Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

11.06.2026 [17:17]

Cari ilin yanvar-may ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 240 min 665 müraciət qəbul edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) AZƏRTAC-a bildirilib ki, həmin müraciətlər üzrə 398 min 85 sayda xidmət göstərilib. Xidmət mərkəzlərində əməliyyat xarakterli müraciətlər, əsasən, aşağıdakılardan ibarət olub və onların ümumi xidmətlərin sayında xüsusi çəkisi 55,1 faiz təşkil edib:

• Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

• Vergiödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);

• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

• “ASAN İmza” sertifikatlarının verilməsi;

• Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

• Vergiödəyicisinə arayışların verilməsi;

• Vergiödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);

• Fiziki şəxsin uçotdan çıxarılması.

Yanvar-may aylarında vergiödəyicilərindən daxil olmuş 12,5 min yazılı müraciət cavablandırılıb, 12,2 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 2368 vergiödəyicisinin iştirakı ilə 162 görüş keçirilib, 2807 vergiödəyicisinə ünvanlı xidmət göstərilib. Vergiödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 2,9 milyon SMS göndərilib.

Hesabat ayları ərzində ümumilikdə 121 min 812 müraciət üzrə 190 min 935 “ASAN İmza” sertifikatı verilib.

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30