Azərbaycan muğamı...
27.12.2023 [10:45]
Mədəniyyətimizin şah əsəri!
BMM-nin fəaliyyətə başlamasından 15 il ötür
Yeganə BAYRAMOVA
Hər bir xalqın formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Mədəniyyət insanın öz fəaliyyəti prosesində nail olduğu dəyərlər toplusudur. Məhz bu dəyərlər nəsildən-nəsilə ötürülərək daha da inkişaf etdirilir. Tarix sübut edib ki, yüksək mədəniyyətə malik xalq müasir aləmin yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Ona görə də mədəniyyətin təbliği, inkişaf etdirilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi çox vacibdir.
Bu gün Beynəlxalq Muğam Mərkəzinin (BMM) fəaliyyətə başlamasından 15 il ötür. 2008-ci il dekabrın 27-də Bakıda, dənizkənarı Milli parkda qədim musiqi alətimiz olan tarın quruluşunda, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin (BMM) açılışı baş tutdu. Həmin gün Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mərkəzin açılışını bildirən lenti kəsdilər.
Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından BMM-nin müstəsna xidmətləri var. 15 il ərzində görülən işlər, reallaşdırılan layihələrdən mədəniyyətimizin inkişafı və dünyada tanınmasında mühüm əhəmiyyətə malikdir. 15 il öncə Mərkəzin açılışında iştirak edən Prezident İlham Əliyev demişdi: “Bu bina Azərbaycan xalqına xidmət edəcək. Bu binada gözəl tədbirlər keçiriləcək, gözəl konsertlər, muğam gecələri baş tutacaq. Muğam bizim milli sərvətimizdir, çox böyük dəyərimizdir. Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşadıb və bu gün çox vacibdir ki, bu gözəl sənət Azərbaycan xalqının milli dəyəri olan muğam nəsildən-nəslə keçir”.
Azərbaycan muğamının müasir tarixində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir. Bu gün muğamımız bütün dünyada maraqla qəbul olunur və sevilir. Demək olar ki, Heydər Əliyev Fondu yaranandan muğamımızın yeni inkişaf dövrü başlayıb. 2005-ci ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən muğam televiziya müsabiqələrinə start verilib. Bunun nəticəsində onlarla gənc muğam ifaçısı yetişib, artıq onlardan bir çoxunun fəxri adları var. Operada, ana televiziyamızda çalışır, ustadlarla bərabər Azərbaycan muğamını bütün dünyada təbliğ edirlər. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beynəlxalq Muğam Festivalı keçirilir. Bundan başqa, “Qarabağ xanəndələri” Muğam toplusu çap olunub. UNESCO xətti ilə hazırlanmış bu alboma belə bir adın seçilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyindən irəli gəlib. Eyni zamanda, Azərbaycan muğamının Avropada, Qərb ölkələrində təbliği ilə bağlı çox böyük işlər görülüb. Məlumdur ki, Müzəffər Ordumuz 44 gün ərzində Qarabağda bir tarix yazdı. Qələbəmizdən 6 ay sonra Heydər Əliyev Fondu tərəfindən Şuşada möhtəşəm “Xarıbülbül” Festivalı keçirildi. Bununla da dünyaya mesaj verildi ki, torpağın sahibləri qayıdıb, artıq Şuşamızda, Qarabağımızda Azərbaycan muğamı daim səslənəcək!
Sevindirici haldır ki, tez-tez Beynəlxalq Muğam Mərkəzində korifey sənətkarlarımızın yubileylərini keçirir, gənc ifaçıların konsertlərini dinləyirik. Bizə qürur verən bu işlər muğam irsimizin əbədiyaşarlığını bir daha təsdiqləyir. Beynəlxalq Muğam Mərkəzi istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə, inkişafına öz töhfəsini verməkdədir...
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

