Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə çap olunan poçt markalarının təqdimatı olub
12.08.2021 [09:20]
Qazax mədəniyyəti və musiqisindən söz düşəndə, ilk növbədə böyük şair, yazıçı və bəstəkar Abay Kunanbayev yada düşür. O, təkcə qazax xalqının deyil, bütövlükdə türk dünyasının tarixində parlaq iz buraxıb. Təsadüfi deyil ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev onu “Yol göstərən ulduz” kimi xarakterizə edib. Azərbaycanda da Abay Kunanbayevin xatirəsi həmişə əziz tutulur. 2011-ci ildə Bakının küçələrindən birinə Abay Kunanbayevin adı verilib. Həmin ilin mayında Bakı Dövlət Universitetində Abay Kunanbayev adına Qazax Mərkəzi fəaliyyətə başlayıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Abay Kunanbayevə həsr olunmuş kitab hazırlayır. Bu, böyük mədəniyyət və ictimai xadimə həsr edilən ilk kitab olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva avqustun 10-da Qazaxıstanın və bütövlükdə türk dünyasının böyük şairi, yazıçısı, bəstəkarı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevə həsr olunan Abay Günü və onun 175 illik yubileyi münasibətilə buraxılan poçt markalarının təqdimat mərasimində deyib.
G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilən mərasimdə qeyd edib ki, keçən il Abay Kunanbayevin anadan olmasının 175 və xalqımızın böyük bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə İspaniyada poçt markaları çap edilib.
Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov görkəmli ictimai xadimin yaradıcılığından, türk dünyasında ona göstərilən böyük hörmət və ehtiramdan, ayrı-ayrı ölkələrdə onun xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdən söz açıb. O, yubiley münasibətilə nəşr edilən poçt markasının böyük şair və musiqiçinin xatirəsinə ehtiramın daha bir ifadəsi olduğunu bildirib.
Sonra poçt markaların möhürlənməsi mərasimi keçirilib.
Markalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə türk dünyasının görkəmli nümayəndəsinin zəngin yaradıcılığını daha geniş beynəlxalq auditoriyaya çatdırılması məqsədilə çap edilib. Poçt markalarının üzərində Abay Kunanbayevin təsviri ilə yanaşı, onun yaradıcılıq nümunələri, həmçinin türk dünyasının mədəni dəyərləri və milli musiqi alətləri əks olunub.
Tədbirdə Əməkdar artist Şövqü Hüseynov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının artistləri Nəzrin Aslanlı və Yuliya Matorina, Qazax Milli İncəsənət Akademiyasının artisti Akberen Atabay və Amina Nurmuxammedova milli musiqi alətlərinin müşayiəti ilə Abay Kunanbayevin əsərlərindən ibarət mahnı və şeirlər oxuyublar.
Sonda xatirə şəkilləri çəkdirilib və hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

