etməsi idi...
- Bunun başqa bir səbəbi yoxdur. Sadəcə, mən hər il İsraildə turnedə oluram və həmin orkestrlə birgə konsertlərim olur. Artıq onların ifasına alışmışam. Digər tərəfdən isə, Azərbaycan və İsrail dost ölkələrdir. Burada çoxlu yəhudilər yaşayır. İsraildə on minlərlə Azərbaycandan köçmüş alilələr yaşamaqdadır. Biz də bu dostluq və qardaşlığın vəhdətini yaratmağa çalışdıq. Əgər tarixə qayıtsaq, mənim də nəslimin bir tərəfi Bakı yəhudilərinə gedib çıxır. Atamın əmisi Boris Zayon ötən əsrin 50-60-cı illərində Azərbaycanın məşhur futbol hakimlərindən biri olub. Qohumlarımın bir çoxu hazırda İsraildə yaşasalar da, əslən bakılıdırlar.
- Demək, müəyyən mənada özünüzü Azərbaycana bağlı hiss edirsiniz. Bəlkə Azərbaycan vətəndaşlığını qəbul etmək istəyiniz barədə söz-söhbətlər də elə buradan qaynaqlanır?
- Mən bu niyyətimi heç gizlətmirəm də. Belə zəngin mədəniyyəti, möhtəşəm musiqi irsi, qədim tarixi keçmişi, gülərüz, gözəl və səmimi insanları olan bir ölkənin vətəndaşlığını niyə də qəbul etməyim? Festivala hazırlıq, demək olar ki, bir il boyunca davam etdi. Dünya ölkələrindən ifaçıları seçib buraya dəvət etmək, onlarla daim əlaqə saxlamaq lazım olurdu. Bu, çox ciddi və məsuliyyətli bir işdir. ötən bir il müddətində tez-tez Azərbaycana gəlir, həftələrlə burada qalırdım. Bakı, demək olar ki, get-gedə mənim üçün doğma bir şəhərə çevrilirdi. Sonra buna alışdım və indi burada özümü heç də yad kimi hiss etmirəm. O ki qaldı məsələnin ikinci tərəfinə, Azərbaycan vətəndaşlığını qəbul etməyə, bu, mənim üçün şərəfdir. Bu məqsədlə əlaqədar orqanlara müraciətim olub. Burada qalıb çalışmaq, Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına öz töhfəmi vermək istəyirəm.
- Başqa sözlə, Qəbələ Beynəlxalq musiqi festivalını ənənəyə çevirmək niyyətindəsiniz?
- Əlbəttə. Festivalı keçirməklə, artıq bu sahədə müəyyən təcrübə qazanmış olduq. Əminəm ki, festival iştirakçıları öz ölkələrində Azərbaycanda gördüklərini - ölkənin iqtisadi inkişafı, malik olduğu zəngin musiqi mədəniyyəti, milli adət-ənənələri və mətbəx nümunələri barədə öz həmkarlarına, dostlarına və yoldaşlarına danışacaqlar. Onlarda Azərbaycana olan maraq artacaq. Bu isə öz növbəsində qarşıdakı illərdə təşkil edəcəyimiz festivallara qatılmaq istəyənlərin sayına müsbət təsir edəcək.
Əminəm ki, Qəbələ Beynəlxalq musiqi festivalı dünyanın mədəniyyət hadisələri sırasında öz layiqli yerini tapacaq. Biz bu istiqamətdə ilk addımlarımızı atdıq və inanıram ki, bunun davamı gələcək.
Digər tərəfdən, Qəbələ Beynəlxalq musiqi festivalı görün bizə nə qədər istedadlı ifaçıları tanıtdırdı. Onların arasında Azərbaycandan olan xeyli sayda ifaçılar var idi. Elə götürək gənc pianoçuların müsabiqəsini. Toğrul Hüseynlinin müsabiqədə 4-cü yerə çıxması yaxın gələcəkdə bu gəncin dünya ifaçılıq sənəti üçün böyük perspektivlər vəd etdiyini göstərir. Bizim məqsədimiz də elə bu idi.
- Bəs Azərbaycanda çalışmağınız sizin yaradıcılığınızda necə öz əksini tapacaq?
- Bir qədər əvvəl də qeyd etdim. Azərbaycan musiqisi ilə müəyyən mənada tanışam. Simfonik əsərləri qoyuram bir kənara, onları ifa etmək heç də problem deyil. Amma muğamlar haqda bunu demək asan deyil. Doğrudur, dili başa düşməsəm də, muğamın ürəkləri riqqətə gətirən sədasına, ondakı həzinlik, şuxluq və fəlsəfəyə biganə deyiləm. Heydər Əliyev Fondunun dəstəyi ilə bu ilin əvvəlində Bakıda təşkil olunan Beynəlxalq muğam festivalında iştirak edə bilməməyimə təəssüflənirəm. O ərəfədə başqa konsert turnesində iştirak etdiyim üçün Bakıya gələ bilmədim, festivalı yalnız televiziya reportajlarından izləyə bildim. Digər tərəfdən, Azərbaycan bəstəkarlarının simfonik muğamlarından, caz-muğam sintez musiqilərindən xəbərim var. Gələcəkdə həmin əsərlərə müraciət etməyi planlaşdırıram. Bildiyiniz kimi, mən violonçel ifaçısıyam. Əgər bəstəkarlar etiraz etməzsə, Azərbaycan muğamlarını violonçelin müşayiəti ilə orkestr üçün yeni variantlarda hazırlamaq mümkündür. Düzü, bu haqda danışmaq hələ tezdir. Təşkilat Komitəsinin üzvü kimi Fərhad müəllimlə birlikdə festivala hazırlığa müəyyən enerji sərf etdiyimizdən bir qədər dincəlməyimiz lazımdır. Bəzən elə olurdu ki, gün ərzində iki-üç saat yata bilirdik. Tədbirin bütün yükünü, məsuliyyətini daşıdığımızdan, bir qədər yorulmuşuq. Amma bu, cismani yorğunluqdur, mənəvi olaraq biz bu festivalın təşkilindən böyük zövq aldıq. Sağlıq olsun, qısa zaman fasiləsindən sonra yeni yaradıcılıq planlarımızı, eləcə də, yeni-yeni birgə layihələrimizin müzakirəsini davam etdirəcəyik. Bu günlərdə Moskvaya qayıdacağam. Mənə Rusiyanın incəsənət akademiki fəxri adı verilib. çox keçməz elə bu yeni titulla da Bakıda fəaliyyətimi davam etdirərəm.
- Elə isə yaradıcılıq işlərində Sizə uğurlar azrulayırıq.
- Diqqətiniz üçün Sizə də təşəkkür edirəm.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

