/ / Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb
19.10.2018 [09:00]
Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Moskva hökumətinin təşkilatçılığı, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi ilə oktyabrın 17-dən 21-dək Moskvanın Tver meydanında “Azərbaycanın payız sovqatları” adlı şəhərcik fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, oktyabrın 18-də şəhərciyin təntənəli açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Moskva hökumətinin naziri, ticarət və xidmətlər departamentinin rəhbəri Aleksey Nemeryuk, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak ediblər.
Moskva hökumətinin naziri, ticarət və xidmətlər departamentinin rəhbəri Aleksey Nemeryuk açılış mərasimində çıxış edərək bildirib ki, burada Azərbaycanda istehsal olunan ən yaxşı məhsullar təqdim edilir. O deyib: “Bu gün ilk dəfə Moskvada bu formatda Azərbaycan günləri keçirilir. Azərbaycanın ən yaxşı istehsalçıları Moskvada öz məhsullarını nümayiş etdirirlər. Biz bu gün Tver meydanına gələn hər kəsi görməkdən məmnunluq duyuruq. Burada hər şey gözəl təşkil olunub. Şəhərcikdə Azərbaycan məhsulları nümayiş etdirilir, ziyarətçilər ustad dərslərində iştirak edə biləcəklər. Bir neçə gün ərzində burada maraqlı tədbirlər keçiriləcək. Ümid edirik ki, belə tədbirlər mütəmadi təşkil olunacaq. Moskvaya xoş gəlmisiniz!”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan məhsullarının nümayişi üçün şərait yaradıldığına görə Moskva hökumətinə, Rusiya paytaxtının meri Sergey Sobyaninə təşəkkürünü bildirib. O deyib: “Azərbaycan ilə Rusiya arasında mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Biz şadıq ki, bu münasibətlərdə Rusiya paytaxtının xüsusi yeri var. Moskva meri Sergey Sobyaninin Bakıya səfəri zamanı olduqca məhsuldar danışıqlar aparılıb”.
Səfir sərginin təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. “Bu gün təşkil olunan sərgi Moskva hökuməti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın təzahürüdür. Mən şəhərciyin gözəl təşkilinə görə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Heydər Əliyev Fondu bütün dünyada Azərbaycanın tanıdılması istiqamətində böyük işlər görür. Mən Azərbaycanın Rusiyadakı səfiri kimi çox şadam ki, Azərbaycan mədəniyyətini təbliğ edən Heydər Əliyev Fondunun xətti ilə Moskvada da çoxsaylı tədbirlər keçirilir”, - deyə diplomat bildirib.
Polad Bülbüloğlu sərgidə Azərbaycanın turizm potensialını əks etdirən materialların olduğunu da qeyd edib, moskvalıları Azərbaycana dəvət edib. O, həmçinin belə sərgilərin ənənəvi keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Şəhərcikdə Azərbaycan mədəniyyəti və tarixi, milli mətbəx nümunələri təqdim edilir, misgərlik, xalçaçılıq, müxtəlif sənətkarlıq növləri üzrə məhsullar nümayiş etdirilir. Beş gün ərzində Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində konsert və sərgilər təşkil olunacaq, şəhərciyə gələnlərə Azərbaycanın müxtəlif milli sənətkarlıq nümunələrinin hazırlanması və milli rəqslər, musiqi alətlərində ifa üzrə ustad dərsləri də keçiriləcək.
Tədbir çərçivəsində Azərbaycan mətbəxini təqdim edən restoranlar, çay evi, Azərbaycanda istehsal olunan müxtəlif məhsulların satışı təşkil edilib. Həmçinin “I Love Baku” milli suvenir brendinin məhsulları təqdim edilir. Heydər Əliyev Fondunun müxtəlif nəşrləri Moskva sakinlərinə və Rusiya paytaxtının qonaqlarına ölkəmizin mədəniyyəti, tarixi, insanları, incəsənəti və milli mətbəximiz barədə ətraflı məlumat əldə etməkdə yardımçı olacaq.
Şəhərciyin fəaliyyət göstərdiyi günlərdə Dövlət Rəqs Ansamblı və Dövlət İnstrumental Ansamblının, Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” ansamblının çıxışları olacaq, Şəhriyar İmanovun müşayiəti ilə musiqi proqramı təqdim ediləcək.
Şəhərciyə gələnlər rəngarəng ərzaq çeşidləri və suvenirlər almaq, müxtəlif ustad dərslərində iştirak etmək, fotosərgi ilə tanış olmaq, yaradıcı kollektivlərin çıxışlarına baxmaq və peşəkar aşpazlardan milli xörəklərin hazırlanması sənətini öyrənmək imkanı əldə edəcəklər. Tədbirin qonaqları Azərbaycan mətbəxinin nümunələrinin dadına da baxa biləcəklər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32

