Sənətkar ömrü
21.06.2022 [11:03]
Bərdə Regional Mədəniyyət İdarəsi, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin filialı olan şəhər Yaradıcılıq evi “Unutsaq, unudularıq” rubrikası altında dramaturq, şair, aktyor, rejissor və pedaqoq Əlfayım Əziz oğlu İsmayılova həsr olunmuş “Sənətkar ömrü” mövzusunda xatirə tədbiri keçirib.
Yaradıcılıq evinin foyesində Ə.Ə.İsmayılovun keçdiyi həyat yolundan bəhs edən sərgi təşkil olunmuşdu. Əlfayım Əzizovun dramaturq, şair, aktyor, rejissor və pedaqoq kimi çalışdığı illərdə onun təkrarsız fəaliyyətini əks etdirən sərgini ziyarət edənlər şairin əziz və unudulmaz xatirəsini ehtiramla yad etdilər. Ziyarətçilər bu işıqlı şəxsiyyətin maraqlı və məhsuldar ömür yolunu əks etdirən nümunələrlə tanış olduqdan sonra, pedaqoqun xatirə tədbirinin izləyiciləri oldular. Yevlax Şəhər Mədəniyyət Mərkəzinin filialı olan şəhər Yaradıcılıq evi tədbirə aktyorlardan ibarət heyət də dəvət etmişdi. Bu isə tədbirin daha da rəngarəng olmasına zəmin yaradırdı.
Əlfayım İsmayılov 1940-cı ildə Zərdab rayonunun Seyidlər kəndində anadan olub. Orta təhsilini Zərdab rayonunda aldıqdan sonra, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olur. Ali təhsil almaq üçün M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti). İncəsənət İnstitutunda təhsil alarkən çalışqanlığı və nadir istedadı ilə nəinki pedaqoji kollektivin, eləcə də tələbə yoldaşlarının dərin hörmət və etimadını qazanır. Ali təhsil müddətində İnstitutda səhnələşdirilən bir sıra tamaşalarda aktyor kimi çıxış edir. Bu illər onun həyatında xüsusi mərhələ təşkil edir. Bəzi əsərlərə ssenarilər yazır, bir sıra tamaşalara rejissorluq edir, bəzən də yazıçı, şair kimi ədəbi nümunələr yaradırdı. İnstitutu bitirən zaman, artıq neçə-neçə əsərin müəllifinə çevrilir.
Əlfayım İsmayılovun yaradıcılığı və ictimai fəaliyyəti çoxşahəli olmaqla yanaşı, həm də çətin və məsuliyyətli idi. Bu peşəkar insan təkcə bir sahədə fəaliyyət göstərməklə kifayətlənmirdi. Bir xronologiyaya nəzər yetirək:
Ə.İsmayılov 1978-ci ildən Teatr Xadimləri İttifaqının üzvü olmuşdur.
2007-2010-cu illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində baş müəllim kimi fəaliyyət göstərmişdir.
2010-cu ildən Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Orqanları Veteranları Şurasının sədri işləmişdir.
2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir.
Sadalanan bu qədər fəaliyyət ilə yanaşı, Əlfayım İsmayılovun çoxşahəli peşə istiqamətlərindən biri də pedaqoq işləməsidir. O, müəllimlik fəaliyyətini Yevlax şəhərində həyata keçirib. Əlfayım müəllim ömrünün 40 ilini Yevlax mədəniyyətinin inkişafına həsr edib. Ə.İsmayılovun Yevlax mədəniyyətinə bağlılığı 1965-ciillərə təsadüf edir. Həmin dövrdə “Dəmiryolçular” klubu nəzdində dram dərnəyi yaradır, həmin dərnəyə rəhbərlik edir. Rəhbərlik etdiyi dərnək 1976-1977-ci illərdə teatr-baxış müsabiqələrində özünəməxsusluğu və peşəkarlığı ilə seçilərək, ”Xalq teatrı” statusuna layiq görülür. Həmin teatr “Teart baharı-78” respublika baxış-müsabiqəsində İ.Coşqunun”Komsomol” poemasını səhnələşdirir. Bu müsabiqədə Ə.İsmayılovun rəhbərlik etdiyi teatr respublikada 1-ci yerə layiq görülür. Müsabiqənin laureatı 27 nominasiya üzrə qalib olur. Teatr medalla təltif edilir. Həmin dövrdən teatra görkəmli gülüş ustası, Azərbaycanın Xalq artisti Bəşir Səfəroğlunun adı verilir.
Maraqlı faktlardan biri də budur ki, teatr 12 il özfəaliyyətlə məşğul olduqdan sonra, 45 il Bəşir Səfəroğlunun adını daşıyan Xalq Teatrına çevrilir.
Əlfayım müəllim onlarca əsərə rejissorluq edib: “Ata laylası”, “Qardaş qatili”, “Namus”, “Komsomol” poeması, “Dayı”, “Sən olmasaydın”, “Ərimi qaçırıblar”, “Gənc qvardiya”, “Çobanlar”, “Tösüqulunun əməlləri”, “Şirinbala bal yığır”, “Laçın yuvası”, “Durna”, “Həyat”, “Şahsənəm, Gülpəri”,”Hicran”,”Oktay Eloğlu”,”Dursunəli ballı badı”, “Çimnaz xanım yuxudadı”, “Bekarçılıq kontoru” və digər yaradıcılıq nümunələrini peşəkarlıqla səhnələşdirib.
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

