TÜRKSOY Türkiyədə teatr mütəxəssisləri hazırlayan azərbaycanlı müəllimləri mükafatlandırıb
21.10.2022 [10:34]
Türkiyədə Konya Səlcuq Universiteti Dilek Sabancı Dövlət Konservatoriyasının aktyorluq şöbəsinin azərbaycanlı qurucuları, professor Fuad Hacıyev və professor Zəminə Hacıyeva Beynəlxalq Türk Mədəniyyati Təşkilatı (TÜRKSOY) tərəfindən Haldun Taner medalı ilə mükafatlandırılıb.
Fuad Hacıyev və Zəminə Hacıyevanın doğumunun 80 illiyi və konservatoriyadakı fəaliyyətlərinin 30 illiyinə həsr olunan tədbir Konyada keçirilib.
Tədbirə Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-daki təmsilçisi Elçin Qafarlı, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov, Səlcuq Universitetinin Dilek Sabancı Dövlət Konservatoriyasının rəhbəri professor Oğuz Karakaya, universitetin və konservatoriyanın müxtəlif bölmələrinin müəllimləri, Fuad Hacıyev və Zəminə Hacıyanın yetişdirdikləri məzunlar, aspirantlar, tələbələr iştirak ediblər.
Mərasimdə açılış nitqi ilə çıxış edən Oğuz Karakaya Konservatoriyanın Səhnə Sənətləri bölməsinin təməlinin qoyulmasında və 30 il Türkiyədə teatr sənəti üçün önəmli kadrlar yetişdirilməsində xidmətləri olan Fuad və Zəminə Hacıyevlərin fəaliyyətindən danışıb və bildirib ki, Türkiyənin müxtəlif əyalətlərində bir çox dövlət və şəhər teatrlarında çalışan teatr rəhbərləri, rejissorlar və aktyorlar bu iki dəyərli akademikin məzunlarıdır.
Mərasimdə çıxış edən Elçin Qafarlı TÜRKSOY-un Baş katibi Sultan Rayevin salamlarını çatdıraraq Fuad Hacıyev və Zəminə Hacıyevanın Azərbaycanın mədəniyyət ictimaiyyətində kifayət qədər tanındıqlarını və uzun illər Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində çalışdıqlarını vurğulayıb. Elçin Qafarlı bildirib ki, 30 il Türkiyədə türk mədəniyyətinə əhəmiyyətli dəstək verən, teatr sənətçiləri hazırlayan azərbaycanlı ziyalılar Azərbaycanın teatr məktəbini də qardaş ölkədə layiqincə təmsil ediblər. Elçin Qafarlı yubilyarlara TÜRKSOY-un “Haldun Taner” mükafatlarını və xatirə lövhələrini təqdim edib.
Elxan Zeynalov çıxış edərək uzun illər Türkiyədə göstərdikləri xidmətə görə həmyerlilərimizə təşəkkürünü bildirib.
Türkiyənin fərqli bölgələrində fəaliyyətdə olan, Fuad və Zəminə Hacıyevlərin yetişdirdikləri sənətkarlar isə videokonfrans yolu ilə tədbirə qatılaraq müəllimlərinə öz ürək sözlərini söyləyiblər.
Göstərdikləri diqqət və qayğıya görə, Fuad və Zəminə Hacıyevlər dərin təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, 1915-ci il doğumlu yazışı-dramaturq Haldun Taner Türkiyədə Cümhuriyyət dövrü türk ədəbiyyatında önəmli rol oynayıb, Türkiyədə epik teatr janrının və kabare teatrının qurucularından olub.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxElm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22

