/ / Bakı Dövlət Sirkində Yeni il bayramı ərəfəsində hər gün fasiləsiz olaraq maraqlı şou nümayiş etdiriləcək
Bakı Dövlət Sirkində Yeni il bayramı ərəfəsində hər gün fasiləsiz olaraq maraqlı şou nümayiş etdiriləcək
28.12.2017 [09:26]
Mahir Hümbətov: Möhtəşəm şouda əhliləşdirilmiş heyvanların maraqlı nömrələri, illüziya, hava gimnastları, akrobatların çıxışları təqdim ediləcək, o cümlədən Şaxta baba və Qar qız da iştirak edəcək
Artıq bir neçə gündən sonra Azərbaycanın ümumtəhsil məktəblərində qış tətili başlayacaq. Bu günlər ərzində uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün Bakı Dövlət Sirki bir-birindən zəngin proqram hazırlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovun sözlərinə görə, Bakı Dövlət Sirki maraqlı proqram ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. Belə ki, dekabrın 29-dan başlayacaq “Ekstremal qış” adlanan yeni proqramın heyəti Rusiya və Ukrayna sirklərinin artistlərindən ibarətdir. Proqramın ən unikal nömrəsi isə dəmir şar içərisində göstəriləcək moto-şou olacaq: “Tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, möhtəşəm şouda əhliləşdirilmiş heyvanların maraqlı nömrələri, illüziya, hava gimnastları, akrobatların çıxışları təqdim ediləcək, xüsusi işıq effektlərindən istifadə olunacaq. Yeni il günlərinə təsadüf etdiyi üçün proqramda bayramın rəmzi hesab olunan Şaxta baba və Qar qız da iştirak edəcək. Bir sözlə, sirk şousu qış tətili günlərində hər gün fasiləsiz olaraq nümayiş etdiriləcək”.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, Bakı Dövlət Sirki yalnız balacaların deyil, böyüklərin də sevimli məkanı sayılır. Onun sözlərinə görə, sirk yeganə yerdir ki, insanlar burada gündəlik qayğılardan, problemlərdən uzaqlaşaraq əylənir və özlərini bənzərsiz bir mühitdə hiss edirlər. Sirksevərlərin təbirincə desək, sanki manej üzərində möcüzəvi bir dünya yaradılır.
Yeri gəlmişkən, məlumat üçün bildirək ki, bir müddət öncə “Ağ pələnglər attraksionu” ilə açıq elan edilən yeni mövsümdə təqdim olunan şou proqram paytaxt sakinləri ilə yanaşı, xarici qonaqların da maraq və coşqusu ilə qarşılanıb: “Ağ pələnglər attraksionu” sirk şousuna ağ pələnglər, qeyri-adi illüziya, “İriston” cigitlər qrupu, əhliləşdirilmiş itlər, hava gimnastları, unikal yelləncəkdə akrobatlar, həlqələrlə rəqs, jonqlyor, şən kloun və digər nömrələr daxil idi. 2 saat davam edən şou üçün Rusiya Federasiyasından 40-dan artıq artist heyəti dəvət edilmişdi. Sirk ustaları və heyvanların birgə tryuklarının musiqi ilə ahəngi, bir-birindən parlaq və gözəl geyimlər, gözoxşayan dekorasiya, o cümlədən “İriston” cigitlər qrupunun ifasında nümayiş etdirilən nömrədən sonra Azərbaycan bayrağının dalğalanması gecəni yaddaqalan etmişdi. Qonaqlarımızın sevincini görmək bizdə də ruh yüksəkliyi yaradır və işimizə olan sevgini qat-qat artırır”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

