/ / “Azərsun Sənaye Parkı”nda yeni müəssisələrin istifadəyə verilməsi “Sənaye ili”nin uğurlu başlandığını göstərir
“Azərsun Sənaye Parkı”nda yeni müəssisələrin istifadəyə verilməsi “Sənaye ili”nin uğurlu başlandığını göstərir
27.02.2014 [09:07]
“Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cu il ölkədə “Sənaye ili” elan edilmişdir. İl yeni başlasa da, respublikamızda yeni sənaye müəssisələrinin yaradılması və istifadəyə verilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Ölkə başçısının iştirakı ilə fevralın 25-də Sumqayıtda “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan yeni müəssisələrin istifadəyə verilməsi “Sənaye ili”nin uğurlu başlanğıcından xəbər verir. Bu cür nəhəng sənaye obyektlərinin istifadəyə verilməsi ölkəmizdə sənayeləşmənin geniş vüsət aldığını təqdiq edir. Eyni zamanda, bu, “Sənaye ili” çərçivəsində başlanan strateji layihələrin uğurla həyata keçiriləcəyinin bir göstəricisidir”. Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər üzrə komissiyasının sədr müavini Aydın Hüseynov bildirib. A.Hüseynov qeyd edib ki, Sumqayıt şəhərində bir gün ərzində müasir tələblərə cavab verən üç sənaye müəssisəsinin yaradılması sənaye sektorunun və ümumilikdə, ölkə iqtisadiyyatının inkişafına töhfə verən mühüm hadisə kimi qiymətləndirilə bilər: “Qafqazda ən böyük investisiya layihəsi hesab olunan Azərbaycan kağız və karton istehsalat kombinatının, eləcə də, Sumqayıt yağ fabrikinin, Mis emalı zavodunun istifadəyə verilməsi Azərbaycanın regionda güclü sənayə mərkəzinə çevrildiyinə dəlalət edir. Artıq Sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb və əsas hədəf metallurgiya, maşınqayırma, yeyinti və yüngül sənaye obyektlərinin yaradılmasından ibarətdir. Bu onu göstərir ki, güclü sənaye istehsalının yaradılması və şaxələndirilməsi intensiv iqtisadi inkişafı sürətləndirəcək. Hökumət bu sahəyə hər il investisiyaları artıracaq, yeni sənaye mərkəzlərinə investorların cəlb olunması üçün əlverişli biznes imkanları təmin ediləcək”.
“Dövlət, eyni zamanda, əsas prioritetlərdən biri kimi sənaye texnoparklarının yaradılmasına start verib. Bu layihələrin tərkib hissəsi olan “Azərsun Sənaye Parkı”nın yaradılması da məhz Sumqayıtın Azərbaycanın sənaye tenoparkı mərkəzinə çevrildiyini göstərir. Ümumiyyətlə, sənaye istehsalı müəssisələrinin yaradılması dövlət başçısının vurğuladığı kimi iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyini artıracaq, gələcəkdə sənayenin inkişafının daha da sürətlə getməsinə imkan verəcəkdir. Bununla bərabər, yeni sənaye müəssisələrinin istifadəyə verilməsi ölkəmizdə yeni iş yerlərinin yaradılması baxımından da mühüm əhəmiyyət kəsb edir”, - deyə o, qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28

