Azərbaycan, BƏƏ və Braziliyanın mədəniyyət nazirləri Sankt-Peterburqda görüşüblər
12.09.2024 [19:15]
Sentyabrın 12-də COP28 Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), COP29 Azərbaycan və COP30 Braziliya sədrliklərinin mədəniyyət nazirləri Rusiyanın Sankt-Peterburq şəhərində üçtərəfli görüş keçiriblər.
Mədəniyyət Nazirliyindən Yeniazerbaycan.com-a bildirilib ki, əsas məqsəd COP29 çərçivəsində keçiriləcək mədəniyyət nazirlərinin İkinci Yüksək Səviyyəli Görüşünün proqram və formatını müəyyən etmək olub. Görüşdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, BƏƏ-nin mədəniyyət naziri Səlim bin Xalid əl-Qassimi və Braziliyanın mədəniyyət naziri Marqaret Menezes iştirak ediblər.
Şarm Əl-Şeyxdə keçirilmiş COP27 tədbirindən bəri beynəlxalq gündəlikdə mədəniyyətin iqlim fəaliyyətindəki rolu aktuallıq qazanmağa başlayıb. Qeyd edək ki, ötən il Dubayda keçirilən COP28 tədbiri zamanı BƏƏ və Braziliya sədrlikləri ilə "Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Əmirliklər Bəyannaməsi" qəbul olunub. Bu çərçivədə 30-dan çox nazir və hökumət nümayəndəsini, həmçinin beynəlxalq təşkilatların rəhbər və nümayəndələrini bir araya gətirərək, mədəniyyətin transformativ iqlim fəaliyyətindəki rolunu əhatə edən mədəniyyət nazirlərinin Birinci Yüksək Səviyyəli görüşü keçirilib.
Azərbaycan da öz növbəsində bu məsələni hər zaman xüsusi diqqətdə saxlayıb və qlobal səviyyədə müzakirə olunması istiqamətində davamlı işlər aparmaqdadır. Mayın 1-dən 3-dək keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı dünyanın aparıcı iqlim və irs üzrə ekspertlərinin iştirakı ilə baş tutmuş xüsusi plenar sessiyanı buna nümunə kimi göstərmək olar.
Hər iki nazir Azərbaycan tərəfinə bu məsələləri daim diqqətdə saxladığına və beynəlxalq müstəvidə təbliğ etdiyinə görə təşəkkürlərini bildirib.
COP29 tədbirinin hazırlıq işləri ilə də tanış olan Braziliya və BƏƏ-nın mədəniyyət nazirləri hazırlıq işlərini yüksək qiymətləndirib, Bakıda keçiriləcək COP29-un ən yaddaqalan tədbir olacağına əmin olduqlarını ifadə ediblər.
Eyni zamanda, görüş zamanı nazirlər COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan əlavə tədbir, təşəbbüs, o cümlədən konsert və şou poqramlar barədə də fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

