Müasir İncəsənət Muzeyində sərgi: “15 fırçanın simfoniyası”
29.09.2024 [20:23]
Sentyabrın 28-də Müasir İncəsənət Muzeyinin 15 illik yubileyinə həsr olunmuş "15 fırçanın simfoniyası" adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, "15" adı Azərbaycanda müasir incəsənətin yaranması yoluna toxunan 15 modernist ustadın əsərlərini ifadə edib. Sərgidə həm yaşlı, həm də gənc nəslin nümayəndələrinin yaradıcılıq ekspozisiyası yer alıb.
Sərginin açılışından əvvəl AZƏRTAC-a müsahibəsində Xalq rəssamı Cəlil Hüseynov bugünkü sərgidə onun beş əsərinin nümayiş edildiyini bildirərək deyib: "Burada nümayiş olunan əsərlərim Abşeron mənzərələri barədədir. Həmin əsərlərdə yarımadanın gözəl görüntüləri, Xəzər dənizi əks olunub. Sərginin təşkilində əməyi keçən hər kəsə öz minnətdarlığımı bildirir və uğurlar arzulayıram".
Xalq rəssamı Səlhab Məmmədov rəssamların emalatxanalarda qalmış əsərlərinin nümayiş olunması üçün Müasir İncəsənət Muzeyində çox gözəl şəraitin yaradıldığını qeyd edib. O, bildirib ki, bu muzey məhz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb. Xalq rəssamının sözlərinə görə, sərgidə nümayiş edilən əsərlər onu göstərir ki, ölkəmizdə müasir incəsənət sahəsində böyük nəticələr əldə olunub. Səlhab Məmmədov, həmçinin muzeydə üç əsərinin nümayiş olunduğunu da diqqətə çatdırıb.
Sərginin açılışında çıxış edən Xalq rəssamı Fuad Salayev bu il Müasir İncəsənət Muzeyinin 15 illiyinin tamam olduğunu bildirib. Qeyd edib ki, qısa zamanda muzey çox inkişaf edib. “Mən 15 il bundan qabaq bu binada olmuşdum. Amma o vaxt burada heç nə yox idi. Bu muzey gözümün qabağında formalaşdırılıb. Muzeydə Azərbaycan təsviri sənəti rəssamların yaşadıb yaratdıqları bu əsərlərlə ortaya çıxıb. Ölkəmizin tanınmış, həmçinin gənc rəssamları Müasir İncəsənət Muzeyində yer tapıblar. Hər bir rəssam əsərlər üzərində özü düşünüb, onları özü yetişdirib ki, elə bu əsərlərin dəyəri də ondadır", - deyə Fuad Salayev diqqətə çatdırıb.
Daha sonra qonaqlar Müasir İncəsənət Muzeyinin 15 illiyinə həsr olunmuş "15 fırçanın simfoniyası" adlı sərgi ilə tanış olublar.
İncəsənətsevərlərə hər biri özünəməxsus texnikası, müxtəlif rəng çalarları, kölgələri və cizgiləri ilə seçilən əsərlərdən ibarət sərgi təqdim olunub. Eyni zamanda, sərgidə modernizm cərəyanının yaranmasına yol açmış həm rəssamların, həm də heykəltəraşların sənət əsərləri nümayiş etdirilib.
Təqdim olunan əsərlər 15 incəsənət ustasının XX əsrin ikinci yarısından bu günə qədər olan dövr ərzində yaratmış olduqları sənət nümunələridir.
Muzeyin sərgi zalında toplanmış əsərlərin kolleksiyası, eyni zamanda, rəng sıçrayışının və forma incəliyinin cəlbedici məkanı olmaqla, xalqın mədəni irsinin məcmusunu özündə ehtiva edir.
Sərgiyə gələn qonaqlar sənətkarların 40-a yaxın sənət əsərlərindən ibarət ekspozisiyaya tamaşa ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19

