Azərbaycanın tanınmış yazıçısının Rusiyanın birinci televiziya kanalının rəhbərinə məktubu
05.04.2016 [10:15]
Əməkdar incəsənət xadimi, Pyotr Akademiyasının həqiqi üzvü, tanınmış yazıçı Afaq Məsud Rusiyanın birinci televiziya kanalı ilə yayımlanan “Vremya pokajet” verilişində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı səsləndirilən qeyri-obyektiv fikirlərə dair kanalın baş direktoru Konstantin Ernstə məktub ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Ernst. Aprelin 4-də kanalınız ilə yayımlanan “Vremya pokajet” verilişinin əvvəlində qoyulan “Bu müharibəyə ilk olaraq, hansı tərəfdən başlanıldı”, “Niyə məhz indi başlandı” suallarına müzakirədə iştirak edən “kompetent” şəxslərin (hər iki mövqedə olan) heç biri cavab verə bilmədi. Cavab isə çox aydın və üzdədir: İyirmi ildən artıq müddət ərzində məlum sülh danışıqlarının nəticə verməsini gözləyə-gözləyə, günaşırı, bəzən hər gün həmin bu “atəşkəs” rejimində erməni separatçıları tərəfindən güllə ilə öldürülən 18-20 yaşlı Azərbaycan əsgərləri (tarixlər və hadisələr lentə alınıb. Ünvan: AZƏRTAC, Trend (azertag.az, az.trend.az) və uzun illər itkilər verən tərəfin səbrindən sui-istifadə edib cəsarətlənən ermənilərin aprelin 1-dən 2-nə keçən gecə gülləbaran etdiyi dinc əhalinin təhlükəsiz ərazilərə köçürülmək məcburiyyətində qalması.
“Niyə məhz indi başladı” sualına verilən cavablar isə yaradıcı təfəkkürü olanlar üçün daha böyük maraq doğurur. İllərlə torpaqları zəbt edilmiş Azərbaycanın təcavüzkara tutarlı cavabının, gah ölkədə yaşanan uydurma gərginliklə əlaqələndirilməsi, gah da “Türkiyənin diktəsi ilə atılan addım” kimi qiymətləndirilməsi, inanın ki, kənardan sosioloji araşdırmadan çox, cığal uşaqların mübahisə oyununu xatırladır.
Təəssüflə bildirməliyəm ki, kanal həmişəki ermənipərəst mövqeyinə sadiq qalaraq bu gün də qoyulan bu ağrılı və dərin tarixi köklü məsələyə səthi və birtərəfli münasibət nümayiş etdirdi. Lakin, əlbəttə ki, sözü zaman deyəcək. Sizi əmin edirəm ki, o, öz sözünü mütləq deyəcək”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32

