/ / Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat festivalı” keçiriləcək
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat festivalı” keçiriləcək
17.11.2018 [10:24]
Noyabrın 19-20-də Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Nəsimi - şeir, sənət və mənəviyyat festivalı” keçiriləcək. Layihə Şərqin dahi şair və mütəfəkkirlərindən biri olan İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının təbliği və iki ölkə arasında mədəni-ədəbi əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində Moskva Beynəlxalq Əlaqələr İnstitutunda İmadəddin Nəsiminin büstünün açılış mərasimi keçiriləcək. Açılış zamanı Nəsimi poeziyasından müxtəlif nümunələr də səsləndiriləcək.
Festival zamanı, həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunda Nəsimi yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək. Çıxışlarda İmadəddin Nəsiminin Azərbaycan poeziyasının inkişafında oynadığı roldan, dünya mədəniyyəti və ədəbiyyatına verdiyi töhfədən bəhs olunacaq. Tədbirdə MDU-nun tələbələri Nəsiminin şeirlərini müxtəlif dillərdə səsləndirəcək, həmçinin Azərbaycandan olan aktyorların ifasında “Mərhəba” musiqili-poetik tamaşası təqdim ediləcək.
Festival noyabrın 20-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda Nəsimi irsinə həsr olunmuş konfransla davam edəcək. Tədbirdə “Nəsimi festivalı: ideoloji-mədəni irsin dinamik interpretasiya təcrübəsi”, “Nəsimi və Yan Qus. Şərq və Qərbin mədəni birliyi”, “Nəsiminin dili - dünən, bu gün, sabah” və digər mövzularda məruzələr ediləcək. Konfransda Nəsimi yaradıcılığını, şairin ədəbi-fəlsəfi irsini müxtəlif aspektlərdən təhlil edən çıxışlarla yanaşı, müasir gəncliyin mənəviyyatı, iki ölkənin gəncləri arasında əlaqələrin inkişafına dair müzakirələr də aparılacaq.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sentyabrın 27-30-da Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat festivalı təşkil olunub. Layihə çərçivəsində həm şairin doğulduğu Şamaxı şəhərində, həm də Bakıda müxtəlif sənət növləri üzrə sərgilər, musiqi layihələri, tamaşalar, eləcə də mühazirə, simpozium və seminarlar təşkil olunub. Dörd gün davam edən festival Nəsimi yaradıcılığının tərənnümü ilə yanaşı, şeir və sənətin yaşadılması, müxtəlif müstəvilərdə və formatlarda təqdimatlar ilə yadda qalıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

